Bu gün Müəllimlərin işə qəbulu üzrə test imtahanlarının VI günü keçirilib.
Bu barədə “Təhail365”ə Azərbaycan Respublikasının Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən məlumat verilib.
Mərkəzdən bildirilib ki, 8 iyul tarixində təşkil olunan müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə ingilis dili fənni üzrə 5 946 namizəd dəvət olunub.
Qeyd edək ki, ümumilikdə 80% davamiyyət qeydə alınıb.