Riyaziyyat müəllimi Nicat Hüseynov “Yüksəliş” müsabiqəsinin finalına vəsiqə qazanıb.
Bu barədə “Təhsil365”ə Şirvan-Salyan Regional Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, Nicat Hüseynov Şirvan şəhər T.Bağırov adına 11 nömrəli tam orta məktəbdə çalışır. O, müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində 57 bal toplayıb.