Təhsil 365 - Logo Mobile

ARDNF dünyada təhsil xidmətləri göstərən ən böyük özəl şirkətlərdən birinə sərmayə qoyur

4618.06.2024 - 12:50
ARDNF dünyada təhsil xidmətləri göstərən ən böyük özəl şirkətlərdən birinə sərmayə qoyur

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) hindistanlı mühacirlərin Dubayda bir məktəb əsasında təsis etdiyi, dünyanın ən böyük özəl təhsil təminatçılarından biri olan “GEMS Education”a sərmayə qoyur.

Təhsil365 xəbər verir ki, bu barədə onddan bildirilib.

Məlumata görə, ARDNF-dən başqa Kanadanın “Brookfield Asset Management Ltd.” investisiya şirkətinin rəhbərlik etdiyi, tərkibinə həmçinin Dubayda yerləşən “Gulf Islamic Investments”, “Marathon Asset Management” şirkətlərinin də daxil olduğu konsorsium layihəyə sərmayə yatıracaq.

Müqavilənin maliyyə təfərrüatları açıqlanmayıb. Amma “Bloomberg News” daha əvvəl Kanada şirkətinin təxminən 2 milyard ABŞ dolları sərmayə qoymağı planlaşdırdığını bildirmişdi. Bu, sövdələşməni Fars körfəzində özəl biznesə ən böyük kapital investisiyalarından birinə çevirəcək.

“Bu addım “CVC Capital Partners”ə körfəzdəki ilk özəl kapital sərmayəsinə daxil olduqdan beş il sonra GEMS-dəki payını əhəmiyyətli dərəcədə azaltmağa imkan verəcək. Bununla belə şirkət bu cəlbedici bölgəyə gələcək sərmayələrə tam sadiqdir”, - CVC-nin Yaxın Şərq üzrə rəhbəri Özgür Önder bildirib.

Əməliyyatın müəyyən şərtlərə riayət edilməklə ilin üçüncü rübündə yekunlaşması gözlənilir. “Brookfield” üçün bu sövdələşmə son illərdə getdikcə fəallaşdığı bölgəyə daha bir investisiya yatırımı olacaq. Həmçinin GEMS şirkətlərin mövcud öhdəliklərinin bağlanılması da daxil olmaqla, əməliyyatı maliyyələşdirmək üçün BƏƏ-nin bir sıra banklarından maliyyə təmin edib.

Xatırladaq ki, bu biznesin başlanğıcı 1959-cu ilə, təsisçi Sunni Varkinin valideynləri Hindistanın cənubundakı Keraladan Dubaya köçdükləri vaxta gedib çıxır. Bu gün BƏƏ-nin 40-dan çox GEMS məktəbində 135 mindən çox şagird təhsil alır. Onun illər ərzində genişlənməsi Dubayın böyük maliyyə mərkəzi kimi yüksəlişini əks etdirdi. Pandemiyadan sonra sayı kəskin şəkildə artan əcnəbi əhalinin çoxluqla yaşadığı Dubay özəl təhsilə böyük məbləğdə - bəzən ildə 20 000 dollardan çox vəsait xərcləyir.

Bu əməliyyat 2022-ci ildən başlayan satış prosesini tamamlayır. Varki daha əvvəl 2020-ci ildə payının bir hissəsini satmağa çalışsa da, pandemiyanın yayılması səbəbindən alıcıları cəlb edə bilməmişdi. Şirkət həmçinin Londonda səhmlərinin ilkin ictimai təkliflərin keçirməyi planlaşdırırdı, lakin bu plan da baş tutmayıb.

“GEMS-ə sərmayə qoyuluşu “Brookfield” və Yaxın Şərqdəki özəl kapital biznesimiz üçün mühüm mərhələni xarakterizə edir, bu sürətlə inkişaf edən regiona investisiya yatırmaq öhdəliyimizi və yerli tərəfdaşlığımızın gücünü vurğulayır”, - “Brookfield”in Yaxın Şərqdəki idarəedici tərəfdaşı və regional rəhbəri Cud Ellon söyləyib.

“GEMS Education”un konsultantları qismində “Morgan Stanley”nin sabiq bankiri Mey Nəsrullah tərəfindən təsis edilmiş “deNovo Partners” butiki və “Goldman Sachs Group Inc.” şirkəti çıxış edib.

Xatırladaq ki, ARDNF Azərbaycan Prezidentinin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılıb və dövlət başçısına hesabat verən büdcədənkənar dövlət qurumudur.

Fondda neft kontraktlarının icrasından, xüsusən də dövlətin gəlirli neft və qazının satışından, neftin və qazın ölkə ərazisindən daşınması üçün tranzit tariflərindən, dövlət əmlakının icarəyə verilməsindən əldə edilən və digər gəlirlər toplanır. 2024-cü il aprelin 1-nə ARDNF-nin aktivləri təxminən 57,373 milyard ABŞ dolları təşkil edib.

Elmina Muxtarlı

Xəbər Lenti

Spencer Wells, Türk Tarix Tezisi və "Genetic Odyssey"22.12.2024 - 12:55
Fənn olimpiadalarının rayon mərhələsində 2200-ə yaxın şagird iştirak edib22.12.2024 - 12:25
İsrail ordusu Qəzzada keçmiş məktəbə zərbələr endirib22.12.2024 - 11:50
Uşaqlar üçün tamaşa: “Yeni İl Sərgüzəştləri” anşlaqla keçdi - FOTO22.12.2024 - 11:20
Sabahın hava proqnozu açıqlanıb 22.12.2024 - 10:45
Türkiyəli mütəxəssislər Azərbaycan kitabxanalarına baş çəkiblər - FOTO22.12.2024 - 10:15
Dağlıq rayonlarda şaxta qeydə alınıb - FAKTİKİ HAVA22.12.2024 - 09:40
Bu gün görkəmli jurnalist Nəsir İmanquliyevin doğum günüdür22.12.2024 - 08:55
Daha bir ölkə "TikTok"u qadağan etmək istəyir22.12.2024 - 08:35
Bakıda gənc oğlanı avtomobil vurub, sürücü ərazidən yayınıb22.12.2024 - 07:50
Rüsvayçılıq - Uşaqların Yeni il hədiyyələrinə göz dikilib22.12.2024 - 07:25
Oksford Universiteti qəbul tələblərini azaldır22.12.2024 - 06:55
Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib22.12.2024 - 06:35
Bu günün hava PROQNOZU22.12.2024 - 06:00
Azərbaycanda İLK: “Pedaqoji Həmrəylik: Təcrübədən Gələcəyə” konfransı keçirilib - FOTO21.12.2024 - 20:00
Məktəb direktoru işdən ÇIXARILDI21.12.2024 - 19:40
Polis Akademiyası hüquq olimpiadasında qalib oldu - FOTO21.12.2024 - 19:25
Leyla Əliyeva Nayrobi tam orta məktəbində və tibb mərkəzində olub - FOTOLAR21.12.2024 - 19:00
BMU-da valideynlərlə görüş təşkil olunub21.12.2024 - 18:35
Məktəbin direktor əvəzinin diplomu saxta imiş - 98 minlik dələduzluq21.12.2024 - 17:50
“Məktəbdə istilik yoxdur, uşaqlarımı ancaq həkimlərə aparıram” - VİDEO21.12.2024 - 17:10
Gömrük orqanlarına qəbul üzrə test imtahanı olub21.12.2024 - 16:35
Azərbaycana qış gəldi21.12.2024 - 16:00
PMS imtahanının ikinci mərhələsi keçirilib21.12.2024 - 15:20
Müəllim dərsdə şagirdlərin ağızlarını “skoç”layıb? - Açıqlama 21.12.2024 - 14:40
Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi - FOTO21.12.2024 - 13:55
AzMİU-da Məzun Assosiasiyası yaradıldı: 50 illik yubiley ərəfəsində tarixi görüş - FOTO21.12.2024 - 13:25
Sabah 14 dərəcə isti olacaq21.12.2024 - 12:40
UNEC-in əməkdaşları Litvanın universitetlərinə səfər ediblər21.12.2024 - 12:00
Bağça: imtahana 480 namizəd dəvət edilib21.12.2024 - 11:35
Məktəblərdə vakant direktor vəzifəsinə işə qəbul üzrə test imtahanı keçirilir21.12.2024 - 10:55
Mikroplastiklər insanlarda ağciyər xərçəngi riskini artıra bilər - ARAŞDIRMA21.12.2024 - 10:25
Universitetlər bu tələbələri Trampın andiçməsinə qədər ölkəyə qayıtmağa çağırıb21.12.2024 - 09:50
Gənc tərbiyəçi-müəllimlər üçün Təhsil Forumu keçirilib21.12.2024 - 09:15
31 məktəbdə keçirilmiş keyfiyyət monitorinqinin nəticələri təhlil edilib21.12.2024 - 08:40
Xaricdə təhsil üzrə Dövlət Proqramının məzunları ilə görüş keçirilib - FOTO21.12.2024 - 08:10
Türkiyənin Niğde Ömer Halisdemir Universitetinin rektoru ADNSU-da - FOTO21.12.2024 - 07:45
Azərbaycanda aktyor vəfat edib21.12.2024 - 07:20
150-yə yaxın alimin əməkhaqqısına ƏLAVƏ21.12.2024 - 06:55
Şagirdin ağzını bağladığı deyilən müəllim DANIŞDI21.12.2024 - 06:35
Tovuzda zəhərlənənlərin vəziyyəti yenidən pisləşdi21.12.2024 - 06:00
Bu gün gömrük orqanlarına qəbul üzrə test imtahanı keçiriləcək21.12.2024 - 05:35
"Təhsil365" komandası və gözdənəlil dostlarımız uşaq evində20.12.2024 - 20:40
Azərbaycana qış fəsli daxil olub20.12.2024 - 20:20
AMEA Rəyasət Heyətinin iclası keçirilib20.12.2024 - 20:00
"Strateji kommunikasiya" mövzusunda təlim keçirilib20.12.2024 - 19:40
Uşaq bağçasının müdiri işdən azad EDİLDİ20.12.2024 - 19:20
AzMİU və Qarabağ Universitetinin tələbələri arasında "Eko-Debat" keçirilib - FOTO20.12.2024 - 19:00