Təhsil 365 - Logo Mobile

"Ekoloji terrora məruz qalmış Azərbaycan torpaqlarının və meşə resurslarının bərpası dövrümüzün ən böyük çağırışıdır"

4420.03.2024 - 15:05
"Ekoloji terrora məruz qalmış Azərbaycan torpaqlarının və meşə resurslarının bərpası dövrümüzün ən böyük çağırışıdır"

"Ətraf mühitə, təbiətin bəxş etdiyi gözəlliklərə həssas münasibət, yaşıl dünyanın sərvətlərindən ehtiyatla, ekologiyaya zərər verilmədən istifadə edilməsi tarixən Azərbaycan coğrafiyasında yaşamış xalqların ənənəvi fərqləndirici xüsusiyyətlərindən olub".

Təhsil365 xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında AMEA-nın vitse-prezidenti, Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru akademik İradə Hüseynova deyib.

O bildirib ki, XX əsrin ikinci yarısında və XXI əsrdə Azərbaycan xalqının siyasi və mənəvi liderliyi missiyasını böyük şərəf və uğurla həyata keçirmiş Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin daha da inkişaf etdirdiyi ekoloji siyasi kurs bu mənada olduqca xarakterikdir və bütün dünyaya nümunə göstərilə bilər:

"Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə karbohidrat ehtiyatları hasil edən, ərazisinə görə kifayət qədər karbon emissiyasına malik olan, neft-kimya sənayesinin gücü ilə fərqlənən ölkənin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına, ətraf mühitin mühafizəsinə, təbiətdən səmərəli istifadə məsələlərinə hər zaman böyük diqqət yetirib, Azərbaycanın bioloji müxtəlifliyin mühafizəsini özünün dövlətçilik fəaliyyəti üçün başlıca məqsədlərdən biri kimi müəyyənləşdirib. Azərbaycan müstəqillik qazanandan sonra Ümummilli Lider ətraf mühitin mühafizəsi sahəsində dövlət siyasətinin əsaslarını formalaşdırıb, ölkəmiz ətraf mühit və biomüxtəlifliklə bağlı çoxsaylı beynəlxalq konvensiyalara qoşulub. Ulu Öndərin yaşıl dünya ilə bağlı siyasəti Prezident İlham Əliyev tərəfindən davam və inkişaf etdirilib. Ölkə başçısının rəhbərliyi ilə Azərbaycanda ətraf mühitin, biomüxtəlifliyin qorunub saxlanması istiqamətində inanılmaz dərəcədə böyük işlər görülüb".

İ.Hüseynovanın sözlərinə görə, Heydər Əliyev Fondu və IDEA İctimai Birliyi tərəfindən respublikamızda nadir və həssas növlərin bərpası məqsədilə əhəmiyyətli tədbirlər, o cümlədən Fondun “Hərəmiz bir ağac əkək” kimi layihələri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın İmadəddin Nəsiminin 650 illik yubileyi münasibəti ilə bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü, mütəmadi həyata keçirilən “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair Milli Strategiya”lar, 2010-cu ilin “Ekologiya ili” elan olunması, Cənubi Qafqazda ilk dəfə Azərbaycanda Vəhşi Təbiətin Bərpası və Reabilitasiya Mərkəzinin yaradılması, Ulu Öndərin 100 illik yubileyi münasibətilə xüsusilə böyük vüsət almış ölkə üzrə ağacəkmə kampaniyaları ekologiyanın sağlamlaşması istiqamətində görülən işlərə nümunələrdir:

"Azərbaycan Respublikasının “Qırmızı kitab”ının 3-cü nəşri 1 il əvvəl nəfis tərtibatda çapdan çıxıb və bioloji müxtəlifliyinin mühafizəsində mühüm rol oynayacağına şübhə yoxdur. 30 ilə yaxın müddətdə ekoloji terrora məruz qalmış və Müzəffər Ali Baş Komandanın möhtəşəm rəhbərliyi, silahlı qüvvələrimizin, şəhid və qazilərimizin səyi ilə azad edilmiş Azərbaycan torpaqlarının, qoruq və yasaqlıqların, təbii sərvətlərin, o cümlədən meşə resurslarının bərpası dövrümüzün ən böyük çağırışıdır. Azad edilmiş ərazilərin yenidən qurulmasında, Böyük Qayıdışda, həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ekoloji tələblərin nəzərə alınması, ətraf mühitin qorunması prioritetdir".

Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetlərindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edildiyini diqqətə çatdıran akademik deyib:

“Həmin prioritetə uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. İşğaldan azad edilmiş ərazilər, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunub. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər tədbirin 2024-cü ilin noyabr ayında ölkəmizdə keçirilməsi ilə bağlı yekdil qərar qəbul edilməsi yuxarıda qeyd edilən fəaliyyətlərin, eləcə də qlobal siyasi arenada Azərbaycanın özünü etibarlı tərəfdaş kimi sübut etməsinin, dövlət başçımızın nəinki regionda, hətta bütün dünyada sülhün və beynəlxalq hüquq çərçivəsində ədalətin bərqərar olunması üçün əmək sərf edən güclü lider kimi şəxsi nüfuzunun dünya birliyi tərəfindən təsdiqinin nəticəsidir”.

O bildirib ki, Azərbaycan tarixində misli görünməmiş bir layihə olacaq COP29-un ölkəmizdə keçirilməsinə ən dəqiq və lakonik münasibəti məhz Prezident özü ifadə edib: “Ölkə başçısının sözləri ilə desək, bu məsələ ilə bağlı beynəlxalq ictimaiyyətin yekdil qərarı müxtəlif ölkələri bir araya gətirmək gücünə və imkanına malik Azərbaycana olan böyük etimadın təzahürüdür, Azərbaycanın yaşıl keçidlə bağlı səylərinin qəbul edilməsidir. Ölkəmizin 120 dövləti birləşdirən Qoşulmama Hərəkatına böyük uğurla sədrlik etməsi, BMT-də və digər müxtəlif beynəlxalq təşkilatlarda fəal rolu və təmsilçiliyi COP29-a sədrliyin də uğurlu olması üçün əlverişli imkanlar yaradır”.

Azərbaycanın "yaşıl keçid" istiqamətində çox vacib layihələr icra etdiyini vurğulayan İ.Hüseynova bildirib ki, bunlardan biri kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü il olkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasını qeyd etmək lazımdır. Bu Sərəncam ölkədə yaşıl iqtisadiyyatın, yaşıl enerjinin, yaşıl texnologiyaların tətbiqinə, geniş mənada yaşıl artıma hesablanmış strateji addımdır.

“Azərbaycanın elmi ictimaiyyəti yaşıl dünyamızın qorunması da daxil olmaqla bütün istiqamətlərdə Ümummilli Liderin əsasını qoyduğu və Prezidentin uğurla davam və inkişaf etdirdiyi siyasi kursu tam dəstəkləyir, dövlətimizin bütün layihələrində, o cümlədən yaşıl dünya ilə bağlı tədbirlər planlarının icrasında fəal iştirak etməyə çalışır. Martın 1-də AMEA Rəyasət Heyəti və Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun birgə təşkilatçılığı ilə “Yaşıl dünyamızı qoruyaq” mövzusunda keçirilmiş konfrans “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar tədbirlər planı çərçivəsində ilk addımlardan biri kimi əhəmiyyət daşıyır.

İnanıram ki, Azərbaycan tarixinin yeni mərhələsində Prezidentin rəhbərliyi ilə həyata keçirilən ardıcıl tədbirlər, görülən iri miqyaslı işlər sayəsində bütün digər sahələrdə olduğu kimi, ölkəmizdə təmiz ətraf mühit və yaşıl artımın da təmin edilməsi istiqamətində daha böyük uğurlar qazanılacaq”, - deyə İ.Hüseynova fikrini yekunlaşdırıb.

Elmina Muxtarlı

Xəbər Lenti

Abşeronda məktəblilər arasında mübahisə: Xəsarət alan var02.06.2025 - 18:35
Elm və təhsil naziri Daşkəsəndə vətəndaşları qəbul edəcək02.06.2025 - 17:26
VII Beynəlxalq Muğam Festivalı çərçivəsində muğam müsabiqəsi elan edilir02.06.2025 - 17:14
Tibb Universiteti Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlıq edəcək - FOTO02.06.2025 - 17:03
Qlobal təhsil tərəfdaşlığının 2024-cü il üzrə illik hesabatı02.06.2025 - 16:49
Tələbə dənizdə boğulub öldü02.06.2025 - 16:37
ADPU: Yaz imtahan sessiyasında bakalavriat və magistratura üzrə 10 minədək tələbənin iştirakı gözlənilir02.06.2025 - 16:25
“PAŞA Holding” BDU tələbələri üçün təlim keçirib02.06.2025 - 16:12
BDU-da türkiyəli professor Nimet Yıldırımla görüş - FOTO02.06.2025 - 16:00
Bu il Pedaqoji Universitetin Şamaxı filialından 138 tələbə məzun olur - FOTO02.06.2025 - 15:50
BDU-nun magistrantı Mançester Universitetinin doktorantura proqramına qəbul olunub02.06.2025 - 15:40
ADPU-nun Şamaxı filialı tələbələrinin pedaqoji təcrübəsi başa çatıb - FOTO02.06.2025 - 15:30
Azərbaycan Turizm və Menecment Universiteti növbəti dəfə beynəlxalq reytinq siyahısında02.06.2025 - 15:20
BANM və Özbəkistanın aparıcı ali təhsil müəssisələri arasında əməkdaşlıq sənədləri imzalanıb - FOTO02.06.2025 - 15:10
Bakı Ali Neft Məktəbində futbol oyunu keçirilib - FOTO02.06.2025 - 15:00
Beynəlxalq Türk Akademiyası ilə Polşanın elmi qurumları arasında əlaqələr genişləndiriləcək02.06.2025 - 14:50
Regionlarda elm və təhsilin keyfiyyətinin yaxşılaşdırılması - konfrans02.06.2025 - 14:40
Azərbaycan arxeoloqlarının xarici ölkədə apardığı tədqiqatların nəticələri beynəlxalq simpoziumda təqdim edilib - FOTO02.06.2025 - 14:30
Bu mövzuda vebinar keçiriləcək02.06.2025 - 14:20
Peşə təmayüllü siniflərdə təhsil alan şagirdlərə interaktiv dərslər keçirilib02.06.2025 - 14:10
“Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda nöqsanlar ört-basdır edilir”02.06.2025 - 14:00
Elm və Təhsil Nazirliyinə 41 437 vətəndaş müraciəti daxil olub02.06.2025 - 13:50
Peşə təhsili üzrə milli bacarıq yarışına qeydiyyat başlayıb02.06.2025 - 13:40
Regionlarda dövlət qulluqçuları üçün növbəti təlim02.06.2025 - 13:30
Astarada məktəbin yaxınlığında yanğın olub02.06.2025 - 13:20
Bərdədə şagird məktəbin 3-cü mərtəbəsindən yıxılıb02.06.2025 - 13:10
LDU-da imtahan sessiyasına start verilib - FOTO02.06.2025 - 13:00
Bakı Slavyan Universiteti beynəlxalq reytinqdə uğur qazandı - FOTO02.06.2025 - 12:50
DİM-də rəqəmsal SAT imtahanı keçiriləcək02.06.2025 - 12:40
Bu lisey 2025/2026-cı tədris ili üçün V sinfə şagird qəbulu elan edir02.06.2025 - 12:30
BDU-da yaz imtahan sessiyası başlanıb - FOTO02.06.2025 - 12:20
İraq Respublikasının Strateji Araşdırmalar Mərkəzinin rəhbəri MEK-də olub02.06.2025 - 12:10
DİA tələbələri arasında keçirilmiş turnirin final mərhələsinə yekun vurulub - FOTO02.06.2025 - 12:00
Özbəkistanda Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi açılıb - FOTO02.06.2025 - 11:50
Ən azı 350 tələbəyə təqaüd veriləcək - Nazir 02.06.2025 - 11:40
Prezident: İtaliya-Azərbaycan Universiteti uğurlu əməkdaşlıq nümunəsidir02.06.2025 - 11:30
Azad edilmiş ərazilərdə 40-dan çox məktəb açılacaq02.06.2025 - 11:20
Taksi sürücüləri üçün növbəti imtahana QEYDİYYAT02.06.2025 - 11:10
Bu fənnin MİQ mövzuları açıqlanıb02.06.2025 - 11:00
Şuşa Realnı Məktəbinin açılış TARİXİ02.06.2025 - 10:50
May ayında 13 377 müraciət daxil olub02.06.2025 - 10:40
BMU-da imtahan sessiyası başlayıb - FOTO02.06.2025 - 10:30
Koreyada təhsil alan BMU-INHA İDP tələbələri ilə görüş keçirilib - FOTO02.06.2025 - 10:20
Peşə təhsili alan 6225 şagirdə interaktiv dərslər keçirilib02.06.2025 - 10:10
Qarabağ Universitetinin İncəsənət fakültəsi tarixi binaya köçürüləcək02.06.2025 - 10:00
BDU ilə Corc Vaşinqton Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub02.06.2025 - 09:50
BANM-də tələbələr üçün maarifləndirici infosessiya keçirilib - FOTO02.06.2025 - 09:40
BSU-da yay imtahan sessiyası başlayıb02.06.2025 - 09:30