Təhsil 365 - Logo Mobile

Qəbul imtahanının nəticələri ilə bağlı apellyasiya BAŞLANIR

6812.06.2024 - 07:00
Qəbul imtahanının nəticələri ilə bağlı apellyasiya BAŞLANIR

II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının birinci cəhdinin nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Dövlət İmtahan Mərkəzində (DİM) Apellyasiya komissiyası fəaliyyət göstərəcək.

DİM-dən "Təhsil365"ə bildirilib ki, Apellyasiya komissiyasına müraciət etmək istəyənlər iyunun 13-ü saat 10:00-dan iyunun 15-i saat 17:00 dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:

- Apellyasiya komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;

- İmtahan iştirakçılarının müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;

- İmtahan iştirakçılarının apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı SMS göndərilir.

Bundan sonra abituriyentlər “apelyasiya.dim.gov.az” saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.

İmtahanda iştirak edən abituriyentlər nəticələri, cavab kartı və cavab vərəqinin qrafik təsvirləri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə DİM-in saytında tanış ola bilərlər.

Apellyasiya komissiyasına müraciət etməzdən əvvəl abituriyentlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15 faizi ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. İmtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi mayın 26-da II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanının nəticələrini açıqlayıb. İmtahan vermək üçün ərizə təsdiq etmiş 48 min 978 abituriyentdən (II qrup üzrə 23 min 874 nəfər, III qrup üzrə 25 min 104 nəfər) 1994 nəfər (II qrup üzrə 1259 nəfər, III qrup üzrə 735 nəfər) imtahanda iştirak etməyib. Abituriyentlərdən 16 nəfəri qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

Bu imtahanda II ixtisas qrupu üzrə ən yüksək nəticəni 394.0 bal toplayan Bakı şəhər Humanitar fənlər təmayüllü məktəb-liseyin məzunu Turan Anar oğlu Əliyev göstərib. O, imtahanın birinci mərhələsində 281.7 bal toplayıb. Hər iki mərhələnin cəminə görə II ixtisas qrupu üzrə ən yüksək nəticəni isə 693.9 bal toplayan Xırdalan şəhər 2 saylı orta məktəbin məzunu Şəbnəm Ramin qızı Novruzova göstərib. O, imtahanın birinci mərhələsində 300, ikinci mərhələsində isə 393.9 bal toplayıb.

Bu imtahanda III ixtisas qrupu üzrə ən yüksək nəticəni 397.0 bal toplayan Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin məzunu Zeynəb Hünər qızı Hacıyeva göstərib. O, imtahanın birinci mərhələsində 290 bal toplayıb. Hər iki mərhələnin cəminə görə III ixtisas qrupu üzrə ən yüksək nəticəni isə 692.5 bal toplayan M.Ələkbərov adına Tovuz şəhər məktəbinin məzunu İlahə Rəşad qızı Məhərrəmzadə göstərib. O, imtahanın birinci mərhələsində 300, ikinci mərhələsində isə 392.5 bal toplayıb.

Xatırladaq ki, imtahanın I mərhələsində maksimal olaraq 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır.

Müsabiqə şərtlərini ödəyən abituriyentlər üçün ixtisas seçimi tarixləri haqqında əlavə məlumat veriləcək.

Elmina Muxtarlı

Xəbər Lenti

Bu günün hava proqnozu açıqlanıb18.06.2025 - 06:10
Bu gün müəllimlər sertifikasiyadan KEÇƏCƏK18.06.2025 - 05:59
"WhatsApp"da yenilik: Reklamlar və pullu abunəliklər gəlir17.06.2025 - 19:57
"ChatGPT"nin yaradıcıları ABŞ Müdafiə Nazirliyi ilə müqavilə imzalayıb17.06.2025 - 19:45
Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır17.06.2025 - 19:34
Fizika-riyaziyyat təmayüllü liseyin şagirdi nümunəvi uğur - FOTO17.06.2025 - 19:22
DİM-də iyunun 18-də TOEFL iBT imtahanı keçiriləcək17.06.2025 - 19:10
Lisey və gimnaziyaların imtahanlarına qeydiyyat başa çatır17.06.2025 - 19:00
Azərbaycanda tələbə vəfat etdi17.06.2025 - 18:50
DİM GRE imtahanı keçirəcək17.06.2025 - 18:40
60 yaşdan yuxarı 100-ə yaxın müəllim sertifikasiyadan keçəcək17.06.2025 - 18:39
Bu il ilk dəfə Astarada sertifikasiya keçiriləcək17.06.2025 - 18:20
Azərbaycan əsgərinə elmin dəstəyi - FOTO17.06.2025 - 18:10
Pedaqoji Universitetdə liderlik proqramlarının bağlanış mərasimi keçirilib - FOTO17.06.2025 - 17:58
“Meşə tiplərinin tədqiqi və davamlı inkişafı” mövzusunda beynəlxalq konfrans keçirilir - FOTO17.06.2025 - 17:46
Çin dilinə dair beynəlxalq müsabiqənin Azərbaycan üzrə seçim turu olub - FOTO17.06.2025 - 17:32
MEK ilə Naxçıvan Dövlət Universiteti arasında əməkdaşlıq genişlənir - FOTO17.06.2025 - 17:21
ADPU-nun Quba filialında “Vətən” poemasında dil məsələlərinə dair elmi-ədəbi fikir mübadiləsi aparılıb - FOTO17.06.2025 - 17:11
Minskdə “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası” sənədinin təqdimatı keçirilib-FOTO17.06.2025 - 17:00
“Axşam görüşləri”: Azərbaycan elminin və mədəniyyətinin carçısı17.06.2025 - 16:45
Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir17.06.2025 - 16:35
Tarix Muzeyinin əməkdaşı beynəlxalq forumda Azərbaycanın bölgələrində aşkar olunmuş sikkələr barədə çıxış edib17.06.2025 - 16:23
BDU-nun komandası “Enactus Çempionlar Liqası”nda ikinci yerin qalibi olub17.06.2025 - 16:10
STEAM’ool olimpiadasının final mərhələsinin qalibləri elan olunub17.06.2025 - 15:53
ADNSU-da “Materialşünaslıq elmi və texnologiyası” mövzusunda seminar keçirilib - FOTO17.06.2025 - 15:35
“Azercell Cup 2025” müsabiqəsinin qalibləri elan olundu - FOTO17.06.2025 - 15:20
Qubada "Nə? Harada? Nə zaman" oyunu üzrə açıq kubok keçirilib17.06.2025 - 15:00
ADA ilə BOC arasında Anlaşma Memorandumu imzalanıb - FOTO17.06.2025 - 14:46
Nazir müavini Türkiyənin Milli Təhsil Nazirliyinin nümayəndə heyəti ilə görüşüb17.06.2025 - 14:34
Metin Yener: Türkiyə universitetləri NDU ilə birgə proqramlar hazırlaya bilər 17.06.2025 - 14:23
Nazir müavini: Təhsilin məqsədi şagirdləri savadlı, yaradıcı və kompetent cəmiyyət üzvü kimi yetişdirməkdir17.06.2025 - 14:12
Nəzakət Mehdiyeva: Sertifikasiya imtahanına asan suallar salınması təsadüfi deyil17.06.2025 - 14:00
Azərbaycan və Türkiyə arasında peşə təhsili sahəsində əməkdaşlığa dair görüş keçirilib - FOTO17.06.2025 - 13:50
Nazir müavini: Bölgələrdə yeni lisey və gimnaziyalar açılacaq17.06.2025 - 13:40
Aşpaz və qənnadıçı peşələri üzrə Milli Abilimpiya Çempionatı keçirilib17.06.2025 - 13:30
“BilBacar” müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTO17.06.2025 - 13:20
Azərbaycanda Türkiyə modelinə uyğun 2 peşə məktəbi açılacaq17.06.2025 - 13:10
Sertifikatlaşdırma müəllimlər arasında sağlam rəqabət yaradır – Vəfa Yaqublu17.06.2025 - 12:54
Jurnalistikanın qabiliyyət imtahanlarına qeydiyyat başlayır17.06.2025 - 12:43
“Real tarix və “böyük Ermənistan” uydurması” kitabının onlayn versiyası 11 dildə təqdim edilib17.06.2025 - 12:31
Nurlan İsmayılbəyli: İnformatika müəllimi olmaq istəyənlərin sayı artır17.06.2025 - 12:25
Metodistlər bu müəllimlər arasından seçiləcək 17.06.2025 - 12:14
Nazir: Dayanıqlı inkişaf üçün universitetlər konkret öhdəliklər götürməlidir17.06.2025 - 11:56
Vəfa Yaqublu: Sertifikatlaşdırmadan sonra məktəblərdə yalnız yüksək bilikli müəllimlər işləyəcək17.06.2025 - 11:40
Həbib Kərimov: Bütün şəxslərin təhsilə cəlb olunması üçün işlər aparılır17.06.2025 - 11:30
Emin Əmrullayev: Elmi əməkdaşlıq olmadan inkişaf mümkün deyil17.06.2025 - 11:20
Fərdi təhsil alan şagirdlərin sayı açıqlanıb17.06.2025 - 11:10
Məktəblimiz beynəlxalq olimpiadada qızıl mükafat qazanıb - FOTO17.06.2025 - 10:57