Təhsil 365 - Logo Mobile

AzMİU QS 2026 reytinqində dizayn sahəsi üzrə ölkə lideri oldu

9131.03.2026 - 19:08
AzMİU QS 2026 reytinqində dizayn sahəsi üzrə ölkə lideri oldu

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) 2026-cı ilin “QS sahələr üzrə dünyanın ən yaxşı universitetlərinin reytinqi”ndə ilk dəfə yer alaraq mühüm uğura imza atıb.

“Tehsil365" xəbər verir ki, universitet bu nüfuzlu beynəlxalq reytinqdə 1 sahə üzrə təmsil olunub.

AzMİU-nun əldə etdiyi diqqətçəkən nəticə isə Dizayn sahəsi üzrədir. Belə ki, universitet bu istiqamətdə reytinqə daxil olan ölkə üzrə yeganə ali təhsil müəssisəsi kimi çıxış edir. Bu göstərici AzMİU-nun dizayn təhsili sahəsində formalaşdırdığı güclü akademik baza, yaradıcı yanaşma və müasir tədris mühitinin beynəlxalq səviyyədə tanındığını təsdiqləyir.

Ümumilikdə, 2026-cı ilin “QS sahələr üzrə dünyanın ən yaxşı universitetlərinin reytinqi”ndə ilk dəfə Azərbaycanın 7 universiteti 22 sahə üzrə təmsil olunub. Cari ildə reytinqə daxil olan universitetlərin sayı təxminən 2 dəfə, təmsil olunan sahələrin sayı isə 4 dəfə artıb. Azərbaycan universitetlərinin nəticələrində müşahidə olunan bu müsbət dinamika ölkədə ali təhsilin keyfiyyətinin yüksəldiyini və beynəlxalq rəqabət qabiliyyətinin artdığını göstərir.

Qeyd edək ki, Azərbaycan bu reytinqdə təmsil olunan Cənubi Qafqaz regionunun yeganə ölkəsidir və cari ildə əldə olunan nəticələrin dinamikası Türkiyə, Qazaxıstan və Özbəkistan ilə müqayisədə daha yüksəkdir. Dünyanın 100-dən artıq ölkəsini əhatə edən və 1900-dək ali təhsil müəssisəsinin iştirak etdiyi QS sahələr üzrə reytinqi 5 geniş sahəni və 55 ixtisas istiqamətini əhatə edir. Qiymətləndirmə zamanı akademik nüfuz, işəgötürənlər arasında nüfuz, məqalələrə istinad sayı, H-indeks və beynəlxalq elmi əməkdaşlıq göstəriciləri əsas meyarlar kimi nəzərə alınır. AzMİU-nun bu uğuru universitetin beynəlxalq akademik mühitdə mövqeyinin gücləndirilməsi, tədris və tədqiqat fəaliyyətinin daha da inkişaf etdirilməsi istiqamətində həyata keçirilən islahatların mühüm nəticəsi kimi qiymətləndirilir.

Nərmin Mustafayeva

Xəbər Lenti

Balaca oxucular maarifləndirici ədəbi görüşdə bir araya gəlib04.08.2026 - 10:50
Azərbaycanın milli mətbəxi “Euronews”un reportajında təqdim olunub04.08.2026 - 10:45
Ankarada Azərbaycan dilinin inkişaf prosesindən bəhs olunub04.08.2026 - 10:40
“Tağıyev” kinoteatrlarda Azərbaycanın ən çox baxılan yerli film adını qazanıb04.08.2026 - 10:35
Magistratura qəbulunda plan yerlərini tam dolduran universitetlər açıqlanıb - SİYAHI04.08.2026 - 10:30
Elm və Təhsil Nazirliyinə 15 gün ərzində 53 mindən çox vətəndaş müraciəti daxil olub04.08.2026 - 10:25
Ekspertdən müəllimlərə tövsiyə: Şagirdlə münasibətdə bu səhvlərə yol verməyin04.08.2026 - 10:20
Jurnalistika ixtisasına qəbul üçün qabiliyyət imtahanı təşkil olunub04.08.2026 - 10:15
Şaxəndan qəbiristanlığının sufi irsi ilk dəfə kompleks şəkildə araşdırılıb04.08.2026 - 10:10
Şaxəndan qəbiristanlığı ilə bağlı Azərbaycan alimlərinin araşdırması beynəlxalq jurnalda yayımlanıb04.08.2026 - 10:05
Elmi əsərlərdə həmmüəlliflik üçün yeni beynəlxalq standart tətbiq olunacaq04.08.2026 - 10:00
Media məqsədləri üçün materialların gömrük rəsmiləşdirilməsi sadələşdirilmiş qaydada olacaq04.08.2026 - 09:57
Dövlət Proqramı ilə 2000-dən çox gənc xaricdə təhsil hüququ əldə edib – Həsən Həsənli04.08.2026 - 09:55
AzTU müəlliminə kibertəhlükəsizlik üzrə beynəlxalq sertifikat təqdim olunub04.08.2026 - 09:50
Yeni təmayül tədris modeli üçün müəllim seçimi başlayıb04.08.2026 - 09:45
“Örnək müəllim”in şagirdləri qəbul imtahanından yüksək nəticə göstərib - TANIYAQ04.08.2026 - 09:42
Dövlət Neft Fondu hazırda üç təhsil layihəsini maliyyələşdirir - Rövşən Cavadov04.08.2026 - 09:40
Xaricdə təhsil alan gənclər Azərbaycanın ən güclü təmsilçiləridir - Ayla Həsənova04.08.2026 - 09:35
Azərbaycan Dillər Universiteti akkreditasiyadan keçə bilmədi? – ADU yayılan iddialara münasibət bildirdi04.08.2026 - 09:32
BMU məzunu Kembric Universitetinə qəbul olunub04.08.2026 - 09:30
“Yüksəliş” müsabiqəsinin qalibi Yel Universitetinə qəbul olunub04.08.2026 - 09:25
Dövlət Proqramı məzunu: Xaricdə təhsil təkcə diplom almaq deyil, ölkəni layiqincə təmsil etməkdir04.08.2026 - 09:22
Oksforda qəbul alan azərbaycanlıdan abituriyentlərə tövsiyə04.08.2026 - 09:20
Həsən Həsənli: Dövlət Proqramı ilə 155 nəfər TOP-10 universitetlərə qəbul olunub04.08.2026 - 09:15
XV Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatdı-FOTOLAR04.08.2026 - 09:12
Müəllimlərin işə qəbulu: 5000-dən çox namizəd müsahibəyə dəvət olunub04.08.2026 - 09:10
Həsən Həsənli: Bakı Qızlar Universitetinin tələbələrinin eyni universitetə köçürülməsi mümkün olmayacaq04.08.2026 - 09:07
Rövşən Cavadov: “Dövlət Proqramı üzrə namizədlərin seçimi ildən-ilə çətinləşir”04.08.2026 - 09:05
Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru kollektivə təqdim olunub04.08.2026 - 09:02
BMU tələbəsi vəfat edib 04.08.2026 - 09:00
Qədir Xəlilov: Dövlət Proqramının builki iştirakçıları sırasında “Yüksəliş” müsabiqəsinin qalibləri də var04.08.2026 - 08:50
Dövlət Komitəsinin rəsmisi: Xaricdə təhsil alan gənclər Azərbaycan diasporunun əsasını təşkil edəcəklər04.08.2026 - 08:45
DİM-də TOEFL iBT imtahanı keçiriləcək04.08.2026 - 08:34
Universitetlərə ixtisas seçiminin tarixi AÇIQLANDI04.08.2026 - 08:30
20 UNEC tələbəsi Data və Süni İntellekt Proqramını başa vurdu-FOTOLAR04.08.2026 - 08:20
Sabah 39 dərəcə isti olacaq04.08.2026 - 08:20
Azərbaycan və Cənubi Koreya mədəniyyətinin rəngarəngliyi 04.08.2026 - 08:18
Çində oxuyacaq azərbaycanlıların ən çox seçdiyi universitet və ixtisaslar04.08.2026 - 08:15
Gözdən əlil abituriyentlər üçün “Müalicə masajı” ixtisasına 15 plan yeri ayrılıb04.08.2026 - 08:10
Avqustun 13-də Perseid meteor yağışı olacaq04.08.2026 - 08:05
Magistraturaya qəbul olunanların qeydiyyatı onlayn qaydada aparılacaq04.08.2026 - 08:00
"Bu bazar elə bir prinsipə çıxıb ki, bunu dəyərləndirmək hədsiz çətinləşib"-Təhsil eksperti Vüsal Kərimli04.08.2026 - 05:59
Mərakeşdə təhsil üçün təqaüd proqramına qəbul elan olunur04.08.2026 - 05:49
UNEC məzunu Dövlət Proqramının qaliblərindən biri olub04.08.2026 - 05:40
Vətəndaş müraciətlərinin statistikası04.08.2026 - 05:33
ATU tələbələri Türkiyədə kliniki təcrübə proqramında iştirak ediblər04.08.2026 - 05:22
Azərbaycan komandası "Microsoft Office Specialist" dünya çempionatında yüksək nəticə göstərib04.08.2026 - 05:11
GabalaFest çərçivəsində “Mədəniyyətlərin Qovşağı” Beynəlxalq İncəsənət Sərgisi başa çatıb04.08.2026 - 05:03