Təhsil 365 - Logo Mobile

Təhsilli qadın təhsilli millət, təhsilli nəsil deməkdir

2602.07.2024 - 07:10
Təhsilli qadın təhsilli millət, təhsilli nəsil deməkdir

Əbəs yerə demirlər ki, təhsil insan ömrünün çırağıdır. Çünki insan ancaq elm və təhsil vasitəsilə kamilləşir, zirvələrə yüksəlir. Dövlət də elm və təhsil sahəsində yetişdirilən kadrların, intellekt kapitalının əldə etdiyi nailiyyətlərlə tanınır. Bu gün Azərbaycanda iqtisadi potensialı intellekt kapitalına çevirmək sahəsində uğurlu dövlət siyasəti aparılır.

“Təhsil millətin gələcəyidir”, - deyən Ümummilli Lider Heydər Əliyev Azərbaycanda digər sahələr kimi təhsil sahəsinə də xüsusi diqqət yetirirdi. Ulu Öndər xüsusilə vurğulayırdı ki, təhsil nə sənayedir, nə kənd təsərrüfatıdır, nə də ticarət. Bu, cəmiyyətin xüsusi intellektual cəhətini əks etdirən sahədir. Heydər Əliyevin təhsil siyasəti onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda təhsil sahəsində son illər görülən işlər, onun qanunvericiliklə təkmilləşdirilməsi bu sahənin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu deməyə əsas verir. Təbii ki, elmə doğru gedən yol təhsildən keçir. Bu istiqamətdə Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondu mühüm işlər görür, səmərəli layihələr həyata keçirir.

Hər il dövlət büdcəsindən elm və təhsil sahəsinə ayrılan milyonlarla manat vəsait Azərbaycanda təhsilin yeni inkişaf mərhələsinə keçməsinə imkan yaradır. 2024-cü ilin ilk rübündə təhsil sahəsinə 12 milyon 322,4 min manat vəsait ayrılması da bunu deməyə əsas verir. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9 milyon 31,1 min manat və ya 3,7 dəfə çoxdur. Xatırlatmaq yerinə düşər ki, Azərbaycanın dövlət xərclərinin ümumi həcmində təhsilin payı 8,2 faizdir. Ölkədə dövlətin məktəbəqədər hər bir uşaq üçün xərclədiyi vəsait adambaşına düşən ÜDM-in 26 faizini, bu xərclər orta təhsil üçün ÜDM-in 22 faizini, ali təhsil üçün ÜDM-in 23 faizini təşkil edir. Müqayisə üçün bildirək ki, əgər 2018-ci ildə elm və təhsilə ayrılan xərclər 128 milyon manat təşkil edirdisə, 2024-cü ildə bu məbləğ 4,5 milyarddan çoxdur.

Adını tarixə yazdıran Azərbaycan qadınlarının sirri

Gender siyasəti həyatın müxtəlif sahələrində qadın və kişilərin bərabərliyini özündə ehtiva edir. Azərbaycanda gender tendensiyasının başlanmasının tarixi çox əvvələ gedir. Bu, özünü ilk növbədə XIX əsrin ortalarından başlayaraq qadınların savadlanması, sonra onların ictimai həyata xeyriyyəçi kimi qatılması ilə göstərib. Bütün müsəlman dünyasında qızlar üçün ilk dünyəvi məktəb 123 il əvvəl məhz Bakıda yaradılıb. Bu məktəbi açan Azərbaycanın xeyriyyəçi və maarifpərvər sahibkarları, ziyalılar başa düşürdülər ki, qızların təhsil alması çox vacibdir. Təhsilli qadın təhsilli millət, təhsilli nəsil deməkdir.

Müsəlman Şərqində qadınların hüquqlarının tanındığı, onlara seçki hüququnun verildiyi ilk ölkə də məhz Azərbaycandır və biz bununla qürur duyuruq. Qadınsız heç bir cəmiyyəti, sosial təsisatı təsəvvür etmək mümkün deyil. Çünki qadın ailənin möhkəmliyini qoruyan, yeni nəsil böyüdən, tərbiyə edəndir. Qadın, ana, xanım – triadasının fəlsəfəsi bu rolun mahiyyətini açır. O da faktdır ki, uğurlu insanların həyatında bir savadlı xanım, ana mütləq vardır.

Tarixə nəzər salsaq görərik ki, Azərbaycan qadını tarixin və cəmiyyətin inkişafının müxtəlif mərhələlərində kişilərlə bərabər dövlət quruculuğunda, siyasi qərarların verilməsində fəal iştirak ediblər. Buna misal olaraq adını tarixə yazdıran Azərbaycan qadınlarından bir neçəsinin adını çəkmək kifayətdir. Əhəminilər sülaləsinin qəddar hökmdarı Kiri məğlub edən, Türk dünyasının xanım hökmdarı Tomris xatun, şahları mat qoyan, gözəlliyi, istedadı, şeirləri ilə dillərdə dastan olan Məhsəti Gəncəvi, Atabəylər dövlətinin birinci xanımı, müdrik və uzaqgörən Möminə xatun, adı Azərbaycanın dövlətçilik tarixinə ilk xanım diplomat kimi düşmüş Sara xatun, xeyriyyəçi xanım, Təzəpir məscidini tikdirən Nabat Aşurbəyova, dövrünün məşhur şairlərindən olan Fatma xanım Kəminə (Aşıq Pəri), tarixçi alim Sara Aşurbəyli, ilk maarifçi qadınlardan biri, Bakıda ilk qız məktəbinin rəhbəri Hənifə Məlikova, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyeva, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva. Bu siyahını kifayət qədər uzatmaq mümkündür. Əsas odur ki, adını tarixə yazdıran bu qadınlar fəth etdikləri zirvələrə ancaq elm və təhsilin, yüksək dünyagörüşünün sayəsində çıxa biliblər.

Təhsil alan qız gələcəyin təhsilli ailəsini formalaşdırır

Qızlarımızın təhsil alması cəmiyyətdə gender bərabərliyinin, qadınların iqtisadi iştirakçılığının təmin olunması və ölkənin bütün sahələrdə inkişafı baxımından xüsusi əhəmiyyətlidir. Milyonçu, mesenat, müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı Hacı Zeynalabdin Tağıyevin dediyi kimi, bir oğlana təhsil verməklə təhsilli bir insan, bir qıza təhsil verməklə təhsilli bir ailə qazanmış oluruq. Məhz bu düşüncənin fərqində olan H.Z.Tağıyev müsəlman Şərqində ilk qızlar məktəbini tikdirərək onların təhsil almasına yaratdığı imkanlarla əslində bir neçə nəslin təhsil almasına şərait yaratmışdı.

“Cəmaat, qızlarımızın zəmanə dərsi oxumaları vacibdir” deyən böyük xeyriyyəçinin min bir əziyyət bahasına açdırdığı qızlar məktəbi XX əsr müsəlman Şərqinin təhsil tarixində köklü dəyişikliyə səbəb oldu, desək, yanılmarıq. Hüseyn Cavidin “Qadın gülərsə şu issız mühitimiz güləcək, Sürüklənən bəşəriyyət qadınla yüksələcək!” fikirləri isə əsası XX əsr mütəfəkkir və ziyalılarımız tərəfindən qoyulan maarifpərvərlik işinin davamı kimi qızlarımızın, qadınlarımızın savadlanması yolunda mayak rolunu oynadı.

Gender baxımından yanaşsaq, statistikaya əsasən, ibtidai və orta təhsil sahəsində qızların və oğlanların iştirak nisbəti bərabərdir. Ali təhsildə qızların iştirakı son illərdə artmaqdadır. Ötən il ali təhsil müəssisələrinə sənəd verən abituriyentlərin 49,52 faizini (51 min 506 nəfər) qızlar təşkil edib. Bu göstərici oğlanlarda 50,48 faiz (52 min 498 nəfər) olub.

“Gənc qızların təhsilinə dəstək” layihəsi böyük maraq cəlb edir

Azərbaycanda qadınların, qızların hüquqları və məsuliyyət yükünün qəbul edilməsi, eləcə də təminatı məsələlərinə çox ciddi yanaşılır. 2021-ci ildən fəaliyyət göstərən “Gənc qızların təhsilinə dəstək” layihəsi getdikcə daha böyük maraq cəlb etməkdədir. Kampaniyanın məqsədi Azərbaycanda tarixi xeyriyyəçilik ənənələrini davam etdirmək və dövlətimizin inkişafında gənclərin, xüsusilə qızların müasir təhsil imkanlarından faydalanmağına dəstək olmaqdır. Təhsilin İnkişafı Fondu və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı ilə həyata keçirilən birgə layihədə regionlardan sosial həssas təbəqəni təmsil edən, həmçinin ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan qızların təhsilinə dəstək göstərilir. Vurğulamaq lazımdır ki, qızların təhsilinə yönəlik layihələrin həyata keçirilməsi sosial, səhiyyə və təhsil sahəsində bir sıra müsbət dəyişikliklərlə nəticələnir. Elm və Təhsil Nazirliyi üçün qızların təhsilinin əsas prioritetlərdən biri olduğunu qeyd edən elm və təhsil naziri Emin Əmrullayevin fikrincə, qadınların təhsilli olması erkən yaşda nikahların, azyaşlı uşaqların ölümlərinin azalması deməkdir. Təsadüfi deyil ki, ötən ilin mart ayında Təhsilin İnkişafı Fondunun təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşlığı çərçivəsində Beynəlxalq Qadınlar Gününə həsr edilmiş “Qızların təhsilinə dəstək” mövzusunda konfrans keçirilib və bu istiqamətdə mühüm mövzulara toxunulub.

Maraqlı layihələri ilə diqqət çəkən Təhsilin İnkişafı Fondunun məqsədi ölkəmizdə təhsil sisteminin inkişafına yönəlmiş proqram və layihələri dəstəkləmək, dövlət təhsil müəssisələrinin infrastrukturunun inkişafı ilə bağlı proqramlar həyata keçirmək, təhsilin və iqtisadiyyatın inteqrasiyasına və gücləndirilməsinə töhfə verməkdir. Fondun fəaliyyəti dövründə önəm verdiyi məsələlərdən biri də məhz gənc qızların təhsilinə dəstək verməkdir.

“Hənifə Məlikova – Zərdabi adına qızların təhsilinə dəstək” təqaüd proqramı da qızların təhsilinə dəstək məqsədi daşıyır. Azərbaycanın ilk maarifçi qadınlarından biri və Bakıda ilk qızlar məktəbinin yaradıcısı Hənifə Məlikovanın adını daşıyan təqaüd proqramının məqsədi cəmiyyətin diqqətini qızların təhsilinə cəlb etmək, dövlətimizin inkişafında gənclərin, xüsusilə qızların rolunun artırılmasını təşviq etmək və onların müasir təhsil imkanlarından faydalanmasına dəstək olmaqdır. Bu təqaüd proqramı çərçivəsində şəhid və aztəminatlı ailələr, həssas qrupdan olan, ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək bal toplayan qız tələbələrin təhsilinə dəstək göstərilir. İndiyədək 100-dək gənc qız bu layihədən yararlanıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin reallaşdırdığı “Zərif mühəndislər” layihəsi də qızların təhsilinə dəstək məqsədilə həyata keçirilir. Layihənin məqsədi cəmiyyətin diqqətini qızların təhsilinə cəlb etmək, xüsusilə də onların müasir təhsil imkanlarından faydalanmasına kömək etməkdir.

Cəmiyyətimizin savadlı, təhsilli qızlara ehtiyacı var

Azərbaycanda qız uşaqları hüquqi maneə ilə qarşılaşmadan təhsil ala bilmək imkanına malikdirlər. Dövlət İmtahan Mərkəzinin tələbə qəbulunun elmi-statistik təhlillərinə görə, region məktəblərində 9-cu sinifdə qızların sayı normal olsa da, 11-ci sinifdə onların sayı azalır. Qızların təhsilində maneələrdən biri də ailədaxili maddi durumdur. Övladlarının təhsil xərclərinə pul ayırmaq istəyən valideyn maddi çətinliklə üzləşməmək üçün əsasən oğlan övladı üzərində seçim edir. Onun təhsilinin davam və inkişaf etdirilməsi üçün maliyyə xərcləyir, təhsil mühitinin harada olmasının fərqinə varmır, gələcəkdə əmək bazarında ondan daha çox şey gözləmiş olur. Ailədə övladların təhsili məsələsinə belə bir seçim etmək, təbii ki, yolverilməzdir. “Qız onsuz da ərə gedəcək, heç olmasa, oğlan oxusun” fikri ilə hərəkət etmək, sözsüz ki, sağlam düşüncə deyil. Təhsil alan qız gələcəyin təhsil alan ailəsini, mikrocəmiyyəti formalaşdıra bilər. “Övladlarınızın arasında oğlanla qıza fərq qoymayın, fərq qoymaq lazım gəlsəydi, mən qızlara üstünlük verərdim” söyləmiş Məhəmməd Peyğəmbər hər kəsə qəbir evinə qədər oxumağı, öyrənməyi tövsiyə edərdi. Şərt o deyil ki, hamı ali təhsil almalıdır. Qızların peşə təhsilinə yiyələnməsi də çox vacibdir.

Maarifpərvərlik adlı işıqlı yolun davamı kimi günümüzdə oğlan və qızlarımız bərabər imkanlar daxilində təhsil alır, dövlətimizin, cəmiyyətimizin inkişafına töhfə verirlər. Prezident İlham Əliyevin, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təhsilə diqqəti və qayğısı sayəsində yüksək standartlara cavab verən yeni məktəblərin açılması, uşaqların təhsil şəraitinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər görülür. Gənclərimizin xaricdə təhsil almaq və uğurlu karyera qurmaq imkanları genişləndirilir. Azərbaycanın ərazi bütövlüyünə qovuşduğu bir zamanda işğaldan azad olunmuş torpaqlarımızda da yeni təhsil ocaqlarının açılması istiqamətində layihələr hazırlanır.

Təhsilin İnkişafı Fondunun, Azərbaycan Mətbuat Şurasının və “Azərbaycan müəllimi” qəzetinin “Qızların təhsilinə dəstək” müsabiqəsinə təqdim olunur.

Elmina Muxtarlı

Xəbər Lenti

Türkiyə-Azərbaycan Universiteti Kastamonu Universiteti ilə əməkdaşlıq edəcək - FOTO04.01.2025 - 16:15
Goranboyda "Mercedes" aşdı - xəsarət alanlar var04.01.2025 - 15:40
Azərbaycanın veteran gimnastı VƏFAT ETDİ04.01.2025 - 15:05
Ombudsmanın təşəbbüsü əsasında Brayl əlifbası ilə maarifləndirici vəsait hazırlanıb - FOTO04.01.2025 - 14:35
2025-ci ilin rəngi – “Mocha Mousse”04.01.2025 - 14:10
Ötən il 71 nəfər elmlər doktoru olub04.01.2025 - 13:40
Günəşdə 6 partlayış olub04.01.2025 - 13:15
Bakıda ana üç övladı ilə birlikdə YOXA ÇIXDI04.01.2025 - 12:50
İtkin düşən uşaq 5 gün sonra sağ tapıldı04.01.2025 - 12:20
Yaponiyada dünyanın ən yaşlı insanı vəfat edib04.01.2025 - 11:55
Universitetlərə qəbulda keçid balları artacaq?04.01.2025 - 11:25
Küləkli hava ilə bağlı XƏBƏRDARLIQ04.01.2025 - 10:55
Səhər yeməyindən imtina etməyin təhlükələri nələrdir? – Alimlərdən tövsiyə04.01.2025 - 10:20
Yer kürəsində maqnit qasırğası başlayıb04.01.2025 - 10:00
Sabah yağış yağacaq04.01.2025 - 09:40
Lui Braylın doğum günüdür04.01.2025 - 09:20
Plastik cərrahların diplomlarının yoxlanılması üçün Xüsusi Təftiş Komissiyası yaradılıb04.01.2025 - 09:00
Şagirdlərin düzgün oturuşuna nəzarət edən stul yaradıldı04.01.2025 - 08:40
Bu gün ilin ən böyük Günəş diskini görəcəyik04.01.2025 - 08:20
Magistratura imtahanına qeydiyyat: Diplom problemi yarandıqda nə etməli?04.01.2025 - 08:00
Azərbaycanda 9 dərəcəyədək şaxta olub04.01.2025 - 07:40
“Qara qutu”ların dekodlanmasına başlanıldı04.01.2025 - 07:20
Alimlər insanlarda yeni qan qrupu kəşf etdilər04.01.2025 - 06:50
ALİMLƏR: Təzyiq dərmanı beyin şişinə çarə ola bilər 04.01.2025 - 06:25
Yol qəzasında yaralanan gənc xəstəxanada öldü 04.01.2025 - 06:00
Osmanlı əleyhinə ifadələr Suriya dərsliklərindən çıxarıldı - FOTO03.01.2025 - 14:20
Ferdi Tayfurun mahnıları ilə bağlı - Vəsiyyəti03.01.2025 - 14:00
Sabunçu Gənclər Evi təcrübə programını elan edir03.01.2025 - 13:40
İlin ən maraqlı yeddi astronomik hadisəsi: İlki bu gecə bizi gözləyir03.01.2025 - 13:20
Şəmkirdə şagirdlər üçün veloklub yaradılıb03.01.2025 - 13:00
Türkiyədə zəlzələ oldu03.01.2025 - 12:40
Azər Baxşəliyevin son durumu03.01.2025 - 12:20
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ03.01.2025 - 12:00
Bir Türk Klassikası: Düşmən kəlləsindən qədəh düzəltmək. 03.01.2025 - 11:40
“Global Research” layihəsinin Sinqapur konfransı baş tutdu03.01.2025 - 11:20
Lənkəranda 20 yaşlı gənc dəm qazından zəhərləndi - YENİLƏNİB03.01.2025 - 11:00
Sabah 15 dərəcə isti olacaq 03.01.2025 - 10:40
Ürəyin ən zəif və xəstə olduğu qan qrupu açıqlanıb03.01.2025 - 10:20
Alimlər xərçəng xəstəliyinin əlamətlərini açıqlayıb03.01.2025 - 09:40
Azər Baxşəliyevin son durumu AÇIQLANDI03.01.2025 - 09:20
Qaxda azyaşlını yük maşını vurub03.01.2025 - 09:00
Alimlər bu günlə bağlı XƏBƏRDARLIQ edib03.01.2025 - 08:40
Qarabağ Universitetinin açılışı ötən ilin ən əlamətdar hadisələrindən oldu03.01.2025 - 08:20
Azərbaycanda fəlsəfə doktoru dərəcəsi ən çox bu sahələrə verilib - SİYAHI03.01.2025 - 08:00
Bu ölkədə təqaüdlə təhsil almaq istəyənlər üçün sənəd qəbulu YEKUNLAŞIR03.01.2025 - 07:40
16 yaşında yoxa çıxan qız 52 il sonra tapılıb03.01.2025 - 07:20
21 yaşlı oğlan özünü asdı03.01.2025 - 07:00
Müəllimlər valideynlərin təhdidləri ilə üzləşirlər03.01.2025 - 06:40