Təhsil 365 - Logo Mobile

“Yüksəliş” müsabiqəsinin İşçi Qrupu qiymətləndirmə prosesində iştirak edəcək ekspertlər üçün təlimlərə başlayıb

2204.07.2024 - 14:45
“Yüksəliş” müsabiqəsinin İşçi Qrupu qiymətləndirmə prosesində iştirak edəcək ekspertlər üçün təlimlərə başlayıb

“Yüksəliş” müsabiqəsinin İşçi Qrupu ekspert heyətinin iştirakı ilə təlimlərə başlayıb.

Bu barədə “Təhsil365”ə müsabiqənin İşçi Qrupundan məlumat verilib. Gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev yarımfinal və final mərhələləri zamanı qiymətləndirmə prosesində iştirak edəcək ekspertlərin görəcəkləri məsuliyyətli işdən bəhs edib və hər birinin növbəti qalibləri seçməkdə həlledici rol oynayacaqlarını vurğulayıb.

Yarımfinal və final mərhələlərinə hazırlıq məqsədilə təşkil olunan təlimlər 92 ekspertin iştirakı ilə baş tutacaq və üç gün davam edəcək.

Təlimlər yarımfinal və final mərhələlərinin formatında təşkil olunur. İştirakçılar oxşar imtahan vəziyyətlərini simulyasiya edəcək və onların səriştələri ekspertlər tərəfindən qiymətləndiriləcək. Bununla yanaşı, təlim iştirakçılarına qiymətləndirmə meyarları, qiymətləndirmə mərkəzlərinin fəaliyyəti, tətbiqi və ekspertlərin rolu ilə bağlı ətraflı məlumat veriləcək. Ekspertlər qiymətləndirmə sahəsində geniş təcrübəyə malik peşəkar psixoloqlar, Azərbaycanın qabaqcıl dövlət müəssisələrinin və özəl şirkətlərinin insan resursları üzrə mütəxəssisləridir. 

Yarımfinal və finalda ekspertlər tərəfindən qiymətləndirilən 8 səriştə isə bunlardır: strateji düşüncə, effektivliyin idarə edilməsi, nəticəyönümlülük, komanda işi, kommunikasiya bacarıqları, dəyişikliklərin və innovasiyaların idarə edilməsi, sosial məsuliyyət və liderlik.   

Müsabiqənin yarımfinal mərhələsi iyulun 5-7-də “Bakı Ekspo Mərkəzi”ndə keçiriləcək. Əvvəlki mərhələləri uğurla başa vuran 328 nəfər yarımfinalda iştirak edəcək.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi 21-51 yaş aralığında olan, intellektual səviyyəsi yüksək və azı iki il idarəçilik təcrübəsinə malik perspektivli rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.

“Yüksəliş” müsabiqəsinin qalibini bir il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı və 20 min manat məbləğində pul mükafatı gözləyir.

Növbəti - dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti tərəfindən 2023-cü il dekabrın 25-də Sərəncam imzalanıb.

Elmina Muxtarlı

Xəbər Lenti

Söz qədər uzun və dəyərli04.05.2025 - 16:36
Təhsil eksperti: “Universitet məzunları ofis proqramlarını bilmədən diplom alır”04.05.2025 - 12:25
BANM-də Beynəlxalq Elmi Konfransların qalibləri mükafatlandırılıb - FOTO04.05.2025 - 11:38
Qazaxda “Çağdaş təhsildə təşkilatlanma: Yeni nəsil tərbiyəsi” mövzusunda forum keçirilib - FOTO04.05.2025 - 11:10
"Ən yaxşı təqdimat" müsabiqəsinin Abşeron-Xızı regionu üzrə QALİBLƏRİ - FOTO04.05.2025 - 10:37
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir04.05.2025 - 10:23
İmtahanda bir nəfərdə “ağıllı” saat aşkarlanıb - DİM04.05.2025 - 09:25
27 mindən çox şagird imtahan verib - YENİLƏNİB04.05.2025 - 09:05
Rezidenturanın nəticələri 2-3 gün ərzində elan ediləcək04.05.2025 - 08:55
Okeanlarla bağlı alimlərdən yeni KƏŞF04.05.2025 - 06:20
Bu gün 27 mindən çox şagird və abituriyentin Azərbaycan dili imtahanı verməsi nəzərdə tutulur04.05.2025 - 06:10
DİM bu gün rezidenturaya qəbul imtahanı keçirəcək04.05.2025 - 05:50
Tədqiqat ürək xəstəliklərinin diaqnozuna yeni yanaşma təklif edir03.05.2025 - 13:40
Olimpiadada 400-dən artıq şagird iştirak edib03.05.2025 - 12:45
AzMİU-da məktəblilər üçün “Açıq qapı” günü keçirilib - FOTO03.05.2025 - 11:24
Alimlərdən növbəti ARAŞDIRMA03.05.2025 - 10:50
Cəmilənin rənglər dünyası - FOTO03.05.2025 - 10:30
Azərbaycanda şok əməliyyat: Casus tələbələr ələ keçdilər03.05.2025 - 09:50
Abşeronda müəllim borca görə özünü öldürdü03.05.2025 - 08:10
Bu gün Xalq artisti Kamal Xudaverdiyevin doğum günüdür03.05.2025 - 06:44
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı “Milli opera incilərimiz” layihəsini təqdim edir03.05.2025 - 06:32
Alimlər fəlakət barədə SİQNALLAR aşkarladılar03.05.2025 - 06:20
Mayın 6-dan DİM-də Apellyasiya komissiyası fəaliyyət göstərəcək03.05.2025 - 06:10
DİM-də rəqəmsal SAT imtahanı keçirəcək03.05.2025 - 06:00
BDU tələbələri Qobustan palçıq vulkanlarının xüsusiyyətləri ilə tanış olublar - FOTO02.05.2025 - 19:13
Məktəb psixoloqu vəzifəsi üzrə müsahibə nəticələrinə dair Apellyasiya komissiyası fəaliyyətə başlayır02.05.2025 - 18:51
Fəlsəfə və Sosiologiya İnstitutunda Ulu Öndәr Heydәr Әliyevə həsr edilmiş tədbir keçirilib - FOTO02.05.2025 - 18:35
ADPU-da süni intellekt və müasir pedaqoji yanaşmalar mövzusunda beynəlxalq görüş keçirilib - FOTO02.05.2025 - 18:20
MEK-də “Heydər Əliyev və Azərbaycan elmi” mövzusunda mühazirə dinlənilib - FOTO02.05.2025 - 18:10
“Avropada məktəb direktorlarının, müəllimlərin əməkhaqları və müavinətləri 2022/2023”02.05.2025 - 18:00
Tarix fənni üzrə RFO-nun final turunun ilkin nəticələri elan edildi02.05.2025 - 17:48
“Müasir metodist” layihəsinin müsahibə mərhələsi davam edir - FOTO02.05.2025 - 17:35
“Şahin” hərbi idman oyunlarının zona mərhələsi keçirilir - FOTO02.05.2025 - 17:21
Suraxanı məktəbliləri “Ədibin Evi”ndə xalçaçılıq irsimizlə tanış olublar - FOTO02.05.2025 - 17:10
Narkomaniya ilə mübarizə mövzusunda tədbir keçirilib - FOTO02.05.2025 - 17:00
Aqrar sığorta eksperti olmaq üçün tələb olunan ixtisaslarda dəyişiklik edilib02.05.2025 - 16:50
ADPU-da növbəti dəfə "Mən rəhbər olsam” layihəsi keçirilib02.05.2025 - 16:40
Bəzi universitetlərin magistraturalarına qəbul qaydası dəyişib02.05.2025 - 16:30
Gəncədə “Karyera festivalı” keçiriləcək - FOTO02.05.2025 - 16:20
Xalq artisti Möhsün Sənaninin xatirəsi anılıb02.05.2025 - 16:10
“Məktəblinin hüquq bələdçisi” layihəsinə başlanılır02.05.2025 - 16:00
“Gənc istedadlar” liseyində art-terapiya yönümlü sessiya - FOTO02.05.2025 - 15:50
Azərbaycan və Gürcüstan Coğrafiya institutları arasında əməkdaşlıq memorandumu imzalanıb02.05.2025 - 15:40
Özbəkistan ali təhsil müəssisələrinin nümayəndələri BDU-da olublar - FOTO02.05.2025 - 15:30
ATMU-nun kafedra müdiri: Türkiyənin nüfuzlu universitetləri ilə əlaqələrimiz möhkəmlənir - FOTO02.05.2025 - 15:20
“Musiqi dünyası”na elmi səyahət02.05.2025 - 15:10
“Milli dadlar” layihəsinin və eyniadlı onlayn platformanın təqdimat mərasimi keçirilib - FOTO02.05.2025 - 14:47
Xocalıda hərbi sursat partladı: 17 yaşlı oğlan yaralandı02.05.2025 - 14:35