Təhsil 365 - Logo Mobile

Gözdən Əlillər Cəmiyyətində QALMAQAL: Sədr və üzvləri bir-birini nədə ittiham edir?

13313.07.2024 - 15:15
Gözdən Əlillər Cəmiyyətində QALMAQAL: Sədr və üzvləri bir-birini nədə ittiham edir?

Azərbaycan gözdən əlillər ictimai birliyinin üzvləri Həşim Nəbiyev və Vəfadar Novruzov Təhsil365 İnfarmasiya Agentliyinə müraciət edərək şikayətləniblər. Şikayətçilər qurumun sədri Səmiyar Abdullayev barəsində bir neçə sərt ittihamlar səsləndiriblər.

Təhsil365 xəbər portalı həmin şikayəti təqdim edir.

“Sizi narahat etmıkdə məqsədimiz Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin bu günki acınacaqlı vəziyyətini xəbər portalınız vasitəsi ilə işıqlandırılmasıdır. Azərbaycan Gözdən Əlillər Cəmiyyətini və gözdən əlillərin gələcəyini məhv edən AZGƏC-in rəhbəri Səmiyar Abdullayev 1931-ci ildən 2002-ci ilə qədər Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin fəaliyyəti nəticəsində əldə etdiklərini tamamiylə məhv etmişdir. Belə ki, Səmiyar Abdullayevin 2002-ci ildən bu günə kimi AZGƏC-ə rəhbərlik etdiyi dövürdə əsas məqsədi gözdən əlillər cəmiyyətinin balansında və icarəsində olan bütün müəssisə və obyektləri, torpaq sahələrini satmaqla məşğul olmuşdur. Sizdən xahiş edirik ki, bizim haqq səsimizi dövlət himayəsinə ehtiyacı olan təbəqəyə daima diqqət və qayğı göstərən hörmətli prezidentimizə çatdırlmasında yardımçı olasınız. Biz həmişə möhtərəm prezidentimizin apardığı siyasəti dəstəkləyir, onun biz gösdən əlillərə diqqət və qayğısını sözlə ifadə olunmaz dərəcədə qiymətləndiririk. Onun bizə olan qayğı və xidmətlərini saymaqla qurtarmaz. Buna parlaq misal olaraq 2021-ci il 16 avqustda verdiyi sərəncam nəticəsində 500-ə qədər gözdən əlilin mənzillə təmin olunmasıdır. Lakin ölkə rəhbərliyinin əlillərə olan qayğısından sui istifadə edən AZGƏC-in rəhbəri Səmiyar Abdullayev gözdən əlillərin haqlarını tapdalayaraq böyük bir təşkilatın əmlakını satıb, talayaraq cəmiyyəti iflic vəziyyətinə salmışdır. O hətta o dərəcədə harınnamışdır ki, möhtərəm prezidentimizin sərəncamı ilə gözdən əlillərə verilən evlərin güya cəmiyyət rəhbərliyi tərəfindən verildiyini iddia edir. Belə ki, Faiq Yusifov 40 ünvanında cəmiyyətə məxsus 110 sot torpaq sahəsində gözdən əlillərin mənzil şəraitinin yaxşılaşdırmaq adı altında Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək həmin ünvanda bina tikintisinə icazə almış, Həmin ünvanda binaların tikilməsi üçün “Sevinc MMC” ilə cəmiyyət arasında müqavilə bağlamışdır. Bağlanmış müqaviləyə əsasən 75 mənzil və 600 m² qeyyri-yaşayış sahəsi cəmiyyətə təhvil verilməlidir. Bu da həmin torpağın dəyərindən dəflərlə aşağı olsa da bu günə qədər 75 mənzil və 600 m² qeyri-yaşayış sahəsindən bir xəbər yoxdur. Səmiyar Abdullayevin 2002-ci ildən bu günə qədər satdıqları cəmiyyətin balansında və icarəsində olan obyektlərin bir qismini sizin nəzərinizə çatdırırıq.

1. Üzeyir Hacıbəyov – 8

2. Vidadi – 64

3. Şıxalı Qurbanov – 25

4. Əzizbəyov – 50

5. Ağa Neymətulla – 42

6. Ağa Neymətulla – 117

7. Ceyhun Hacıbəyli – 40

8. Möhsün Sənani – 21

9. Əlövsət Qluyev – 90

10. Cəfər Cabbarlı – 31

11. Cəfər Cabbarlı – 34

12. Faiq Yusifov – 40 və bizim bilmədiklərimiz.

Biz gözdən əlillər inanırıq ki, gözdən əlillər cəmiyyətini və gözdən əlillərin gələcəyini məhv edən Səmiyar Abdullayevin əməllərini sizin sayənizdə möhtrəm prezidentimizə çatdırılarsa anındaca gözədən əlillər cəmiyyətini və gözdən əlillərin gələcəyini məhv edənlər öz cəzasını alacaqlar. Bir daha sizdən xahiş edirik ki, bu problemlərin həll olunmasında bizə yardımçı olasınız və öz xəbər portalınızda bu məsələləri hərtərəfli işıqlandırasınız. İmza edən gözdən əlillər adından sizə dərin təşəkkürümüzü bildiririk”. - deyilib.

Təhsil365 xəbər portalı olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq!

Elmina Muxtarlı

Xəbər Lenti

NDU-da yeni dərslik təqdimatı04.11.2026 - 19:07
NDU-da şəhid idmançılara monoqrafiya04.11.2026 - 19:02
Rektor Avropa dilləri kafedrasında04.11.2026 - 18:48
ADU-da Orhun tələbələri ilə görüş04.11.2026 - 18:45
ADU-da elmi seminar keçirilib04.11.2026 - 18:38
ADNSU-da “Avia Talks” davam edir04.11.2026 - 18:32
ADNSU tələbələri beynəlxalq olimpiadada04.11.2026 - 18:27
ADNSU-da “Zəfər Kuboku 2026” futbol turniri keçirilib04.11.2026 - 18:24
ADNSU-da Məzun-tələbə mentorluq proqramının birinci mərhələsi başa çatıb04.11.2026 - 18:18
“Elm və həyat” elmi jurnalının növbəti sayı təqdim olundu04.11.2026 - 17:49
AMEA-da “Ədəbi proses – 2025” mövzusunda elmi-yaradıcılıq müşavirəsi keçirilib04.11.2026 - 17:42
Sumqayıt Dövlət Universitetində hüquq və tibb ixtisasları açıla bilər04.11.2026 - 17:34
Biologiya dərsliklərinə nanotexnologiya və müasir biotexnologiya mövzuları daxil edilib04.11.2026 - 17:34
AMEA-da dünya şöhrətli fotoqraf Reza Deqatinin kitablarının təqdimatı keçirilib04.11.2026 - 17:30
Qazaxıstanlı alimlər üçün Azərbaycanda təkmilləşdirmə kursu təşkil edilib04.11.2026 - 17:29
Bakıda Türk Dünyası Animasiya Gününün keçirilƏcək04.11.2026 - 17:27
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək04.11.2026 - 17:20
Qərbi Kaspi Universitetində tədqiqatın beynəlmiləlləşməsinə həsr olunmuş beynəlxalq simpozium keçirilib04.11.2026 - 17:18
150 məktəbə şagird sayına görə maliyyə ayrılacaq04.11.2026 - 17:15
ADU-nun daha bir əməkdaşına dosent elmi adı verilib04.11.2026 - 17:10
Bakıda tələbə bıçaqlandı – Saxlanılan var04.11.2026 - 17:10
Bu universitetdə müəllimlərin maaşı artırıldı04.11.2026 - 17:06
ADU-nun doktorantları üçün elmi tədqiqat metodları müzakirə olunub04.11.2026 - 17:05
Prezidentin adından saxta fikirlər yayılır – Media və Yayım Şurası04.11.2026 - 17:00
Müəllimlərin maaşına verilən 10 və 35 faizlik əlavələr dəyişə bilər04.11.2026 - 17:00
Bağça müəllimlərinin peşəkarlığı 4 istiqamət üzrə qiymətləndiriləcək04.11.2026 - 16:50
Universitetlərdə süni intellekt dövrünün yeni təhlükələri müzakirə olunub04.11.2026 - 16:40
“BilBacar” müsabiqəsinə qeydiyyat başlayır04.11.2026 - 16:30
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli: "Şəxsi və bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın, şübhəli zəng və mesajlara reaksiya verməyin"04.11.2026 - 16:03
Rusiyada yaşayan azərbaycanlı “Xalq yazıçısı” ədəbi mükafatının finalçısı olub04.11.2026 - 15:22
Rasif Bağırov: “Sosial şəbəkələrdə həkim adı ilə verilən məsləhətlərə ehtiyatla yanaşmaq lazımdır”04.11.2026 - 15:19
Azərbaycan İstanbulda “Korkut Ata” Türk Dünyası Film Festivalında təmsil olunur04.11.2026 - 14:57
Zəfər tariximiz – qürur salnaməmiz04.11.2026 - 14:55
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub04.11.2026 - 14:52
Bursada Azərbaycanın Zəfər Gününə həsr olunan sərgi açılıb04.11.2026 - 14:50
Azərbaycan mətbəxinə dair kitab Bosniya və Herseqovinada boşnak dilində çap olunub04.11.2026 - 14:44
Uşaqların Zəfər Gününə töhfəsi: “Mənim Zəfərim”04.11.2026 - 14:41
Təhsil kreditlərinin 69 faizi bakalavrların payına düşüb04.11.2026 - 14:37
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur04.11.2026 - 14:34
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq04.11.2026 - 14:32
150 məktəbə şagird sayına görə pul ayrılacaq04.11.2026 - 14:30
DP İdarəetmə Qrupu Çinin aparıcı universitetlərində görüşlər keçirib04.11.2026 - 14:28
Müəllimlərin işə qəbul qaydaları dəyişə bilər04.11.2026 - 14:24
Azərbaycan Universitetində qazaxıstanlı alimlər üçün təkmilləşdirmə kursu təşkil edilib04.11.2026 - 14:20
MİQ-də ehtiyatda qalan namizədlərə şans04.11.2026 - 13:57
Küləklə bağlı xəbərdarlıq edilib04.11.2026 - 13:56
Noyabrın 9-a qədər yağış yağacaq04.11.2026 - 13:23
Tələbə kreditinə ən çox bakalavrlar üz tutur 04.11.2026 - 13:20