İyulun 3-də İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması məqsədilə keçirilən müsahibənin nəticəsi açıqlanıb.
Bu barədə “Təhsil365”ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Məsciddə təkcə imam olmaq istəyənlərdən 9-u keçid balını toplaya bilməyib.
İmtahan verənlərdən yalnız 8 nəfər yetərli balı yığmağı bacarıb. Ümumilikdə isə 15 nəfərin vakant yerlərə balı çatmayıb.
Qeyd edək ki, keçid balı 26 olub. İmtahanda maksimum yığılacaq bal isə 35-dir.