Təhsil 365 - Logo Mobile

Yanan da odur, yaman da...

222.07.2023 - 19:30
Yanan da odur, yaman da...

Bu gün Azərbaycan Milli Mətbuatının yaranmasından 148 il ötür.

Bəli, bu gün bizim bayramımızdır. Ancaq təəssüf ki, hər il olduğu kimi, bu bayram da hələ gəlməmişdən cəmiyyətimizdə "Mətbuat günü" ətrafındakı söz-söhbətlər səs salmağa başladı. Təəccüblüdür ki, bizim cəmiyyətdə təkcə iki peşə bayramı ilə bağlı belə söz-söhbətlər, atmacalar, neqativ danışıqlar olur: biri "Müəllimlər Günü", digəri isə "Mətbuat Günü".

Şübhəsiz ki, hər iki peşə bayramı və peşənin daşıyıcılarını aşağılamağa çalışan kütlənin nə müəllimin, nə də jurnalistin kimliyindən xəbəri var.

Bütün peşə sahiblərini, hətta müəllimin özünü də öyrədən müəllimdir. Bizə təkcə hərfləri, elmləri deyil, dünyanı, insanları, özümüzü belə öyrədən insan haqqında necə mənfi fikirdə olmaq, aşağılamaq, ildə bircə dəfə keçirilən bayramını ona çox görmək olar?!

Jurnalist isə cəmiyyətin xəbər verən dili, düşünən beyni, hadisələrə yön verən, ictimai fikri formalaşdıran qüvvəsidir. İlin on iki ayı hər xırda problemdə belə jurnalistin qapısını döyən, məsələsini ictimailəşdirmək üçün mətbuatdan dəstək istəyən, məhz jurnalistin qələmi sayəsində cəmiyyəti narahat edən bir sıra problemlərin həllinə nail olan insanlar iyul ayı gələn kimi başlayırlar 22 iyul tarixinə "hazırlaşmağa". Dövlət niyə jurnalistə hörmət etməlidir, niyə jurnalistə qayğı göstərilməlidir, niyə jurnalist öz sahəsinə aid olmasa belə, onların xoşuna gəlməyən məsələlərə etiraz etmir, hələ bir az da irəli getsələr, deyəcəklər ümumiyyətlə, jurnalist niyə var?

Gəlin, baxaq görək, Azərbaycan mətbuatı, jurnalisti niyə var və nə işlər görür? Zərdabi yadigarı mətbuatımızın bu günü necədir, gələcəyi nələr vəd edir?

Öncə onu qeyd edək ki, ölkə mətbuatının inkişaf xətti və fəaliyyəti birbaşa həmin ölkənin tarixi, ictimai durumu, inkişafı ilə bağlıdır. Azərbaycan kimi başı qovğalı, müharibələrin, hüznlərin meydanı olmuş məmləkətin jurnalistikası da bu qovğalardan, bu keşməkeşlərdən kənarda ola bilməzdi, əlbət.

Ölkəmiz son 30 ildə iki böyük Qarabağ müharibəsi, işğal, köçkünlük və nəhayət, qələbə yaşamış bir dövlətdir. Təbii ki, bu şəraitdə mediamız da bu müharibələrdən kənarda qalmadı. Azərbaycan jurnalisti bir əlində qələm, bir əlində silah, heç nədən qorxmadan, çəkinmədən atıldı meydana. Həm döyüşdü, vətəninin müdafiəsinə qalxdı, həm də yazdı, çəkdi, Azərbaycan həqiqətlərini bütün dünyaya və gələcək nəsillərə çatdırmaq üçün çarpışdı. Elə buna görədir ki, Azərbaycan mətbuatı həm I Qarabağ müharibəsində, həm də Vətən müharibəsində şəhidlər verdi. Bəli, bu gün həm də həmin şəhid jurnalistlərimizin günüdür.

Birinci Qarabağ müharibəsində şəhid olan jurnalistlərimiz arasında Milli Qəhrəman statusunu daşıyanlar da var. Çingiz Mustafayev, Salatın Əsgərova, Alı Mustafayev, Fəxrəddin Şahbazov, Kazımağa Kərimov, Osman Mirzəyev, Arif Hüseynzadə kimi peşəkar jurnalistlərimiz Qarabağ həqiqətlərini dünyaya çatdırmaq, Azərbaycan insanının naləsinə qulaqlarını bağlamış dünyanın gözlərini açmaq üçün müharibənin ən qaynaq nöqtələrində, ən təhlükəli əməliyyatlarda iştirak edib, şəhidlik zirvəsinə ucalıblar.

Təbii ki, müharibədə iştirak etmiş jurnalistlərimizin sayı bununla məhdudlaşmır. Onların arasında talenin rəhmindən şəhid olmayıb, yaralanan, müharibədən sağ qurtulmağı bacaran mətbuat nümayəndələrimiz də var ki, bu gün biz Qarabağ həqiqətlərini, erməni vandallığını, xalqımızın başına gətirilmiş müsibətləri məhz onların cəsarətlə, qorxmazlıqla lentə aldığı görüntülər vasitəsilə öyrənirik, öyrədirik.

Təəssüf ki, ölkəmiz kimi mətbuatımız da şəhid verməyə davam etdi. 30 ilə yaxın müddətdən sonra başlayan və böyük zəfərlə bitən Vətən müharibəmizdə də qəhrəman jurnalistlərimiz ön və arxa cəbhədə yorulmadan, usanmadan həm döyüşməyə, həm də işləməyə davam etdilər.

Həm I Qarabağ müharibəsində, həm də Vətən müharibəsində iştirak etmiş jurnalist İlham Tumas, Vətən müharibəsi iştirakçıları olan jurnalistlər "Təbib" qəzetinin baş redaktoru Məğrur Əliyev, İTV-nin əməkdaşı Şöhrət Eyvazov, "Ədalət" qəzetinin əməkdaşı Emin Piri, Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov, "Bakı xəbər" qəzetinin əməkdaşı Nahid Salayev, İTV telekanalının əməkdaşı Xanlar Mehdiyev, ATV telekanalının əməkdaşı Rza Bəbirov, "Cumhuriyyet.az" saytının baş redaktoru Nəsimi Şərəfxanlı, "İki sahil" qəzetinin əməkdaşı Anar Miriyev, "Qarabağ" futbol klubunun mətbuat xidmətinin əməkdaşı Mehman Əşrəfov, CBC Sport-un müxbiri Süleyman Vəliyev və başqaları jurnalistdən öncə cəsarətli, vətənini sevən və hər daim onun müdafiəsinə hazır olan vətəndaş olduqlarını bir daha sübut etdilər. Onlar ön cəbhədə döyüşərkən arxa cəbhədə onların həmkarları, qələm dostları durmadan müharibənin gedişatı ilə bağlı ictimaiyyəti məlumatlandırdılar, Azərbaycan həqiqətlərinin doğru-düzgün şəkildə çatdırılması üçün yorulmadan çalışdılar.

Vətən müharibəsi bitsə də, jurnalistlərimizin vəzifəsi bitmədi. Bu dəfə isə onlar işğaldan azad olunmuş torpaqlarımızda çəkilişlər apararaq, reportajlar hazırlayaraq 30 il orada vandallıqla məşğul olmuş, hər tərəfi minalamaqla insanlıqdan kənar xislətlərini bir daha sübut etmiş düşmənin iç üzünü göstərmək vəzifəsini öz üzərlərinə götürdülər. Bu da mətbuatımıza asan başa gəlmədi. Məhz belə çəkilişlərin birində - 2021-ci il iyunun 4-də AZƏRTAC-ın xüsusi müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışov Kəlbəcərin Susuzluq kəndində minaya düşərək şəhid oldular.

Bəli, Azərbaycan mətbuatı budur - hər daim qurban verməyə, itirməyə hazır olan, amma bütün bunlara baxmayaraq, yenə də şərəflə çalışmaqdan, xalqa xidmət etməkdən qalmayan və nə yazıq ki, çox zaman da haqqı tapdanan...

Mətbuatımızın itirdikləri bununla kifayətlənmir. Jurnalist demək hər işin ağrısını-acısını öz üzərinə götürüb, hamının problemini ürəyinə yükləmək, bəzən özünü, bəzən ailəni, bəzən də sağlamlığını unutmaq deməkdir. Yorğunluq, gərginlik, ağır iş rejimi, bitməyən çətinliklər və bütün bunlarla bərabər, tükənməyən qınaq, danlaq... Buna görədir ki, son illərdə mətbuatımızın cavan canları hərəsi bir xəstəlikdən, amma hamısı ortaq dərddən dünyasını dəyişir. Heç 50 yaşına çatmadan balalarını gözüyaşlı qoyub gedən neçə həmkarımız oldu bu illərdə? Onlardan biri də mən elə bu sətirləri yazarkən dünyaya gözlərini əbədi yuman peşəkar jurnalistimiz Natəvan Babayeva oldu.

Bax, Azərbaycan mətbuatı budur - yanan da odur,  yaman da...

Milli Mətbuat Günümüzdə başda şəhid jurnalistlərimiz olmaqla, bütün mərhum həmkarlarımızı sayğı və sevgi ilə yad edirik!

Bayramımız mübarək!

Şəhanə Müşfiq

Aydan Ələkbərova

Xəbər Lenti

Lokal xarakterli antiterror tədbirlərindən bir il ötür18.09.2024 - 20:00
Vətən Müharibəsi ilə bağlı film çəkilir - FOTOLAR18.09.2024 - 18:25
“Azərbaycan poeziyasından incilər” adlı qiraət müsabiqəsinin yekun tədbiri - FOTO18.09.2024 - 18:00
Özbəkistan alimləri Əlyazmalar İnstitutunda tədqiqat aparacaqlar18.09.2024 - 17:40
Qarabağ və Şərqi Zəngəzurun florasında problemlərin həlli yolları - beynəlxalq konfrans - FOTO18.09.2024 - 17:20
ADU-da “Payızın ortası” adlanan Çin bayramı qeyd olunub18.09.2024 - 17:00
BDU-105: Prezident təqaüdçülərinin sayına görə ölkədə birinci yerdə olan Hüquq fakültəsi - FOTOLAR18.09.2024 - 16:40
BDU vakant vəzifələrin tutulması üçün müsabiqə elan edir18.09.2024 - 16:20
Qərbi Azərbaycanda törədilmiş soyqırımlarından bəhs edən kitabın təqdimatı olub - FOTOLAR18.09.2024 - 16:00
Dilçilik İnstitutunda Qazaxıstan alimləri ilə görüş olub - FOTO18.09.2024 - 15:40
Mərkəzi Elmi Kitabxana Milli Musiqi Gününə həsr olunmuş virtual sərgi hazırlayıb - FOTO18.09.2024 - 15:20
Konqolu gənclər Bakı Ali Neft Məktəbində təhsil alacaqlar - FOTO18.09.2024 - 15:00
Şeyx Rusiyaya gedir18.09.2024 - 14:40
Təhsil İnstitutu “Baş hüquqşünas” vəzifəsinə vakansiya elan edir!18.09.2024 - 14:20
Mübahisə zamanı bıçaqlanan tələbənin vəziyyəti açıqlanıb18.09.2024 - 14:00
ADU ilə Təhsilin İnkişafı Fondu arasında “TələbəPlus” kartı ilə bağlı müqavilə imzalanıb - FOTO18.09.2024 - 13:40
Bu imtahanlarda uğur qazananlara sertifikat veriləcək18.09.2024 - 13:20
PMS imtahanına qeydiyyat elan edilib18.09.2024 - 13:00
İmişlinin deputatı işdən çıxarılan müəllimi TƏNQİD ETDİ18.09.2024 - 12:40
“Astarada gənc turizmçilərin inkişaf proqramı” layihəsinin ikinci günü uğurla yekunlaşıb - FOTO18.09.2024 - 12:20
Şahin Bayramov tələbələrlə bir yerdə... - FOTO18.09.2024 - 12:00
Leyla Əliyeva uşaq bağçasının açılışında olub - FOTOLAR18.09.2024 - 11:40
Yüksək ballı BMU tələbəsi: “Mühəndis kimi Vətənimə fayda vermək istəyirəm”18.09.2024 - 11:20
Xüsusi siniflər üzrə şagird sıxlığı normaları müəyyənləşib18.09.2024 - 11:00
Xüsusi məktəblərdə şagirdlərin maksimum sayı müəyyən olunub18.09.2024 - 10:40
I sinfə və məktəbəhazırlıq qruplarına elektron qəbul yenidən BAŞLADI18.09.2024 - 10:20
İş və istirahət günlərinin yerləri dəyişdirilib18.09.2024 - 10:00
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü TƏSİS EDİLDİ18.09.2024 - 09:40
İmişlidə şagirdləri təhsildən yayındıran müəllim işdən ÇIXARILDI18.09.2024 - 09:20
"McDonald"s Azərbaycan" və DSMF şəhid övladlarını məktəb ləvazimatları ilə təmin edib18.09.2024 - 09:00
MDU-da seminar: “COP29 – Azərbaycan” - FOTO18.09.2024 - 08:40
Azərbaycana payız GƏLİR18.09.2024 - 08:20
Qarabağ Universitetinə yeni təyinat - FOTO18.09.2024 - 08:00
ADU-da kadr dəyişikliyi - Prorektor işdən çıxdı18.09.2024 - 07:40
Bakıda qalmaqallı məktəbə direktor təyin edildi18.09.2024 - 07:20
Bakıda tələbələr arasında kütləvi dava: Bir nəfərə beş xəncər zərbəsi vuruldu18.09.2024 - 07:00
UNEC-də ACCA İmtahan Mərkəzi yaradılıb - FOTO18.09.2024 - 06:40
Portuqaliyada 12 yaşlı oğlan məktəbdə altı nəfəri bıçaqladı18.09.2024 - 06:20
İlin ikinci Ay tutulması başlayıb 18.09.2024 - 06:00
Bu gün Milli Musiqi Günüdür17.09.2024 - 20:00
“BİRLİK” Regional Festivalları uğurla yekunlaşıb - FOTOLAR17.09.2024 - 18:10
Saatlıda yeni məktəb inşa olunub - Fotolar17.09.2024 - 17:25
İlk dərs günü itkin düşən 16 yaşlı məktəbli tapılıb17.09.2024 - 17:00
İlk dərs günü məktəb direktoru məhkəməyə verildi17.09.2024 - 16:40
Oqtay Əsədovun bağça müdiri işləyən xanımı işdən çıxarıldı17.09.2024 - 16:20
Polşalı alimlər yeni ekzoplanet kəşf ediblər17.09.2024 - 16:00
İdarəetmə Sistemləri İnstitutu: Wi-Fi-dan 100 dəfə sürətli Li-Fi texnologiyası gəlir17.09.2024 - 15:40
Dövlət İmtahan Mərkəzi daxili müsahibə elan edir17.09.2024 - 15:20