Təhsil 365 - Logo Mobile

UNUDULMAZ MÜƏLLİM, DƏYƏRLİ ZİYALI

47915.07.2024 - 15:25
UNUDULMAZ MÜƏLLİM, DƏYƏRLİ ZİYALI

Dünyada hər şeyə dəyər vermək mümkündür,

lakin müəllimin əməyinə əsla dəyər

verilə bilməz.

Sokrat

Şagirdi olduğum Tanrıverdi müəllim ,haqqında danışmaq, xatirələrimi yazmaq mənim üçün çox çətindir. Unudulmazlıq qazanmış müəllim, ağsaqqal, ziyalı, hörmətli bir şəxsiyyət olan Tanrıverdi Hacıyev onu tanıyan hər bir kəsin qəlbində daim anılır, hörmətlə yad edilir.

Göyçə mahalının bir çox kəndlərində, eləcə də Bərdə rayonunun Yeni Daşkənd kəndində böyük riyaziyyatçılar ordusunun yaranmasında onun çox böyük xidmətləri olub. Azərbaycanın hər yerində Yeni Daşkəndi riyaziyyatçılar, savadlı şəxsiyyətlər kəndi kimi tanıyırlar. 1990-cı illərdə tələbə olarkən dəfələrlə şahidi olmuşam, bilən olanda ki, Yeni Daşkənddənəm, soruşardılar: “O kənddə yaxşı bir riyaziyyatçı var idi – Tanrıverdi Hacıyev, – yaşıyırmı?”

Doğulduğum Yeni Daşkənd kəndində kənardan gəlib oxuyan uşaqlar çox olub. Göyçədən, Ağdamdan, Tərtərdən, Kəlbəcərdən, Bərdənin özündən və başqa kəndlərdən gəlib Yeni Daşkənd orta məktəbində təhsil alar, Tanrıverdi müəllimin şagirdi olar, onun yanında instituta hazırlaşar, bir insan kimi formalaşardılar. Onun şagirdi olmaq xoşbəxtliyi bəzən hər adama qismət olmazdı.

Mən beşinci sinifdə oxuyandan o bizə riyaziyyat dərsi keçirdi. Onun dərsini oxumayan şagird yox idi. Ən zəif oxuyan uşaq belə nəsə öyrənər, dərsdə aktivlik göstərərdi. Mənim xüsusilə riyaziyyatı, həndəsəni daha yaxşı mənimsəməyimdə onun əvəzsiz rolu olub. Təvazökarlıqdan uzaq olsa da deyim ki, Tanrıverdi müəllim mənim biliyimə, düşüncəmə güvənir, gələcəkdə qazanacağım uğurlara inanırdı. Hətta bir neçə dəfə nənəm Pürüzəyə, qağam Yaqub Hacıyevə belə demişdi: “O uşağa fikir verin, çox mərifətli, qabiliyyətli, savadlı uşaqdır. Əla başı var. Yaxşı gələcəyi olacaq.”

Tanrıverdi müəllim çox vaxt riyaziyyata “matematika”, həndəsəyə isə “qeometriya” deyərdi. Yaxşı xatirimdədir ki, onun sağ əli müharibədə yaralanmışdı, təbaşiri iki barmağı – baş barmaqla qatlanmış şəhadət barmağı arasında tutar, buna baxmayaraq lövhədə misalları gözəl bir hüsnxətlə yazardı. Bir dəfə dərsimiz “Kvadrat tənliyin kökləri düsturu” idi. Mən bütün uşaqlardan qabaq düsturu isbat etdim və dedim:

– Müəllim, nümunə üçün bir kvadrat tənlik də deyin onu da həll edim.

O, təəccüblə soruşdu: – Kvadrat tənliyin köklər düsturunu isbat edibsən? Dedim –bəli.

Yaxınlaşıb dəftərimə baxdı və çox sevindi. Bir misal da dedi, onu da həll etdim. İnanın ki, onun sevincinin həddi-hüdudu yox idi. Yaxşı oxuyan uşaq onun gözünün işığıydı. Başıma sığal çəkərək, “yaxşı qavrama qabiliyyətin var”, – dedi.

Tanrıverdi müəllimin dərs soruşmağında xüsusi bir metodu vardı. O, uşaqlara deyərdi ki, hamı bugünkü dərs haqqında nə bilir vərəqə yazsın, sonra vərəqləri yığaraq yoxlayar və qiymət yazardı. Onu da deyim ki, çox vaxt uşaqlar ondan çəkinərək sual verməzdi. Amma sual verən şagirdi çox sevərdi və sevə-sevə ona başa salıb öyrədərdi.

Onun mənə dediyi yarıciddi, yarızarafat bir sözü də vardı. Hərdən dərsi zəif oxuyanda deyərdi: “Ana baban Abdullaya oxşayıbsan”. Yaxşı oxuyanda isə deyərdi: “Halaldı, atan Yaquba oxşayıbsan, savadlısan”. Onu da deyim ki, Tanrıverdi müəllim qağam Yaqub Hacıyevə də mühəndis kimi savadına, mədəniyyətinə, təəssübkeşliyinə görə böyük dəyər verərdi. Heç vaxt övladlarından, bacısı uşaqlarından seçməzdi.

Tanrıverdi müəllim yaxşı oxuyan şagirdlərin təhsildən yayınmaması, hər gün hazırlıqlı olmaları üçün valideynlərə tapşırardı ki, evdə uşağa nəzarət edin, həyət-bacada ora-bura çox buyurmayın, şərait yaradın dərslərini hazırlasınlar. Hətta kənddə belə hal görəndə məktəbdə uşaqlara, evdə isə valideynlərə irad tutardı. Bir dəfə Bərdədən qağamın dostu Tanrıverdi müəllimi oğlunun toyuna çağırmaq üçün dəvətnamə göndərmişdi. Qağam mənə verdi ki, apar Tanrıverdi müəllimgilə ver, qayıt gəl. Mən gedib darvazanın əl qapısını açaraq səsləndim. Səsə Tanrıverdi müəllimin özü çıxdı. Dəvətnaməni verib evimizə qayıtdım. Səhəri günü məktəbdə mənə, bir neçə gün sonra isə qağama narazılığını bildirmişdi: “Uşağı dərslərindən ayırmaq, başqa-başqa işlərə buyurmaq doğru deyil. Qoyun uşaqlar dərsləri ilə məşğul olsunlar”. Əgər Tanrıverdi müəllim hansısa toyda, el şənliyində olardısa orada məktəbli görmək mümkün deyildi. Olsa belə, onun gözünə görünməzdilər.

1987-ci il fevralın sonları idi. Artıq biz yeddinci sinifdə oxuyurduq. Bir gün Tanrıverdi müəllim dərsə gəlmədi. Öyrəndik ki, dünyasını dəyişib. Məktəblə yanaşı bütün kəndimiz də yasa batmışdı, matəm içərisində idi. Onu tanıyanlar, adını eşidənlər axın-axın kəndə gəlirdilər. Minlərlə insan onunla vidalaşaraq onu kənd qəbiristanlığında illər öncə vəfat etmiş həyat yoldaşı Lətifə xanımın yanında dəfn etdilər. Allah ona rəhmət eləsin, qəbri nurla dolsun. O həyatda olmasa da, daim onu tanıyanların qəlbində yaşayır.

Tanrıverdi müəllim vəfat edəndə əvvəllər onun və oğlu Əli müəllimin şagirdi olmuş bacım Rəfiqə nekroloq yazıb mənə vermişdi. Vəfatının üçü günü məktəbimizin direktoru Vidadi Süleymanov sinifimizə gələrək Tanrıverdi Hacıyevin məzarını ziyarət edəcəyimizi, qəbri üzərinə güllər, əklillər qoyacağımızı bildirdi. Mən çantamdan nekroloq yazılmış vərəqi Vidadi müəllimə verərək mətni Tanrıverdi müəllimin məzarı başında oxumaq istədiyimi bildirdim. O vərəqi oxuduqdan sonra razılığını bildirdi, eyni zamanda əklillərdən birini də mənim aparacağımı tapşırdı. Həmçinin dedi ki, vərəqi də qoy cibinə, Tanrıverdi müəllimin qəbrinin yanında oxuyarsan. Məktəbdən təxminən 1,5 km uzaqlıqda olan kənd qəbiristanlığına qədər olan yol şagirdlərlə, kənd sakinləri ilə dolu idi. İzdiham Tanrıverdi müəllimin ziyarətinə gedirdi. Sıxlıq olsa da Vidadi müəllim, Vərqa müəllim və Səyyad müəllim mənim nekroloqu oxumağıma şərait yaratdılar. Bu gün xatirə kimi həmin an kəndimizin fotoqrafı Mehman Kərimovun çəkdiyi fotoşəkilimi də saxlayıram. Tanrıverdi Hacıyevin ölümü mənə çox pis təsir etmişdi. Pürüzə nənəm sonralar deyərdi: “Tanrıverdi müəllim öləndə Araz çox pis hala düşmüşdü. Uşaq neçə gün halsız, bikef bir vəziyyətdə qaldı”. Bizim bir təskinliyim o idi ki, bizə riyaziyyatı ondan sonra Tanrıverdi müəllimin qızı Solmaz müəllim keçdi.

Riyaziyyat müəllimimiz, respublikada tanınmış riyaziyyatçı Tanrıverdi Alı oğlu Hacıyev 5 iyun 1917-ci ildə Göyçə mahalının Daşkənd kəndində anadan olmuşdu. 1925-ci ildə Daşkənd kənd məktəbinə getmiş, əla qiymətlərlə oxuduğuna görə birbaşa 3, 5 və 7-ci siniflərə keçirilmişdir. Daşkənd kənd məktəbini bitirdikdən sonra həmin təhsil müəssisəsində riyaziyyat müəllimi işləməyə başlamışdır. 1934-cü ildə İrəvan Pedaqoji Texnikumuna qəbul olmuş, 1935-ci ildən müəllim işləmiş, 1938-ci ildə isə təhsilini başa vurmuşdur. 1938–1953-cü illərdə Basarkeçər rayonunun Kəsəmən, Daşkənd, Qoşabulaq, Nərimanlı, Zod kənd orta məktəblərində müəllim, dərs hissə müdiri, direktor işləmişdir.

1942-ci ilin dekabr ayında Böyük Vətən müharibəsinə səfərbər olunmuş, 10 fevral 1944-cü ildə döyüşdə yaralandığı üçün ordudan tərxis olunmuşdur.

1948-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Fizika-riyaziyyat fakültəsinin qiyabi şöbəsinə qəbul olmuş, 1954-cü ildə həmin institutu bi-tirmişdir.

1953-cü ilin may ayında Göyçə ma¬ha¬lından deportasiya olunaraq taleyini Bər¬də rayonu ilə bağlamışdır. 1953-cü ildən Yeni Daşkənd kənd orta məktəbində fizika-riyaziy-yat müəllimi işləməyə başlamışdır. 1956–1958-ci illərdə Bərdə rayonunun “Yeni həyat” kolxozunda sədr vəzifəsində çalışmışdır.

1959-cu ildə yenidən Yeni Daşkənd kənd orta məktəbində müəllim kimi pedaqoji fəaliyyətini davam etdirmiş, həmçinin məktəb həmkarlar təşkilatının sədri olmuşdur. Dəfələrlə riyaziyyat müəllimləri üçün olan “Мaтемaтикa в школе” jurnalında çətinliyi artırılmış məsələ və misalların həlli mövzusunda məqalələri çap olunmuşdur.

Tanrıverdi Hacıyev dövlət tərəfindən altı dəfə pul və əşya ilə mükafatlandırılmış, üç dəfə yerli sovetə deputat seçilmişdir. “Əməkdə fərqlənməyə görə” medalı (1969, 1974), “V.İ.Leninin anadan olması¬nın 100 illiyi ilə əlaqədar” yubiley medalı (1970), “Azərbaycan SSR qabaqcıl maarif xadimi” döş nişanı (1971), “Əmək veteranı” medalı (1977), “Baş müəllim” adı (1982), “Metodist maarif xadimi” adı (1982), “Sosializm yarışının qalibi” döş nişanı, I dərəcəli “Vətən Müharibəsi” ordeni (06.11.1985) ilə təltif olunmuşdur.

Tanrıverdi müəllim 1945-ci ildə həmkəndlisi Lətifə Oruc qızı ilə ailə həyatı qurmuş, dörd oğlu, dörd qızı olmuşdur. Övladlarının hamısı ali təhsil almış, ataları Tanrıverdi Hacıyevin adını uca tutmuş, onun adına layiq övlad kimi hörmət qazanıblar.


Araz Yaquboğlu

Tədqiqatçı-jurnalist,

Azərbaycan Jurnalistlər Birliyinin və

Azərbaycan Aşıqlar Birliyinin üzvü

Elmina Muxtarlı

Xəbər Lenti

Nigeriyada dini məktəbdə YANĞIN: 17 şagird öldü05.02.2025 - 17:49
Keçmiş rektor Ali Məhkəmədə UDUZDU05.02.2025 - 17:35
BDU-nun tələbə jurnalı Kaliforniya Universitetinin Berkli kitabxanasının fonduna daxil edilib05.02.2025 - 17:18
Qulaqlarda cingiltinin səbəbləri nələrdir? - Həkimdən AÇIQLAMA05.02.2025 - 17:05
15 yaşlı məktəbli niyə ölüb?05.02.2025 - 16:38
Gömrük Akademiyasında təqüdlər ödənilmir?05.02.2025 - 16:26
Mobil tətbiqlər reklam daşıyıcısı hesab olunacaq05.02.2025 - 16:12
"ChatGPT" yaradıcısından möhtəşəm yenilik: Smartfonları əvəz edəcək qadcet hazırlanır05.02.2025 - 15:59
BDU-nun tələbə jurnalı Kaliforniya Universitetinin Berkli kitabxanasının fonduna daxil edilib05.02.2025 - 15:45
Mədəniyyət və incəsənət xadimləri dahi bəstəkar Qara Qarayevin xatirəsini anıblar - FOTO05.02.2025 - 15:34
MTV və Dünya TV-nin yayımı 3 saatlıq dayandırıldı05.02.2025 - 15:20
"Daha sərbəst" akademik müzakirə layihəsinə start verildi05.02.2025 - 15:05
Akademik Yusif Məmmədovun 75 illik yubileyi qeyd olunub - FOTO05.02.2025 - 14:54
Davos 2025: Texnologiya əsrində ali təhsilin transformasiyası 05.02.2025 - 14:39
Yeni qeyri-adi tipli kvant hissəcikləri kəşf edilib05.02.2025 - 14:26
Şəki-Zaqatalada 2 məktəbin binası yenilənəcək05.02.2025 - 14:14
Azərbaycanda professor vəfat etdi - FOTO05.02.2025 - 14:03
Məktəbdənkənar təhsilə elektron qeydiyyat başa çatıb05.02.2025 - 13:50
AzMİU-da Məzunlar Assosiasiyasının təsis yığıncağı keçiriləcək05.02.2025 - 13:36
Agentlik: Əlilliyi olan 121 gənc peşə hazırlığına cəlb olunub 05.02.2025 - 13:22
DİM imtahan rəhbərləri və nəzarətçiləri mükafatlandırıb - FOTO05.02.2025 - 13:13
Mərkəzi Elmi Kitabxananın 100 illiyinə hazırlıq məsələləri müzakirə olunub05.02.2025 - 13:00
Samux məktəbindəki davamiyyətlə bağlı AÇIQLAMA05.02.2025 - 12:48
Builki magistratura imtahanının modelində dəyişiklik varmı?05.02.2025 - 12:39
BDU-da qış imtahan sessiyası başa çatdı05.02.2025 - 12:26
Azərbaycanın turizm imkanları Türkiyədə keçirilən beynəlxalq sərgidə nümayiş olunur05.02.2025 - 12:14
Dendrologiya İnstitutu şagirdlər və tələbələr arasında “Bilik yarışı” elan edib05.02.2025 - 12:05
Dərs zamanı halı pisləşən şagird öldü05.02.2025 - 11:56
İraqda 9 yaşlı uşaqların evlənməsi ləğv edildi 05.02.2025 - 11:49
Şuşada STEAM Mərkəzi fəaliyyətə başlayıb05.02.2025 - 11:35
Dövlət qulluğu vəzifələri üzrə müsabiqənin test imtahanına qeydiyyat aparılır05.02.2025 - 11:23
UNEC ilə “AWE Consulting” şirkəti arasında memorandum imzalanıb - FOTO05.02.2025 - 11:12
Şagirdlərin 8 layihəsi “Sabahın alimləri” müsabiqəsinin finalına vəsiqə qazanıb05.02.2025 - 11:02
Televiziya verilişlərində işarət dilinin istifadəsi nəzərdə tutulur05.02.2025 - 10:47
Azərbaycan Universiteti ilə QS Agentliyi arasında müqavilə imzalandı - FOTO05.02.2025 - 10:34
Doktorantura və dissertantura səviyyəsində qəbul üçün hansı imtahanlar keçirilir?05.02.2025 - 10:23
Xarici diplomla dövlət qulluğunda iştirak etmək mümkündürmü? - CAVAB05.02.2025 - 10:11
Buraxılış imtahanında şagirdlərə xarici dil seçimində sərbəstlik verilirmi? - RƏSMİ05.02.2025 - 09:58
Magistraturaya qəbul olan oğlanların NƏZƏRİNƏ05.02.2025 - 09:45
İlon Mask ABŞ Təhsil Nazirliyini nəzarətə götürür05.02.2025 - 09:31
“Azərbaycan ədəbiyyatı tarixində Gəncə” mövzusunda respublika elmi-nəzəri konfransı keçiriləcək05.02.2025 - 09:20
Milli Kitabxanada “Xalq artisti Polad Bülbüloğlu” adlı sərgi istifadəçilərə təqdim olunub05.02.2025 - 09:09
Eksternat imtahanlarının nəticələri AÇIQLANDI05.02.2025 - 08:58
Yaqub Mahmudovun 86 yaşı tamam olur05.02.2025 - 08:48
Əlibaba Məmmədovun doğum günüdür05.02.2025 - 08:34
Şotlandiyanın Aberdin Universitetində Azərbaycan mədəniyyəti tanıdılıb05.02.2025 - 08:20
Niderlandın ən yaxşı layihəsi BANM tələbələri tərəfindən təqdim olunub05.02.2025 - 08:08
BDU-nun kafedralarında boş olan vəzifələri tutmaq üçün müsabiqə elan edilir05.02.2025 - 07:45