Təhsil 365 - Logo Mobile

Aprelin 21-də 46 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verəcək

3218.04.2024 - 07:45
Aprelin 21-də 46 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verəcək

Aprelin 21-də Bakı şəhərinin Xəzər, (II zona), Nizami və Pirallahı rayonlarında, Naxçıvan Muxtar Respublikası, Sumqayıt (II zona), Naftalan, Abşeron (II zona), Göygöl, Goranboy, Şəmkir (II zona), Gədəbəy, Qax, Balakən, Zaqatala, Cəlilabad (II zona), Masallı (II zona), Lerik, Bərdə, Tərtər, Yevlax, Göyçay, Ağdaş, Qobustan, Saatlı, Salyan, Xaçmaz (II zona) və Quba (II zona) rayonlarında, həmçinin tədrisi ingilis, fransız və gürcü dillərində aparılan ümumi təhsil müəssisələrinin, Bakı şəhərinin xüsusi təhsil müəssisələrinin (internat məktəbləri, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər) məzunları üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək. Çilov adasında yerləşən məktəbə imtahan rəhbəri və materialların daşınması “Azneft” İstehsalat Birliyinin helikopteri vasitəsilə həyata keçiriləcək.

Bu barədə "Təhsil365"ə DİM-dən məlumat verilib.

İmtahan saat 11:00-da başlanacaq. İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

Şagirdlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:

-İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

-Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.

Şagirdlər imtahana buraxılış vərəqəsini internet vasitəsilə DİM-in saytından aprelin 9-dan etibarən çap edib götürə bilirlər.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 203 imtahan binası, 3510 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 571 imtahan rəhbəri və ümumi rəhbər, 4323 nəzarətçi, 619 buraxılış rejimi əməkdaşı (mühafizə), 203 bina nümayəndəsi cəlb edilib.

İmtahanda 46169 şagirdin iştirakı nəzərdə tutulur. İmtahanda 17 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagirdlər də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.

Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə onlayn şəkildə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında şagirdlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.

İmtahana 1 gün qalmış təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə təkrar baxış da keçirilir və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilir.

Elmina Muxtarlı

Xəbər Lenti

İsti Hava Gəlir: Temperatur 40 Dərəcəyə Çatacaq.15.07.2025 - 19:10
BSU-da Elmi Şuranın növbəti iclası keçirilib.15.07.2025 - 19:00
Gəncədə Abituriyentlər üçün Qarabağ Universitetinin Tibb Fakültəsi ilə Bağlı Təbliğat Görüşləri Keçirilib15.07.2025 - 18:00
Dəniz təbabətinə dair ilk ensiklopediya işıq üzü gördü15.07.2025 - 16:35
MDU və “Azərbaycan İES” MMC arasında yeni əməkdaşlıq qurulub15.07.2025 - 16:30
Xəzər universitetinin əməkdaşının məqaləsi beynəlxalq jurnalda15.07.2025 - 16:24
Vaqif Poeziya Günlərinin tarixi dəyişdirilib15.07.2025 - 16:16
Səkkizinci ANİMAFİLM festivalının müsabiqə proqramı elan olunub15.07.2025 - 16:13
Son üç ayda ombudsmanın Çağrı Mərkəzinə ümumilikdə 3377 zəng daxil olub15.07.2025 - 14:10
Bermud üçbucağı : Həqiqət, əfsanə və elm15.07.2025 - 14:00
Gizlenen serhedlər: dünyanın en qeyri-adi dövletleri15.07.2025 - 13:50
Dördüncü “Yüksəliş”in qalibi ilə rəsmi görüş keçirildi15.07.2025 - 13:40
Bəxtiyar Vahabzadənin yubiley kitabı gürcü dilində oxuculara təqdim edildi15.07.2025 - 13:30
Dövlət qulluğu imtahanı keçirilir – namizədlərin nəzərinə!15.07.2025 - 13:20
Liseylərin qəbul nəticələri yüksəkdir – DİM sədri açıqladı15.07.2025 - 13:10
Qlobal rəqabətdə liderlik qazanan dillər15.07.2025 - 13:00
Uğurun formulu: Ən uğurlu insanların gündəlik vərdişləri15.07.2025 - 12:50
Bakı Mühəndislik Universitetinin bu ilin ən yüksək nəticə göstərən tələbəsi15.07.2025 - 12:35
Buraxılış imtahanlarının nəticələri təhlil olunub15.07.2025 - 12:30
Elmi ictimaiyyət AMEA-nın 80 illik yubileyinə hazırlaşır15.07.2025 - 12:20
BDU ilə İqtisadi İslahatlar Mərkəzi arasında yeni əməkdaşlıq15.07.2025 - 12:10
Ümumdünya Gənclərin Bacarıqları Günü: Gələcəyin Qurucularına Dəstək15.07.2025 - 12:00
Respublikada zəlzələ müşahidə olundu15.07.2025 - 11:50
“Müasir metodist” müsabiqəsində iştirakçılarla müsahibələrə start verildi15.07.2025 - 11:10
Bakı tələbə şəhərləri reytinqində öz yerini alıb15.07.2025 - 11:00
BMU müəllim və tələbələrinin Çindəki mübadilə proqramı sona yetdi- FOTO15.07.2025 - 10:50
Şagirdlərin buraxılış nəticələri yaxşılaşıb15.07.2025 - 10:40
Azərbaycan biologiya komandası IBO 2025 üçün Ankarada praktiki hazırlıq keçib15.07.2025 - 10:30
Türkiyə səkkiz xarici eSIM provayderinə girişə məhdudiyyət qoydu15.07.2025 - 10:20
İyulun 16-da günəşli və isti hava gözlənilir15.07.2025 - 10:10
“İctimaiyyətlə əlaqələrin əsasları” dərs vəsaitinin təqdimatı keçirilib.15.07.2025 - 10:00
Məşqçiyə azyaşlı idmançını döydüyü üçün islah işi və məşq qadağası verildi15.07.2025 - 09:50
Musiqi, incəsənət məktəblərinə qəbul imtahanlarının nəticələri açıqlanıb.15.07.2025 - 09:40
T-test şkalasının digər imtahanlarda tətbiqi müzakirə edilir.15.07.2025 - 09:30
114 nömrəli bağçada məcburi köçkünlərin yaşadığı hissədə yanğın baş verib.15.07.2025 - 09:20
Magistraturaya qəbul imtahanında “speaking” mərhələsi tətbiq ediləcək - DİM sədri15.07.2025 - 09:10
Azərbaycan və Türkiyənin birgə elmi layihəsi: Türk mədəniyyətinin kökləri tədqiq olunur"15.07.2025 - 09:00
Məleykə Abbaszadə: Bir gündə 100 min şagirdin imtahan verməsi real deyil"15.07.2025 - 08:50
Mühasib vəzifəsinə işə qəbul üzrə müsabiqə elan edilir.15.07.2025 - 08:40
Tələbələrin köçürülməsinə start verildi15.07.2025 - 08:30
Bu namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər15.07.2025 - 08:20
119 mindən çox uşağın birinci sinfə qəbulu tamamlanıb15.07.2025 - 08:10
Məktəbli vəfat etdi15.07.2025 - 08:00
İki markerin qiyməti üst-üstə düşməzsə, sistem yazını üçüncü markerə ötürür15.07.2025 - 07:50
BDU-da şəhid övladları olan abituriyentlər üçün infotur keçiriləcək15.07.2025 - 07:40
Tələbələrin köçürülməsi prosesinin elektron sənəd qəbulu mərhələsi başlayıb 15.07.2025 - 07:30
“WorldSkills Azerbaijan” Elektronika üzrə milli yarış başa çatıb -FOTO 15.07.2025 - 07:20
“TəhsilPlus” kartı ilə bağlı görüş təşkil edilib -FOTO 15.07.2025 - 07:10