Təhsil 365 - Logo Mobile

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş Respublika Voleybol Turniri keçirilib - FOTO

3509.05.2024 - 17:00
Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş Respublika Voleybol Turniri keçirilib - FOTO

Gəncə Şəhər İcra Hakimiyyətinin, Gənclər və idman nazirliyinin, Azərbaycan Voleybol Federasiyasının birgə təşkilatçılıqları ilə Gəncə İdman Sarayında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş Respublika Voleybol Turniri baş tutub.

Təhsil365 xəbər verir ki, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki vitse-konsulu Şota Dolidze, Özbəkistanın Gəncədəki Fəxri konsulu Kənan Cəlilov, Quru Qoşunları komandanının müavini general-mayor Vasif Kazımov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Apelliyasiyası Məhkəməsinin sədri Toğrul Əli, Gəncə şəhər Məhkəməsinin sədri Xəqani Tağıyev, 12 saylı Vergilər Baş İdarəsinin rəisi Şahin Eyyubov, “Rövşən Oğuz” Qrup MMC-nin Baş direktoru Hafiz Mustafayev, Azərbaycan Voleybol Federasiyasının Baş katibi Faiq Orucov, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi İntiqam Hüseynov, ADAU-nun rektoru Zəfər Qurbanov, ATU-nun rektor əvəzi Yaşar Ömərov, idarə, müəssisə, təşkilat rəhbərləri, idmançılar və gənclər iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzi Meydanında ucaldılmış abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb, xatirəsinə dərin ehtiram ifadə olunub.

Daha sonra Respublika Voleybol Turnirinin açılış mərasimi baş tutub. Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Niyazi Bayramov çıxışında bildirib ki, ölkəmizdə idman siyasətinin əsası Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə idmanın inkişafına xüsusi diqqət yetirib. Şəhər rəhbəri onu da diqqətə çatdırıb ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan idman siyasəti möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

“Gəncə İdman Sarayı möhtərəm Prezident cənab İlham Əliyevin Gəncə şəhərinə səfəri zamanı istifadəyə verilib. Bu da ölkə rəhbərinin idmanın inkişafına, ö cümlədən Gəncə şəhərinə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir” - deyə Niyazi Bayramov qeyd edib və yarış iştirakçılarına uğurlar arzulayıb.

Çıxış edən natiqlər də öz növbələrində Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkənin bütün sahələrinə olduğu kimi, idman sahəsinə göstərdikləri misilisiz xidmətlərindən bəhs ediblər.

Çıxışlardan sonra açılış mərasiminin bədii hissəsi baş tutub. Baletmeyster Sənan Cavadovun rəhbərliyi ilə “Xəmsə” Uşaq Rəqs Ansamblının “Qələbə” rəqsi, Zeynəp Abdullayevanın “Ağlımdan çıxmırsan” və Söhrab İbrahimovun bədii rəhbrəlik etdiyi Uşaq İncəsənət Məktəbinin “Xəmsə” nağaraçalanlar ansamblının ifası tamaşçılar tərəfindən böyük coşqu ilə qarşılanıb.

Bədii hissə yekunlaşdıqdan sonra Respublika Voleybol Turnirinə start verilib.

Yarışda yeniyetmə oğlanlardan ibarət 4 komanda mübarizə aparıb. Federasiya tərəfindən regionlarda təsis edilən Gəncə, Tovuz, Hacıqabul və Oğuz kollektivləri qüvvəsini sınayıb. Birinci görüşdə Gəncə və Hacıqabul komandaları üz-üzə gəliblər. Turnirin final oyununda Oğuz və Hacıqabul komandaları qarşılaşıblar. Görüşdə Oğuz komandası qələbə qazanaraq turniri ilk pillədə tamamlayıb.

Yekunda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov rəsmilərlə birgə komandalara diplom, medal, qalib kollektivə isə kubok təqdim ediblər.

Sonda xatirə şəkli çəkdirilib.

Elmina Muxtarlı

Xəbər Lenti

Türkiyə-Azərbaycan Universiteti Kastamonu Universiteti ilə əməkdaşlıq edəcək - FOTO04.01.2025 - 16:15
Goranboyda "Mercedes" aşdı - xəsarət alanlar var04.01.2025 - 15:40
Azərbaycanın veteran gimnastı VƏFAT ETDİ04.01.2025 - 15:05
Ombudsmanın təşəbbüsü əsasında Brayl əlifbası ilə maarifləndirici vəsait hazırlanıb - FOTO04.01.2025 - 14:35
2025-ci ilin rəngi – “Mocha Mousse”04.01.2025 - 14:10
Ötən il 71 nəfər elmlər doktoru olub04.01.2025 - 13:40
Günəşdə 6 partlayış olub04.01.2025 - 13:15
Bakıda ana üç övladı ilə birlikdə YOXA ÇIXDI04.01.2025 - 12:50
İtkin düşən uşaq 5 gün sonra sağ tapıldı04.01.2025 - 12:20
Yaponiyada dünyanın ən yaşlı insanı vəfat edib04.01.2025 - 11:55
Universitetlərə qəbulda keçid balları artacaq?04.01.2025 - 11:25
Küləkli hava ilə bağlı XƏBƏRDARLIQ04.01.2025 - 10:55
Səhər yeməyindən imtina etməyin təhlükələri nələrdir? – Alimlərdən tövsiyə04.01.2025 - 10:20
Yer kürəsində maqnit qasırğası başlayıb04.01.2025 - 10:00
Sabah yağış yağacaq04.01.2025 - 09:40
Lui Braylın doğum günüdür04.01.2025 - 09:20
Plastik cərrahların diplomlarının yoxlanılması üçün Xüsusi Təftiş Komissiyası yaradılıb04.01.2025 - 09:00
Şagirdlərin düzgün oturuşuna nəzarət edən stul yaradıldı04.01.2025 - 08:40
Bu gün ilin ən böyük Günəş diskini görəcəyik04.01.2025 - 08:20
Magistratura imtahanına qeydiyyat: Diplom problemi yarandıqda nə etməli?04.01.2025 - 08:00
Azərbaycanda 9 dərəcəyədək şaxta olub04.01.2025 - 07:40
“Qara qutu”ların dekodlanmasına başlanıldı04.01.2025 - 07:20
Alimlər insanlarda yeni qan qrupu kəşf etdilər04.01.2025 - 06:50
ALİMLƏR: Təzyiq dərmanı beyin şişinə çarə ola bilər 04.01.2025 - 06:25
Yol qəzasında yaralanan gənc xəstəxanada öldü 04.01.2025 - 06:00
Osmanlı əleyhinə ifadələr Suriya dərsliklərindən çıxarıldı - FOTO03.01.2025 - 14:20
Ferdi Tayfurun mahnıları ilə bağlı - Vəsiyyəti03.01.2025 - 14:00
Sabunçu Gənclər Evi təcrübə programını elan edir03.01.2025 - 13:40
İlin ən maraqlı yeddi astronomik hadisəsi: İlki bu gecə bizi gözləyir03.01.2025 - 13:20
Şəmkirdə şagirdlər üçün veloklub yaradılıb03.01.2025 - 13:00
Türkiyədə zəlzələ oldu03.01.2025 - 12:40
Azər Baxşəliyevin son durumu03.01.2025 - 12:20
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ03.01.2025 - 12:00
Bir Türk Klassikası: Düşmən kəlləsindən qədəh düzəltmək. 03.01.2025 - 11:40
“Global Research” layihəsinin Sinqapur konfransı baş tutdu03.01.2025 - 11:20
Lənkəranda 20 yaşlı gənc dəm qazından zəhərləndi - YENİLƏNİB03.01.2025 - 11:00
Sabah 15 dərəcə isti olacaq 03.01.2025 - 10:40
Ürəyin ən zəif və xəstə olduğu qan qrupu açıqlanıb03.01.2025 - 10:20
Alimlər xərçəng xəstəliyinin əlamətlərini açıqlayıb03.01.2025 - 09:40
Azər Baxşəliyevin son durumu AÇIQLANDI03.01.2025 - 09:20
Qaxda azyaşlını yük maşını vurub03.01.2025 - 09:00
Alimlər bu günlə bağlı XƏBƏRDARLIQ edib03.01.2025 - 08:40
Qarabağ Universitetinin açılışı ötən ilin ən əlamətdar hadisələrindən oldu03.01.2025 - 08:20
Azərbaycanda fəlsəfə doktoru dərəcəsi ən çox bu sahələrə verilib - SİYAHI03.01.2025 - 08:00
Bu ölkədə təqaüdlə təhsil almaq istəyənlər üçün sənəd qəbulu YEKUNLAŞIR03.01.2025 - 07:40
16 yaşında yoxa çıxan qız 52 il sonra tapılıb03.01.2025 - 07:20
21 yaşlı oğlan özünü asdı03.01.2025 - 07:00
Müəllimlər valideynlərin təhdidləri ilə üzləşirlər03.01.2025 - 06:40