Salyan rayonu S. Cəfərov adına Yenikənd kənd tam orta məktəbində çalışan katibə tərəfindən nizam-intizam qaydaları pozulub.
Bu barədə “Təhsil365”in redaksiyasına müəllimlər tərəfindən şikayət daxil olub. Şikayəti təqdim edirik:
“Salyan rayonu S. Cəfərov adına Yenikənd kənd tam orta məktəbində çalışan katibə Xankişiyeva Gəünay Rövşən qızı məktəb daxilində müəllim kolleltivi ilə normal rəftar etmir”.
Müəllimlərin sözlərinə görə adıçəkilən xanım tələbədir və kollecdə təhsil alır.
“Xankişiyeva Gəünay Rövşən qızı tələbədir və kolleclərin birində təhsil alır. O müəyyən miqdarda pul verərək dərslərə getmir və məktəbin nizam-intizam qaydalarını pozur”.
“Təhsil365” İnformasiya Agentliyi tərəfindən məsələ ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə sorğu göndərilib. Yalnız hələ də sorğumuza cavab verilməyib.
QEYD: “Təhsil365” redaksiyası mövzu ilə bağlı araşdırmalara davam edir və qarşı tərəflərin söz azadlığını tanıyır!

