Təhsil 365 - Logo Mobile

NAYORA Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbirlər keçirib - FOTOLAR

3212.05.2024 - 10:45
NAYORA Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbirlər keçirib - FOTOLAR

Müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə bir sıra tədbirlər keçirilib.

Qeyd edək ki, NAYORA və Böyük Qayıdış Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Milli Məclisinin üzvü Məzahir Əfəndiyev və tərəfdaş olan gənclər təşkilatlarının rəhbər və nümayəndələrinin iştirakı etdiyi “Heydər Əliyev və gənclər siyasəti” mövzusunda görüş təşkil edilib. Görüşün əsas məqsədi Ulu Öndər Heydər Əliyevin ölkə gənclər siyasətinin əsasının qoyulmasında rolu, gənclərin milli ruhda yetişdirilmələri üçün atdığı addımlar, bunları nəzərə alaraq Azərbaycan Respublikasının gəncləri qarşısında duran mühüm vəzifələrlə bağlı gənclər təşkilatlarının nümayəndələri arasında məlumatlılığın artırılmasına yönəlmişdir.

Silsilə tədbirlər çərçivəsində 9 may tarixində NAYORA və “Xəzər İntellektual Gənclər Klubu”nun birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə “Gənclər təşkilatlarının həmrəylik kuboku” intellektual oyunu baş tutub. Ümumilikdə 8 gənclər təşkilatından nümayəndələrin iştirak etdiyi intellektual yarışda komandalar Heydər Əliyev irsi, Azərbaycan tarixi, Vətən Müharibəsi və ümumi dünyagörüşü ilə bağlı sualları cavablandırıblar.

NAYORA-ya üzv və tərəfdaş olan gənclər təşkilatlarının rəhbər və nümayəndələrinin iştirakı ilə "Azərbaycan Gəncliyi Ulu Öndər Heydər Əliyevin İZİ ilə" adlı konfrans keçirilib. Konfransda çıxış edən gənclər təşkilatlarının nümayəndələri ölkəmizin müstəqil, hərtərəfli, dinamik inkişafında Ulu Öndər Heydər Əliyevin çoxşaxəli və misilsiz xidmətlərini vurğulayıblar. Onlar, Ulu Öndərin layiqli siyasi davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətlə inkişaf etdiyini, dünyanın siyasi xəritəsində mövqeyinin daha da gücləndiyini və tariximizin qalibiyyətlərlə dolu şanlı səhifələrinin yazıldığını qeyd ediblər.

Ulu Öndərin doğum gününə həsr olunmuş fəaliyyətlər sırasında “Heydər Əliyevin irsi və tövsiyələri” mövzusunda ideyatonun keçirilməsi də öz əksini tapmışdır. İdeyaton çərçivəsində gənclər təşkilatları ilk öncə Ulu Öndərin müdrik siyasəti ilə bağlı seminarlarda iştirak edib, daha sonra komandalar formalaşdıraraq bu irsin, təcrübənin ötürülməsini hədəfləyən müxtəlif layihələr üzərində müzakirələr nəticəsində müvafiq təkliflər hazırlayıblar. Tədbirin sonunda layihələr münsiflər tərəfindən qiymətləndirilmiş və layihəsi ən yüksək qiymətləndirilən komanda mükafatlandırılmışdır.

Xüsusi vurğulayaq ki, 10 May çərçivəsində yüzlərlə gəncin iştirakı ilə Fəxri Xiyabana ziyarət təşkil olunmuş, Ulu Öndərin məzarı önünə gül dəstələri qoyulmuşdur.

Azərbaycan xalqının tarixində böyük xilaskar kimi fəxrlə söz açdığımız, davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycanın qurucusu olan Ulu Öndər Heydər Əliyevin xatirəsini daima hörmət və şərəf hissi ilə anır, xatirəsini uca tutur və onun şah əsəri olan güclü Azərbaycanın gəncləri olduğumuz üçün qürur duyuruq.

Elmina Muxtarlı

Xəbər Lenti

"Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunan sərgi keçirilib - FOTOLAR22.10.2024 - 16:00
Elm və Təhsil Nazirliyi və Baş Prokurorluq Qarabağ Universitetində - FOTO22.10.2024 - 15:40
DİM-in hazırlıq kurslarına qeydiyyat aparılır22.10.2024 - 15:20
AzMİU tələbələri əl işlərində qlobal ekoloji mövzuları əks etdirməyə çalışıb - FOTO22.10.2024 - 15:00
Təhsil İnstitutu 200 peşə təmayüllü sinifdə monitorinq keçirəcək - FOTO22.10.2024 - 14:40
Əli Əhmədov: Özəl bağçalarda dövlət müəssisələrinin meyarları tətbiq olunmalıdır22.10.2024 - 14:20
Prorektorun qətlini sifariş verməkdə ittiham olunan şəxslərlə bağlı QƏRAR22.10.2024 - 14:00
MM hərbi qulluqçuların təhsili ilə bağlı normaların təkmilləşdirilməsini təsdiqləyib22.10.2024 - 13:40
"Mədəniyyət nazirliyi digər kütləvi kitabxanalara diqqət yetirdiyi kimi, xüsusi kitabxanalara da diqqət ayırmalıdır" - Ekspert22.10.2024 - 13:20
“Uşaq hüquqları haqqında” qanunda dəyişiklik edilib22.10.2024 - 13:00
BMU ilə İqlim Böhranına Cavab Layihə Qrupu arasında SAZİŞ - FOTO22.10.2024 - 12:40
Rəssamlıq Akademiyası yağışla bağlı yaranan vəziyyətə aydınlıq gətirib – AÇIQLAMA22.10.2024 - 12:20
UNEC-də növbəti TƏYİNAT22.10.2024 - 12:00
ARTİ daha bir vakansiya elan edir22.10.2024 - 11:40
ADPU-dan açıqlama - dəymiş ziyan tələbələrin dəvamiyyətinə təsir etməyib22.10.2024 - 11:20
Xəzər Universitetindən açıqlama - Tələbələrin gəlişində problem yaranıb22.10.2024 - 11:00
Sabahın havası açıqlanıb22.10.2024 - 10:40
Milli Qəhrəmanın anım GÜNÜDÜR22.10.2024 - 10:20
Təhsil müəssisələrinin işçiləri üçün praktiki seminar keçirilib22.10.2024 - 10:00
BRICS universitetlərinin ilk reytinq cədvəli təqdim olunub22.10.2024 - 09:40
Yağıntılı hava məktəblərdə davamiyyətə necə təsir edib? - AÇIQLAMA22.10.2024 - 09:20
İcma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili ilə bağlı qrant müsabiqəsinə sənəd qəbulu başa çatır22.10.2024 - 09:00
İlham Əliyev: COP29-a hazırlıq işləri artıq son mərhələdədir22.10.2024 - 08:40
BMU ilə Birləşmiş Ərəb Əmirlikləri Universiteti birgə tədqiqatlara başlayır22.10.2024 - 08:20
Qafqazşünaslıq İnstitutunun direktoru vəzifəsindən azad edilib22.10.2024 - 08:00
Azərbaycanlı tələbələr Rumıniya və Tacikistanda təqaüdlə təhsil alacaqlar22.10.2024 - 07:40
“Ali təhsil müəssisələrinə tələbə qəbulu: təhlil və proqnozlaşdırma” mövzusunda tədbir keçirilib22.10.2024 - 07:20
Bakalavr və magistr üzrə ixtisasların yeni təsnifat layihəsi hazırlanıb22.10.2024 - 07:00
Mingəçevir Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib - FOTO22.10.2024 - 06:40
16 yaşlı qızı evləndirmək istədilər, qurumlar hərəkətə keçdi22.10.2024 - 06:20
Bu universitetləri su basıdı - VİDEO22.10.2024 - 06:00
BMU müəlliminin fərdi yaradıcılıq sərgisi keçirilib21.10.2024 - 15:00
UNEC-də yeni təyinat21.10.2024 - 14:40
İctimai fənlər kafedrasının müdiri Kokand Universitetində mühazirələr oxuyub - FOTO21.10.2024 - 14:20
BMU-İNHA İDP tələbələri II yerə layiq görülüblər21.10.2024 - 14:00
Sürücülərin nəzərinə! - Oktyabrın 27-si imtahandır21.10.2024 - 13:40
AMEA-da külli miqdarda mənimsəmə ilə bağlı cinayət işi açılıb21.10.2024 - 13:20
AzMİU tələbələrinin təşəbbüsü ilə 5 günlük forum öz işinə başladı21.10.2024 - 13:00
Naxçıvanda diaqnostik qiymətləndirmədən yüksək bal TOPLAYANLAR21.10.2024 - 12:40
Kolleclərdə monitorinqlər keçirilib - FOTO21.10.2024 - 12:20
Bağça müəllimlərinin imtahanı yekunlaşıb21.10.2024 - 12:00
MDU-da Energetiklər Gününə həsr olunmuş konfrans21.10.2024 - 11:40
UNEC-də süni intellekt fənninin tədrisinə xarici mütəxəssislər cəlb olunur21.10.2024 - 11:20
Sabahın hava proqnozu açıqlanıb21.10.2024 - 11:00
Deputat: "Bu gün tələbələrin təşəbbüskar olduğu forumdayıq"21.10.2024 - 10:40
ARTİ vakansiya elan edir21.10.2024 - 10:20
İlham Əliyev: Azərbaycan sülh prosesinin irəli aparılması üçün qəti addımlarını davam etdirəcək21.10.2024 - 10:00
Təhsil İnstitutunda ədəbiyyat fənn kurikulumunun müzakirəsi təşkil edilib - FOTO21.10.2024 - 09:40