Təhsil 365 - Logo Mobile

148 illik zəngin inkişaf yolu keçmiş Azərbaycan milli mətbuatı

222.07.2023 - 18:05
148 illik zəngin inkişaf yolu keçmiş Azərbaycan milli mətbuatı

Mətbuat hər bir cəmiyyətin aynası, ictimai şüurun, mənəviyyatın inikasıdır.

Bu baxımdan Azərbaycan milli mətbuatı tarixinin ilk səhifələrindən bügünədək həm də milli-mənəvi dəyərlərimizin daşıyıcısı, fəal təbliğatçısı və qoruyucusu kimi məsul bir missiyanı yerinə yetirmişdir. Ümummilli Lider Heydər Əliyevin sözləri ilə desək, “Azərbaycan mətbuatı xalqımızın ən ülvi arzularının reallaşmasına öz töhfəsini vermiş, onun müstəqillik amalının güclənməsində, mənəvi dəyərlərinin tərəqqisində, milli şüurun, mədəniyyətin formalaşmasında böyük rol oynamışdır”.

Bu il Azərbaycanda ictimai fikir tariximizin mühüm bir hissəsini təşkil edən milli mətbuatın yaranmasının 148-ci ili qeyd olunur. Azərbaycan jurnalistikası ötən 148 il ərzində müxtəlif dövrlərdə ağır sınaqlara məruz qalsa da, tutduğu şərəfli yoldan əsla dönməmişdir.

Böyük mətəfəkkir Həsən bəy Zərdabinin 1875-ci il iyulun 22-də təsis etdiyi və redaktoru olduğu, ölkəmizdə anadilli ilk mətbu orqan hesab olunan “Əkinçi” qəzeti Azərbaycan xalqının milli kimliyinin və tarixi dəyərlərinin, eyni zamanda, dilimizin qorunub-saxlanmasında böyük rol oynamışdır. Mürəkkəb bir tarixi dövrdə fəaliyyətə başladığı gündən mübarizə dolu yol keçən “Əkinçi” xalqı maarifləndirmək, insanlara ana dilində qəzet oxumağı aşılamaq kimi nəcib missiyaları üzərinə götürmüş, özündən sonra bir sıra milli mətbu nümunələrin nəşrinə səbəb olmuşdur.

Azərbaycan mətbuatının ilk müjdəçisi "Əkinçi"dən sonra bu sahədə xeyli irəliləyişlər müşahidə edilmişdir. XIX əsrin sonlarında "Ziya" (1879), "Kəşkül" (1880), "Kaspi" (80-90-cı illər) qəzetləri nəşrə başlamışdır. XX əsrin əvvəllərində isə C.Məmmədquluzadə, M.Şahtaxtinski, S.Hüseyn, Ö.Faiq Nemanzadə, Ü.Hacıbəyov və başqaları yeni demokratik mətbuatın yaranması uğrunda mübarizə aparmışlar. Bu gərgin mübarizə nəticəsində "Molla Nəsrəddin" (1906), "Şərqi-rus" (1903), "Həyat" (1905), "Açıq söz" (1915), "Azərbaycan" (1918) kimi demokratik ruhlu, milli qayəli qəzetlər meydana çıxmışdır.

Azərbaycan mətbuatının bugünkü inkişaf səviyyəsinə çatmasında, fəaliyyətinin təkmilləşdirilməsində Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan mətbuatı yeni inkişaf mərhələsinə qədəm qoymuş, ölkəmizdə mətbu nəşrlərin sərbəst fəaliyyəti, jurnalistlərin öz fikirlərini azad şəkildə ifadə etmələri üçün geniş imkanlar yaradılmışdır. KİV-lərin cəmiyyətdə rolunu hər zaman yüksək qiymətləndirən Ulu Öndər Heydər Əliyevin “Mən istəyirəm ki, jurnalistlərlə bizim dostluğumuz daimi olsun. Bilin, mən jurnalistləri həmişə sevmişəm” - fikirləri də Ümummilli Liderin hər zaman Azərbaycanda mətbuatın inkişafına, bu sahədə maddi-texniki bazanın möhkəmləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə böyük önəm verdiyini bir daha sübut edir.

Azərbaycan dövləti müstəqilliyini bərpa etdikdən sonra istər müstəqillik aktında, istərsə də Azərbaycan Respublikasının Konstitusiyasında ölkəmizin dünyəvi, demokratik, hüquqi dövlət elan olunması və həmin konstitusiyanın 50-ci maddəsində “Məlumat azadlığının təsbit olunması", eləcə də 1992-ci ildə ilk dəfə Parlament tərəfindən "KİV haqqında Qanun"un qəbul edilməsi jurnalistikanın inkişafına güclü təkan verən hadisələrdən idi.

Ulu Öndər Heydər Əliyevin 1999-cu ildə “Kütləvi informasiya vasitələri haqqında” Qanunu təsdiqləməsi ölkəmizdə yeni mətbuat orqanlarının təsis olunması prosesini xeyli asanlaşdırmışdır. “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün Tədbirlər Proqramı” təsdiq olunmuş, vətəndaş müraciətlərinə baxılması, informasiyaların mühafizəsi, informasiya azadlığı, radio-televiziya yayımları, İTV və radio haqqında müxtəlif qərar və qanunlar qəbul edilməklə KİV-lərin fəaliyyətinin genişləndirilməsi və inkişafı təmin edilmişdir.

Əsası Ümummilli Lider tərəfindən qoyulan mətbuatın inkişafına dövlət qayğısı siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Azərbaycan mətbuatının bugünkü inkişafında dövlət başçısının xidmətləri böyükdür.

Hazırda müstəqillik yolu ilə inamla irəliləyən və hərtərəfli inkişaf edən Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması istiqamətində ciddi addımlar atılır, bu sahənin inkişafı ilə bağlı bir sıra uğurlu layihələr həyata keçirilir. Qəzetlər, jurnallar, teleradiolar, informasiya agentlikləri və informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr cəmiyyətdə ictimai fikri və sosial fəallığı formalaşdırmaqla yanaşı, həm də onları istiqamətləndirir. Azərbaycan hökuməti mətbuatın azad inkişafına diqqət yetirərək, KİV-lərin fəaliyyətinin genişlənməsinə və peşəkarlıq səviyyəsinin yüksəldilməsinə şərait yaradır.

Azərbaycan milli mətbuatının 130, 135 və 145 illik yubileylərinin keçirilməsi ilə bağlı sərəncamların imzalanması, yubiley münasibətilə mətbuat işçilərinin təltif edilməsi, onlara fəxri adların verilməsi jurnalistika tariximizə, o cümlədən kütləvi informasiya vasitələrimizə və jurnalistlərə verilən yüksək dəyərin göstəricisidir.

Bu istiqamətdə atılmış ən əhəmiyyətli addımlardan biri də dövlət başçısının “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” 2021-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin yaradılmasıdır. Agentlik medianın inkişafının dəstəklənməsi, media sahəsində mütəxəssislərin hazırlanması və onların əlavə təhsilinin təşkili, eləcə də media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması istiqamətində fəaliyyət göstərir.

AMEA rəhbərliyi də hər zaman mətbuatın inkişafına xüsusi önəm verir, ölkədə KİV-in fəaliyyətini diqqətdə saxlayır. Akademiyada yaradılmış İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi bu elmi qurumun fəaliyyət dairəsinə aid edilmiş məsələlərlə bağlı ictimai təşkilatlarla qarşılıqlı əməkdaşlıq və birgə fəaliyyəti həyata keçirir. Eyni zamanda, AMEA-nın və onun tabeliyində olan institutların ictimaiyyətlə əlaqələrinin təşkili, əlaqələndirilməsi, fəaliyyətinin KİV-də işıqlandırılması, AMEA tərəfindən görülmüş işlər barədə müvafiq məlumatların ictimaiyyətə çatdırılması və digər işləri həyata keçirir. Şöbənin tərkibində ölkənin ilk veb-saytı hesab olunan science.gov.az veb-portalı, “Elm qəzeti, “Elm və Həyat” jurnalı, eləcə də “Elm TV” internet televiziyası fəaliyyət göstərir.

Bu gün əminliklə deyə bilərik ki, hazırda özünün yüksəliş mərhələsini yaşayan, cəmiyyətin güzgüsü funksiyasını müvəffəqiyyətlə yerinə yetirən Azərbaycan mediası ölkədə ən sürətlə inkişaf edən, günü-gündən təkmilləşən fəaliyyət sahələrindən biridir. Ölkə mediası müasir informasiya cəmiyyəti quruculuğunda, milli-mənəvi dəyərlərin qorunub saxlanması və təbliğində, o cümlədən maarifləndirmə işlərinin aparılmasında mühüm rol oynayır.

Milli Mətbuat Günü münasibətilə bu sahədə çalışan hər kəsi ürəkdən təbrik edir, peşə fəaliyyətində yaradıcılıq uğurları arzulayırıq!

Nərgiz Qəhrəmanova

AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri

Aydan Ələkbərova

Xəbər Lenti

Lokal xarakterli antiterror tədbirlərindən bir il ötür18.09.2024 - 20:00
Vətən Müharibəsi ilə bağlı film çəkilir - FOTOLAR18.09.2024 - 18:25
“Azərbaycan poeziyasından incilər” adlı qiraət müsabiqəsinin yekun tədbiri - FOTO18.09.2024 - 18:00
Özbəkistan alimləri Əlyazmalar İnstitutunda tədqiqat aparacaqlar18.09.2024 - 17:40
Qarabağ və Şərqi Zəngəzurun florasında problemlərin həlli yolları - beynəlxalq konfrans - FOTO18.09.2024 - 17:20
ADU-da “Payızın ortası” adlanan Çin bayramı qeyd olunub18.09.2024 - 17:00
BDU-105: Prezident təqaüdçülərinin sayına görə ölkədə birinci yerdə olan Hüquq fakültəsi - FOTOLAR18.09.2024 - 16:40
BDU vakant vəzifələrin tutulması üçün müsabiqə elan edir18.09.2024 - 16:20
Qərbi Azərbaycanda törədilmiş soyqırımlarından bəhs edən kitabın təqdimatı olub - FOTOLAR18.09.2024 - 16:00
Dilçilik İnstitutunda Qazaxıstan alimləri ilə görüş olub - FOTO18.09.2024 - 15:40
Mərkəzi Elmi Kitabxana Milli Musiqi Gününə həsr olunmuş virtual sərgi hazırlayıb - FOTO18.09.2024 - 15:20
Konqolu gənclər Bakı Ali Neft Məktəbində təhsil alacaqlar - FOTO18.09.2024 - 15:00
Şeyx Rusiyaya gedir18.09.2024 - 14:40
Təhsil İnstitutu “Baş hüquqşünas” vəzifəsinə vakansiya elan edir!18.09.2024 - 14:20
Mübahisə zamanı bıçaqlanan tələbənin vəziyyəti açıqlanıb18.09.2024 - 14:00
ADU ilə Təhsilin İnkişafı Fondu arasında “TələbəPlus” kartı ilə bağlı müqavilə imzalanıb - FOTO18.09.2024 - 13:40
Bu imtahanlarda uğur qazananlara sertifikat veriləcək18.09.2024 - 13:20
PMS imtahanına qeydiyyat elan edilib18.09.2024 - 13:00
İmişlinin deputatı işdən çıxarılan müəllimi TƏNQİD ETDİ18.09.2024 - 12:40
“Astarada gənc turizmçilərin inkişaf proqramı” layihəsinin ikinci günü uğurla yekunlaşıb - FOTO18.09.2024 - 12:20
Şahin Bayramov tələbələrlə bir yerdə... - FOTO18.09.2024 - 12:00
Leyla Əliyeva uşaq bağçasının açılışında olub - FOTOLAR18.09.2024 - 11:40
Yüksək ballı BMU tələbəsi: “Mühəndis kimi Vətənimə fayda vermək istəyirəm”18.09.2024 - 11:20
Xüsusi siniflər üzrə şagird sıxlığı normaları müəyyənləşib18.09.2024 - 11:00
Xüsusi məktəblərdə şagirdlərin maksimum sayı müəyyən olunub18.09.2024 - 10:40
I sinfə və məktəbəhazırlıq qruplarına elektron qəbul yenidən BAŞLADI18.09.2024 - 10:20
İş və istirahət günlərinin yerləri dəyişdirilib18.09.2024 - 10:00
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü TƏSİS EDİLDİ18.09.2024 - 09:40
İmişlidə şagirdləri təhsildən yayındıran müəllim işdən ÇIXARILDI18.09.2024 - 09:20
"McDonald"s Azərbaycan" və DSMF şəhid övladlarını məktəb ləvazimatları ilə təmin edib18.09.2024 - 09:00
MDU-da seminar: “COP29 – Azərbaycan” - FOTO18.09.2024 - 08:40
Azərbaycana payız GƏLİR18.09.2024 - 08:20
Qarabağ Universitetinə yeni təyinat - FOTO18.09.2024 - 08:00
ADU-da kadr dəyişikliyi - Prorektor işdən çıxdı18.09.2024 - 07:40
Bakıda qalmaqallı məktəbə direktor təyin edildi18.09.2024 - 07:20
Bakıda tələbələr arasında kütləvi dava: Bir nəfərə beş xəncər zərbəsi vuruldu18.09.2024 - 07:00
UNEC-də ACCA İmtahan Mərkəzi yaradılıb - FOTO18.09.2024 - 06:40
Portuqaliyada 12 yaşlı oğlan məktəbdə altı nəfəri bıçaqladı18.09.2024 - 06:20
İlin ikinci Ay tutulması başlayıb 18.09.2024 - 06:00
Bu gün Milli Musiqi Günüdür17.09.2024 - 20:00
“BİRLİK” Regional Festivalları uğurla yekunlaşıb - FOTOLAR17.09.2024 - 18:10
Saatlıda yeni məktəb inşa olunub - Fotolar17.09.2024 - 17:25
İlk dərs günü itkin düşən 16 yaşlı məktəbli tapılıb17.09.2024 - 17:00
İlk dərs günü məktəb direktoru məhkəməyə verildi17.09.2024 - 16:40
Oqtay Əsədovun bağça müdiri işləyən xanımı işdən çıxarıldı17.09.2024 - 16:20
Polşalı alimlər yeni ekzoplanet kəşf ediblər17.09.2024 - 16:00
İdarəetmə Sistemləri İnstitutu: Wi-Fi-dan 100 dəfə sürətli Li-Fi texnologiyası gəlir17.09.2024 - 15:40
Dövlət İmtahan Mərkəzi daxili müsahibə elan edir17.09.2024 - 15:20