Təhsil 365 - Logo Mobile

UNUDULMAZ MÜƏLLİM, DƏYƏRLİ ZİYALI

68815.07.2024 - 15:25
UNUDULMAZ MÜƏLLİM, DƏYƏRLİ ZİYALI

Dünyada hər şeyə dəyər vermək mümkündür,

lakin müəllimin əməyinə əsla dəyər

verilə bilməz.

Sokrat

Şagirdi olduğum Tanrıverdi müəllim ,haqqında danışmaq, xatirələrimi yazmaq mənim üçün çox çətindir. Unudulmazlıq qazanmış müəllim, ağsaqqal, ziyalı, hörmətli bir şəxsiyyət olan Tanrıverdi Hacıyev onu tanıyan hər bir kəsin qəlbində daim anılır, hörmətlə yad edilir.

Göyçə mahalının bir çox kəndlərində, eləcə də Bərdə rayonunun Yeni Daşkənd kəndində böyük riyaziyyatçılar ordusunun yaranmasında onun çox böyük xidmətləri olub. Azərbaycanın hər yerində Yeni Daşkəndi riyaziyyatçılar, savadlı şəxsiyyətlər kəndi kimi tanıyırlar. 1990-cı illərdə tələbə olarkən dəfələrlə şahidi olmuşam, bilən olanda ki, Yeni Daşkənddənəm, soruşardılar: “O kənddə yaxşı bir riyaziyyatçı var idi – Tanrıverdi Hacıyev, – yaşıyırmı?”

Doğulduğum Yeni Daşkənd kəndində kənardan gəlib oxuyan uşaqlar çox olub. Göyçədən, Ağdamdan, Tərtərdən, Kəlbəcərdən, Bərdənin özündən və başqa kəndlərdən gəlib Yeni Daşkənd orta məktəbində təhsil alar, Tanrıverdi müəllimin şagirdi olar, onun yanında instituta hazırlaşar, bir insan kimi formalaşardılar. Onun şagirdi olmaq xoşbəxtliyi bəzən hər adama qismət olmazdı.

Mən beşinci sinifdə oxuyandan o bizə riyaziyyat dərsi keçirdi. Onun dərsini oxumayan şagird yox idi. Ən zəif oxuyan uşaq belə nəsə öyrənər, dərsdə aktivlik göstərərdi. Mənim xüsusilə riyaziyyatı, həndəsəni daha yaxşı mənimsəməyimdə onun əvəzsiz rolu olub. Təvazökarlıqdan uzaq olsa da deyim ki, Tanrıverdi müəllim mənim biliyimə, düşüncəmə güvənir, gələcəkdə qazanacağım uğurlara inanırdı. Hətta bir neçə dəfə nənəm Pürüzəyə, qağam Yaqub Hacıyevə belə demişdi: “O uşağa fikir verin, çox mərifətli, qabiliyyətli, savadlı uşaqdır. Əla başı var. Yaxşı gələcəyi olacaq.”

Tanrıverdi müəllim çox vaxt riyaziyyata “matematika”, həndəsəyə isə “qeometriya” deyərdi. Yaxşı xatirimdədir ki, onun sağ əli müharibədə yaralanmışdı, təbaşiri iki barmağı – baş barmaqla qatlanmış şəhadət barmağı arasında tutar, buna baxmayaraq lövhədə misalları gözəl bir hüsnxətlə yazardı. Bir dəfə dərsimiz “Kvadrat tənliyin kökləri düsturu” idi. Mən bütün uşaqlardan qabaq düsturu isbat etdim və dedim:

– Müəllim, nümunə üçün bir kvadrat tənlik də deyin onu da həll edim.

O, təəccüblə soruşdu: – Kvadrat tənliyin köklər düsturunu isbat edibsən? Dedim –bəli.

Yaxınlaşıb dəftərimə baxdı və çox sevindi. Bir misal da dedi, onu da həll etdim. İnanın ki, onun sevincinin həddi-hüdudu yox idi. Yaxşı oxuyan uşaq onun gözünün işığıydı. Başıma sığal çəkərək, “yaxşı qavrama qabiliyyətin var”, – dedi.

Tanrıverdi müəllimin dərs soruşmağında xüsusi bir metodu vardı. O, uşaqlara deyərdi ki, hamı bugünkü dərs haqqında nə bilir vərəqə yazsın, sonra vərəqləri yığaraq yoxlayar və qiymət yazardı. Onu da deyim ki, çox vaxt uşaqlar ondan çəkinərək sual verməzdi. Amma sual verən şagirdi çox sevərdi və sevə-sevə ona başa salıb öyrədərdi.

Onun mənə dediyi yarıciddi, yarızarafat bir sözü də vardı. Hərdən dərsi zəif oxuyanda deyərdi: “Ana baban Abdullaya oxşayıbsan”. Yaxşı oxuyanda isə deyərdi: “Halaldı, atan Yaquba oxşayıbsan, savadlısan”. Onu da deyim ki, Tanrıverdi müəllim qağam Yaqub Hacıyevə də mühəndis kimi savadına, mədəniyyətinə, təəssübkeşliyinə görə böyük dəyər verərdi. Heç vaxt övladlarından, bacısı uşaqlarından seçməzdi.

Tanrıverdi müəllim yaxşı oxuyan şagirdlərin təhsildən yayınmaması, hər gün hazırlıqlı olmaları üçün valideynlərə tapşırardı ki, evdə uşağa nəzarət edin, həyət-bacada ora-bura çox buyurmayın, şərait yaradın dərslərini hazırlasınlar. Hətta kənddə belə hal görəndə məktəbdə uşaqlara, evdə isə valideynlərə irad tutardı. Bir dəfə Bərdədən qağamın dostu Tanrıverdi müəllimi oğlunun toyuna çağırmaq üçün dəvətnamə göndərmişdi. Qağam mənə verdi ki, apar Tanrıverdi müəllimgilə ver, qayıt gəl. Mən gedib darvazanın əl qapısını açaraq səsləndim. Səsə Tanrıverdi müəllimin özü çıxdı. Dəvətnaməni verib evimizə qayıtdım. Səhəri günü məktəbdə mənə, bir neçə gün sonra isə qağama narazılığını bildirmişdi: “Uşağı dərslərindən ayırmaq, başqa-başqa işlərə buyurmaq doğru deyil. Qoyun uşaqlar dərsləri ilə məşğul olsunlar”. Əgər Tanrıverdi müəllim hansısa toyda, el şənliyində olardısa orada məktəbli görmək mümkün deyildi. Olsa belə, onun gözünə görünməzdilər.

1987-ci il fevralın sonları idi. Artıq biz yeddinci sinifdə oxuyurduq. Bir gün Tanrıverdi müəllim dərsə gəlmədi. Öyrəndik ki, dünyasını dəyişib. Məktəblə yanaşı bütün kəndimiz də yasa batmışdı, matəm içərisində idi. Onu tanıyanlar, adını eşidənlər axın-axın kəndə gəlirdilər. Minlərlə insan onunla vidalaşaraq onu kənd qəbiristanlığında illər öncə vəfat etmiş həyat yoldaşı Lətifə xanımın yanında dəfn etdilər. Allah ona rəhmət eləsin, qəbri nurla dolsun. O həyatda olmasa da, daim onu tanıyanların qəlbində yaşayır.

Tanrıverdi müəllim vəfat edəndə əvvəllər onun və oğlu Əli müəllimin şagirdi olmuş bacım Rəfiqə nekroloq yazıb mənə vermişdi. Vəfatının üçü günü məktəbimizin direktoru Vidadi Süleymanov sinifimizə gələrək Tanrıverdi Hacıyevin məzarını ziyarət edəcəyimizi, qəbri üzərinə güllər, əklillər qoyacağımızı bildirdi. Mən çantamdan nekroloq yazılmış vərəqi Vidadi müəllimə verərək mətni Tanrıverdi müəllimin məzarı başında oxumaq istədiyimi bildirdim. O vərəqi oxuduqdan sonra razılığını bildirdi, eyni zamanda əklillərdən birini də mənim aparacağımı tapşırdı. Həmçinin dedi ki, vərəqi də qoy cibinə, Tanrıverdi müəllimin qəbrinin yanında oxuyarsan. Məktəbdən təxminən 1,5 km uzaqlıqda olan kənd qəbiristanlığına qədər olan yol şagirdlərlə, kənd sakinləri ilə dolu idi. İzdiham Tanrıverdi müəllimin ziyarətinə gedirdi. Sıxlıq olsa da Vidadi müəllim, Vərqa müəllim və Səyyad müəllim mənim nekroloqu oxumağıma şərait yaratdılar. Bu gün xatirə kimi həmin an kəndimizin fotoqrafı Mehman Kərimovun çəkdiyi fotoşəkilimi də saxlayıram. Tanrıverdi Hacıyevin ölümü mənə çox pis təsir etmişdi. Pürüzə nənəm sonralar deyərdi: “Tanrıverdi müəllim öləndə Araz çox pis hala düşmüşdü. Uşaq neçə gün halsız, bikef bir vəziyyətdə qaldı”. Bizim bir təskinliyim o idi ki, bizə riyaziyyatı ondan sonra Tanrıverdi müəllimin qızı Solmaz müəllim keçdi.

Riyaziyyat müəllimimiz, respublikada tanınmış riyaziyyatçı Tanrıverdi Alı oğlu Hacıyev 5 iyun 1917-ci ildə Göyçə mahalının Daşkənd kəndində anadan olmuşdu. 1925-ci ildə Daşkənd kənd məktəbinə getmiş, əla qiymətlərlə oxuduğuna görə birbaşa 3, 5 və 7-ci siniflərə keçirilmişdir. Daşkənd kənd məktəbini bitirdikdən sonra həmin təhsil müəssisəsində riyaziyyat müəllimi işləməyə başlamışdır. 1934-cü ildə İrəvan Pedaqoji Texnikumuna qəbul olmuş, 1935-ci ildən müəllim işləmiş, 1938-ci ildə isə təhsilini başa vurmuşdur. 1938–1953-cü illərdə Basarkeçər rayonunun Kəsəmən, Daşkənd, Qoşabulaq, Nərimanlı, Zod kənd orta məktəblərində müəllim, dərs hissə müdiri, direktor işləmişdir.

1942-ci ilin dekabr ayında Böyük Vətən müharibəsinə səfərbər olunmuş, 10 fevral 1944-cü ildə döyüşdə yaralandığı üçün ordudan tərxis olunmuşdur.

1948-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Fizika-riyaziyyat fakültəsinin qiyabi şöbəsinə qəbul olmuş, 1954-cü ildə həmin institutu bi-tirmişdir.

1953-cü ilin may ayında Göyçə ma¬ha¬lından deportasiya olunaraq taleyini Bər¬də rayonu ilə bağlamışdır. 1953-cü ildən Yeni Daşkənd kənd orta məktəbində fizika-riyaziy-yat müəllimi işləməyə başlamışdır. 1956–1958-ci illərdə Bərdə rayonunun “Yeni həyat” kolxozunda sədr vəzifəsində çalışmışdır.

1959-cu ildə yenidən Yeni Daşkənd kənd orta məktəbində müəllim kimi pedaqoji fəaliyyətini davam etdirmiş, həmçinin məktəb həmkarlar təşkilatının sədri olmuşdur. Dəfələrlə riyaziyyat müəllimləri üçün olan “Мaтемaтикa в школе” jurnalında çətinliyi artırılmış məsələ və misalların həlli mövzusunda məqalələri çap olunmuşdur.

Tanrıverdi Hacıyev dövlət tərəfindən altı dəfə pul və əşya ilə mükafatlandırılmış, üç dəfə yerli sovetə deputat seçilmişdir. “Əməkdə fərqlənməyə görə” medalı (1969, 1974), “V.İ.Leninin anadan olması¬nın 100 illiyi ilə əlaqədar” yubiley medalı (1970), “Azərbaycan SSR qabaqcıl maarif xadimi” döş nişanı (1971), “Əmək veteranı” medalı (1977), “Baş müəllim” adı (1982), “Metodist maarif xadimi” adı (1982), “Sosializm yarışının qalibi” döş nişanı, I dərəcəli “Vətən Müharibəsi” ordeni (06.11.1985) ilə təltif olunmuşdur.

Tanrıverdi müəllim 1945-ci ildə həmkəndlisi Lətifə Oruc qızı ilə ailə həyatı qurmuş, dörd oğlu, dörd qızı olmuşdur. Övladlarının hamısı ali təhsil almış, ataları Tanrıverdi Hacıyevin adını uca tutmuş, onun adına layiq övlad kimi hörmət qazanıblar.


Araz Yaquboğlu

Tədqiqatçı-jurnalist,

Azərbaycan Jurnalistlər Birliyinin və

Azərbaycan Aşıqlar Birliyinin üzvü

Elmina Muxtarlı

Xəbər Lenti

BANM və “AZROKSAN” arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTOLAR27.07.2026 - 14:17
BANM tələbəsi ACCA imtahanında dünya üzrə 7-ci olub27.07.2026 - 14:08
BANM tələbələri "Azərkosmos"un Peyk İdarəetmə Mərkəzinə infotur edib - FOTOLAR27.07.2026 - 13:54
NDU-da teatrşünaslıq sahəsində yeni monoqrafiya təqdimatı olub - FOTOLAR27.07.2026 - 13:46
Qarabağ Universitetinin tələbələri "Deloitte"da təcrübə proqramında iştirak edirlər 27.07.2026 - 13:36
Nazir müavininin Ağdaşdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib27.07.2026 - 13:23
DİA məzunu ABŞ-nin nüfuzlu universitetində təhsil alacaq27.07.2026 - 13:12
BDU-nun 736 bakalavrı yay semestri dərslərində iştirak edir27.07.2026 - 13:05
İM sədri: Təhsildə rəqəmlərdən çox onların mesajını oxumaq lazımdır27.07.2026 - 12:47
Təmayül tədris modeli üçün müəllimlər necə seçiləcək?27.07.2026 - 12:10
BMU-nun qəbul planında yeniliklər: 3 ikili diplom proqramı və yeni ixtisaslar27.07.2026 - 12:06
ATMU-da Pakistan Təhsil Təqaüd Fondu ilə əməkdaşlıq müzakirə olunub27.07.2026 - 12:03
Üç güləşçimiz dünya çempionatının yarımfinalına yüksəldi27.07.2026 - 11:51
​“Təhsil sistemində mənəviyyat və din mövzusu düzgün analiz olunmalıdır” – İlahiyyatçı Elşad Miri27.07.2026 - 11:23
İslamşünaslıq ixtisasını seçəcək abituriyentlərə vacib məlumat27.07.2026 - 10:50
Magistr təhsili üçün azərbaycanlıların ən çox üz tutduğu ölkələr27.07.2026 - 10:47
Buraxılış imtahanında ikinci dəfə iştirak edəcək məzunların nəzərinə27.07.2026 - 10:34
Həsən Həsənlinin Ağdaşda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişib27.07.2026 - 10:20
“Sosial şəbəkələrdə baş verən anormallıqlar şagirdləri oxumaqdan yayındırır” - Təhsil eksperti Elçin Muradov27.07.2026 - 10:10
U-15 Dünya Çempionatı ilə bağlı Prezidentdən yeni Sərəncam27.07.2026 - 10:05
“Dream Fest – 2026” atəşfəşanlıqla başa çatıb27.07.2026 - 10:00
Koreyada təhsil alacaq BMU tələbələri ilə görüş təşkil olunub27.07.2026 - 09:49
“Yol təhlükəsizliyi insan həyatına verilən dəyərin göstəricisidir”- Nəqliyyat eksperti Rauf Ağamirzəyev27.07.2026 - 09:48
İyul çağırışı ilə bağlı müzakirələr aparılıb27.07.2026 - 09:45
Şuşada Yusif Vəzir Çəmənzəminliyə aid kitabın təqdimatı olub27.07.2026 - 09:35
ICESCO-nun mühüm tədbiri Bakıda keçirilir27.07.2026 - 09:24
Özbəkistan alimləri Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət ediblər27.07.2026 - 09:19
Misirdə diaspor sədrinin rəhbərlik etdiyi fondun məzunları sertifikat alıblar27.07.2026 - 09:14
Magistratura: 100-dən çox namizəd son anda İXTİSAS SEÇDİ27.07.2026 - 09:12
Magistraturaya ixtisas seçimi yekunlaşıb 27.07.2026 - 09:07
ŞƏT-in Media Forumunun plenar iclasında mədəni əməkdaşlıq və yeni texnologiyalar diqqət mərkəzindədir27.07.2026 - 08:55
Azərbaycan Universiteti ali təhsil müəssisələrinin sərgisində iştirak edəcək27.07.2026 - 08:45
BMT Türkmənistanın təşəbbüsü ilə 2028-ci ili Beynəlxalq Hüquq İli elan edib27.07.2026 - 08:40
Peşə təhsili alan tələbələr nə qədər təqaüd alır? - MƏBLƏĞLƏR27.07.2026 - 08:35
Buraxılış imtahanı nəticələrinə görə ən uğurlu və ən zəif BÖLGƏLƏR27.07.2026 - 08:30
15 mindən çox bakalavr ixtisas seçimi edib27.07.2026 - 08:25
Buraxılış imtahanlarında 2 mindən çox məzun iştirak ETMƏYİB27.07.2026 - 08:25
İmtahan nəticələrindən narazı olanlar üçün apellyasiya başlayır27.07.2026 - 08:20
UNEC-də süni intellektin tətbiqi ilə bağlı YENİLİK27.07.2026 - 08:19
Qarabağ Universiteti abituriyentlər üçün Açıq Qapı Günləri keçirəcək27.07.2026 - 08:15
BDYPİ küləkli hava ilə əlaqədar xəbərdarlıq edib27.07.2026 - 08:08
Bakıda küləyin maksimal sürəti saniyədə 28 metrə çatır27.07.2026 - 08:05
“Yüksəliş” müsabiqəsində BMU məzunlarının uğuru: 28 yarımfinalçı, 13 finalçı, 2 qalib27.07.2026 - 08:00
VI “Yüksəliş” müsabiqəsinin qalibləri bu universitetin MƏZUNLARIDIR27.07.2026 - 07:55
“YAŞAT” düşərgəsində şəhid övladlarına maliyyə savadlılığı təlimi təşkil olunub27.07.2026 - 07:40
MİQ iştirakçılarının nəticələrinin açıqlanacağı vaxt məlum olub27.07.2026 - 07:13
Gəncədə şəhid və veteran ailələrinin qadınlarının əl işləri sərgilənib27.07.2026 - 06:52
BDU abituriyentləri “Açıq qapı” gününə dəvət edir27.07.2026 - 06:50