Ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul prosesində də üstünlük hüququ tətbiq ediləcək.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən “Təhsil365”ə bildirilib ki, iyulun 16-dan 30-dək Azərbaycan bölməsi üzrə Bakı və Gəncə şəhərlərində yerləşən 45, iyulun 18-dən avqustun 1-dək isə rus bölməsi üzrə Bakı və Gəncə şəhərlərində yerləşən 111 ümumi təhsil müəssisəsində prioritet tətbiq ediləcək.
Prioritet tətbiq ediləcək ümumi təhsil müəssisələri ilə buradan tanış ola bilərsiniz.