“Qafqaz Müsəlmanları İdarəsinin də tövsiyəsi var idi ki, rəsmi nikah olmadan dini kəbin kəsilməsin. Bu sadəcə tövsiyə şəklindədir. Ona görə də hesab edirəm ki, bununla bağlı ciddi cəzalandırma mexanizmi olmalıdır”.
Təhsil365 xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentdə “Sağlam ailə modeli və nikah hüququ” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.
C.Məmmədov bildirib ki, rəsmi nikah olmadan dini kəbin kəsilməsini həyata keçirənlərlə bağlı cəza mexanizmi olmalıdır:
"Belə nikahlar uzun müddət davam etmir. Çünki rəsmi nikah olmadığından tərəflər ciddi məsuliyyət daşımır. Bir müddət sonra boşanma baş verir və bu da ciddi narahatlıq doğurur”.