Təhsil 365 - Logo Mobile

BDU-da tələbələr normadan artıq qəbul edilən şəkərin zərərləri barədə məlumatlandırılıb - FOTO

3108.04.2024 - 12:15
BDU-da tələbələr normadan artıq qəbul edilən şəkərin zərərləri barədə məlumatlandırılıb - FOTO

Qida Təhlükəsizliyi Agentliyinin həyata keçirdiyi “Şəkəri azalt, ömrünü uzat” kampaniyası çərçivəsində təhsil müəssisələrində görüşlər davam edir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən "Təhsil365"ə verilən məlumata görə, həmin çərçivədə növbəti görüş Bakı Dövlət Universitetində (BDU) keçirilib.

Tədbirdə Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri "Şəkərin zərərləri", "Şəkər əvəzediciləri" və "Gündəlik qida rasionunda meyvə-tərəvəzin əhəmiyyəti" mövzularında təqdimatlar ediblər. Tələbələrin diqqətinə çatdırılıb ki. şəkərin normadan artıq istifadəsi insan orqanizmində ürək-damar xəstəlikləri, ll tip diabet, piylənmə, diş çürüməsi, uşaqlarda diqqət zəifliyi və allergik reaksiyaların yaranması, yeniyetmələrdə qavrama qabiliyyətinin aşağı düşməsi, immun sistemin zəifləməsi və xərçəng xəstəliyinin bəzi növlərinin yaranma ehtimalını artırması kimi problemlər yarada bilər.

Görüşdə məlumat verilib ki, ölkəmizdə adambaşına düşən illik şəkər istehlakı 1995-ci ildən 2023-cü ilədək müddətdə 125 faiz artıb. 2022-ci ildə 1 nəfərin orta hesabla 27 kiloqram şəkər istehlak etdiyi müəyyən olunub ki, bu da gündə təxminən 74 qram şəkərdən istifadə deməkdir. Həmin göstərici isə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tövsiyə olunan 25 qramdan (6 çay qaşığı) 3 dəfə çoxdur. Bundan əlavə, 2012-ci ildən 2023-cü ilə qədər olan müddətdə əhalinin kakao, şokolad və şəkərli qənnadı məmulatları, eləcə də şirinləşdirilmiş mineral və qazlı su istehlakında 40 faiz artım müşahidə olunub. Həmin tendensiyanın arzuolunan olmadığını bildirən mütəxəssislər sağlam gələcək üçün qida rasionunda şəkər istehlakının azaldılmasını, o cümlədən şəkər əlavə edilmiş məhsulların normadan artıq istehlak edilməməsini vacib hesab ediblər.

Görüşün yekununda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, “Şəkəri azalt, ömrünü uzat” kampaniyası çərçivəsində Azərbaycan Kooperasiya Universitetində, həmçinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 10, 225, 234, 307 nömrəli tam orta məktəblərdə, 49 nömrəli məktəb-liseydə və 69, 117, 174, 183 və 316 nömrəli körpələr evi-uşaq bağçalarında görüşlər təşkil olunub. Təhsil müəssisəsində görüşlərin keçirilməsi ilə yanaşı, iri ticarət mərkəzlərində və supermarketlərdə stendlər də qurulacaq. Stendləri ziyarət edənlərə kampaniya ilə bağlı ətraflı məlumat veriləcək, onlara müxtəlif simvolik hədiyyələr təqdim olunacaq. Aprelin 26-da isə "Qida Təhlükəsizliyi" simpoziumu təşkil ediləcək.

Onu da bildirək ki, bu kampaniya əhali arasında sağlam həyat tərzinin təbliği və vətəndaşların sağlam qidalanmaya, o cümlədən şəkərin normaya uyğun qaydada istehlakına təşviq olunması məqsədilə həyata keçirilir. Ötən müddətdə kampaniyaya bir sıra qurumlar və tanınmış şəxslər qoşulub. Agentlik isə bu məsələ ilə əlaqədar aparılan təbliğat-təşviqat işlərini genişləndirir. Maarifləndirici məlumatlar, bukletlər və videoçarxlar hazırlanaraq ictimaiyyətə təqdim olunur.

Aydan Ələkbərova

Xəbər Lenti

Qəbul imtahanlarında II və III qrup üzrə düzgün CAVABLAR25.05.2025 - 13:20
Başqasının yerinə imtahan vermək istədi, DİM aşkarladı25.05.2025 - 11:59
Əməkdar müəllim vəfat etdi 25.05.2025 - 11:32
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı davam edir25.05.2025 - 11:15
İmtahan nəticələri bu tarixdə AÇIQLANACAQ25.05.2025 - 10:39
9 nəfər imtahandan xaric edilib - DİM25.05.2025 - 10:26
Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib - YENİLƏNİB25.05.2025 - 10:11
Qarabağ Universitetində keçirilən imtahanında qayda pozuntusu olmayıb 25.05.2025 - 09:40
Xankəndidə imtahan verən abituriyent: Qarabağ Universitetində təhsil almaq istəyirəm 25.05.2025 - 09:12
Sabah 28 dərəcə isti olacaq25.05.2025 - 08:35
Doktoranturaya sənəd qəbulu davam edir25.05.2025 - 06:35
Günəşdə güclü alışma baş verib25.05.2025 - 06:13
Alimlər möhkəm rezin istehsalında irəliləyib 25.05.2025 - 06:10
İmtahan gününün hava PROQNOZU 25.05.2025 - 05:50
Xankəndi İLK qəbul imtahanı...25.05.2025 - 05:25
Bu gün 54 mindən çox abituriyent II və III ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanı verəcək25.05.2025 - 03:30
300 bal toplayan daha bir məktəbli - FOTO24.05.2025 - 19:20
Qalmaqallı direktor işdən çıxarıldı24.05.2025 - 14:00
Cəfər Xəndanın Şah İsmayılla bağlı yazısı üzə çıxdı - Təbrizdə çap olunub24.05.2025 - 13:15
Dördüncü kurs tələbəsi FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ24.05.2025 - 12:15
Bakıdakı 25 saylı uşaq bağçası ilə bağlı vəziyyət nəzarətə götürülüb24.05.2025 - 11:50
Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” olimpiadasının yarımfinal turu keçirilib24.05.2025 - 11:07
7 il öncə RFO qalibi kimi nazirlə foto çəkdirmişdi, indi isə…24.05.2025 - 09:10
Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdam şəhərində keçirilib - FOTO24.05.2025 - 09:00
Könlümün sevgili məhbubu mənim...24.05.2025 - 07:25
Folklor İnstitutunun direktoru respublika konfransında çıxış edib - FOTO24.05.2025 - 07:11
Direktor 300 bal toplayan şagirdini təbrik etdi - FOTO24.05.2025 - 06:50
300 bal toplayan şagird - FOTO24.05.2025 - 06:35
Bakıda 200 yaşı olan binadakı uşaq bağçası TƏHLÜKƏLİ VƏZİYYƏTDƏ24.05.2025 - 05:40
6 nəfərin imtahan nəticəsi ləğv edildi24.05.2025 - 05:00
Bu məktəblərin şagirdləri 300 bal topladı - SİYAHI24.05.2025 - 04:40
Buraxılış imtahanının nəticələri AÇIQLANDI23.05.2025 - 21:45
Kemal Sunalı o canlandıracaq23.05.2025 - 19:35
Xəzər Universitetinin məzunu Aygül İsayeva “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunub - FOTO23.05.2025 - 18:12
Qabiliyyət imtahanları üçün nəzarətçilər və rəhbərlərə təlimlərin keçirilir23.05.2025 - 17:48
SDU-da beynəlxalq elmi konfrans keçirilib23.05.2025 - 17:12
AzMİU doktoranturaya sənəd qəbulu elan edir23.05.2025 - 16:59
ADNSU “QS Stars”da 5 ulduzla qiymətləndirilib23.05.2025 - 16:45
Sertifikaya imtahanı verəcək müəllimlərin NƏZƏRİNƏ23.05.2025 - 16:33
Sertifikasiyanın sınaq imtahanı keçiriləcək23.05.2025 - 16:21
AMEA doktoranturaya sənəd qəbulu elan edir23.05.2025 - 16:11
LDU-da elmi infosessiya keçirilib - FOTO23.05.2025 - 16:00
Bağçalara qeydiyyat dayandırılır23.05.2025 - 15:50
Müəllimlərin sertifikatlaşdırılması prosesinə dəstək məqsədilə sınaq imtahanı keçirilir23.05.2025 - 15:40
“Kitabxana-informasiya texnologiyalarının inkişafında müasir tendensiyalar” - konfrans23.05.2025 - 15:30
Ali məktəb tələbələri arasında III Respublika Olimpiadasının qalibləri mükafatlandırılıb - FOTO23.05.2025 - 15:20
AzMİU-da “İxtisasını tanıt” layihəsi çərçivəsində sərgi açılıb - FOTO23.05.2025 - 15:10
“1905-1906-cı illərdə ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri qırğınların siyasi nəticələri” - dəyirmi masa23.05.2025 - 15:00