Azərbaycandan Həcc ziyarətinə gedən şəxslərin ilk iki qrupu Vətənə qayıdıb. Hər bir qrupda 180 nəfər olmaqla ümumilikdə 360 nəfər olub.
Təhsil365 xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc elektron sistemi məsulu Vüsal Cahangiri məlumat verib.
Onun sözlərinə görə, azərbaycanlı zəvvarların üçüncü qrupu da artıq Səudiyyə Ərəbistanından Azərbaycana yola düşüb:
"Zəvvarların dördüncü qrupu sabah - iyunun 28-i sübh namazından öncə Bakıya çatacaq. Beşinci və altıncı qrup isə iyunun 29-da paytaxta gələcək. Sonuncu qrup isə iyulun 1-də Vətənə qayıdacaq".
V.Cahangiri bildirib ki, Həcc ziyarətinin təşkilatçılarının qayıdışı da mərhələli şəkildə həyata keçiriləcək:
"Bir qrup təşkilatçı ayın 29-u zəvvarların altıncı qrupu ilə birlikdə Bakıya gələcək. Sonuncu təyyarə isə Bakıya iyulun 1-i çatacaq və bununla da Həcc ziyarətinə tamamilə yekun vurulacaq".