Təhsil 365 - Logo Mobile

İdman jurnalisti olmağa nə var ki?! - Ulucay Akif

5015.07.2024 - 18:50
İdman jurnalisti olmağa nə var ki?! - Ulucay Akif

Kulis.az Ulucay Akifin "Dünyaya bir daha gəlsəm..." adlı yeni yazısını təqdim edir.

Bu fani dünyaya bir daha gələsi olsam (ki, belə fikrim var, əslində) və məndən soruşsalar ki, "bu həyatında nə olmaq istəyirsən?", heç düşünmədən bir cavab verərdim:

"İdman jurnalisti!"

Bəli. Nə yazıçı, nə həkim, nə prokuror, nə də adi jurnalist...

Yalnız və yalnız idman jurnalisti! Deyəcəm səbəbini. Tələsməyin.

Hələlik bunu qoyub o birinə keçim.

Bir tanışım iki gün qabaq feysbukda şəkil paylaşmışdı ki:

"Bu dünyada hamıdan çox sevdiyim adam, əmim öldü! Belim sındı, ay əmi! Mən necə özümə gələcəm?!"

Biz də feysbuk dostları kimi onun virtual ağlaşmasına qoşulub başsağlığı verir, təsəlli etməyə çalışırdıq. Açığı, mən xeyli üzülmüşdüm. Bir adamın doğmasını itirməyi və o itkisini “belim sındı” kimi ifadə etməsi məni xeyli kədərləndirmişdi.

Bu gün səhər isə görürəm ki, əmisinin ölümündən beli sınan həmin o dost İstanbuldan şəkil paylaşıb və yazıb:

"Yenə gəldik! Bekle beni İstanbul!"

İstədim dişimin dibindən çıxanı yazım şərhə. Yazım ki, “Bekləsin e, qardaş, bekləsin, sözüm yox. Amma o tərəfdə də rəhmətlik əmin bekləyir də. Bir az səmimi ol. Nə lazımdı axı layk üçün belini sındırırsan feysbukda. Bizim də ürəyimizi niyə boş yerə üzürsən, ay qəlbi daş?!"

Həəə... "Ay qəlbi daş" demişkən... Harda qalmışdıq?

Dünyaya bir daha gəlsəm (yenə vurğulamaq istəyirəm ki, belə planım var, böyük ehtimal bir daha gələcəm), mütləq və mütləq idman jurnalisti olacam.

Düzdür, ixtisasım jurnalistdir, publisistik jurnalistika ixtisası üzrə 6 illik təhsilim, iki diplomum var, dissertasiya da yazmışam, müdafiə də eləmişəm, amma mən dünyaya bir daha gəlsəm, idman jurnalisti olacam.

Çünki kef idman jurnalistlərinindi, dünya idman jurnalistlərinə gözəldir.

İdman jurnalistləri tamam başqa dünyada yaşayırlar.

Onlar bu dünyadan deyillər. Lap elə Messi kimi.

Yedikləri qabaqlarında, yemədikləri arxalarında.

Niyə belə düşünürəm?

Çünki indiyə kimi görməmişəm ki, bir Allah bəndəsi, feysbuk istifadəçisi, instagram aludəçisi, tik-tok müjdəçisi hansısa idman jurnalistinin yaxasından yapışıb desin ki:

”Ay filankəs! Filan məsələyə aid fikir bildir! Avtobusda gediş haqqı qalxıb, ondan yaz! Bütün ərzaqların qiyməti artıb, niyə dinmirsən?! Uşaqpulu niyə verilmir?! Qazilər özünü niyə yandırır?!”

Hə. Görməmişəm.

Ya da dövlətdən ev alan hansısa idman jurnalistinin üstünə hücum edən olmur ki, ”Yəqin buna evi sussun deyə veriblər!”.

Susmayıb neynəyəcək e?

Bir dənə “Neftçi”di, onun da udan günü yoxdu, şükür Allaha. Yalandan ““Neftçi” uddu!” yazmayacaq ki.

Yoxsa mən...

Bütün günü nəsə oxu, araşdır, İntibah dövrü mədəniyyətindən gir, Cənubi Amerika ədəbiyyatından çıx, klassisizmdən gir, posmoternizmdən çıx, nə qədər kitab, roman, hekayə, məqalə oxu, bütün ədəbi cərəyanlardan məlumatlı olmağa çalış, yaz, poz, yaz, poz, yaz, poz...

Bu qədər əziyyət çək ki, ortaya yaxşı bir mətn qoyasan, bizim ədəbiyyatımızda da dünya ilə ayaqlaşan bir-iki yeni mətn olsun...

Bir yazıçı dostunu çağır, mətni redaktə elə, orasını-burasını düzəlt, gecə yuxuna da yazdığın mətn girsin, çap elə, sonra ordan başqa bir yazıçı dostun yazdığını tənqid eləsin ki, "alınmayıb! zibildi"...

Feysbukda da axırıncı oxuduğu kitab "Ata yurdu", "Təbiətşünaslıq" olan bir qaşqaldaq (təhqir deyil, quş növüdür - red) da şərh yazsın ki:

"Bundan yazma e! Uşaqpulundan yaz! Uşaqpulundan nə xəbər?!"

ya nə bilim,

"Bunu mənim nənəm də yazar!"

Ay mən deyən, nənəni niyə söhbətə qatırsan? Nənə vaxtıdı? Sənin nənən niyə hekayə yazsın axı?

Belə-belə şərhlər, "fikirlər"...

Lazımdı mənə bu?

Ondansa gedib gül kimi idman jurnalisti olaram da...

"İspaniya çempion oldu", "Neftçi uduzdu", "Barselona çempion oldu", "Neftçi uduzdu", "Ronaldo yeni rekord qırdı", "Neftçi uduzdu", "Messi Amerikaya transfer oldu", "Neftçi uduzdu"...

Ay sonu da maaşını al, qoy cibinə.

Hələ xaricə-zada ezamiyyətə də göndərirlər. Gedib gəzirsən, dincəlirsən, "Neftçi"nin xaricdə uduzmağına da baxıb qayıdırsan...

Bir köpəyoğlu da səndən soruşmur ki, "Bu Neftçi yenə niyə uduzdu?!"

Baba Pünhan demiş, "Pul cibində, əlin belində gəzirsən, sənə nə?!"

Hə. Çox dərinə getməyə gərək yoxdu. Məncə, fikrimi izah edə bildim. İdman jurnalisti olursan, çəkilib durursan qıraqda rahatca.

Yoxsa mən?

O gün metroda bir nəfər basıb gözümü çıxardırdı ki, “Salfetkanın qiyməti qalxıb! Ondan yaz e! Gic-gic köşələr, hekayələr yazmaqla deyil!”

Dedim, yaxşı, ay vətəndaş, baş üstə. Razılaşmasam, qatarın altına atacaqdı məni. Birtəhər alıblar əlindən.

Hazırda “Salfetkanın qiymətinin qalxması” adlı yeni hekayə yazıram, amma ikinci dəfə bu dünyaya gələndə, mütləq, idman jurnalisti olacam.

Sağ olun.

Elmina Muxtarlı

Xəbər Lenti

Xəzər Universitetinin Məzunu və Müəlliminin Elmi Məqaləsi Nüfuzlu Jurnalda Dərc Olundu22.05.2025 - 19:11
Masallıda 18 yaşlı qız itkin düşüb22.05.2025 - 18:48
Nuranəni öldürən əri barədə qərar verildi22.05.2025 - 18:33
500-dən çox müəllim attestasiyadan kəsilib - NAZİRLİK22.05.2025 - 18:20
Qarabağ Universitetinin rektoru “Sabahın alimləri” və RFO-nun qalibləri ilə görüşüb - FOTO22.05.2025 - 17:54
Şuşa Teatrında daha bir premyera - “İki əsgər”22.05.2025 - 17:43
ADNSU-da gənclər arasında sağlam həyat tərzinin təşviqi məqsədilə tədbir keçirilib22.05.2025 - 17:32
Əlyazmalar İnstitutunun əməkdaşı beynəlxalq simpoziumda məruzə edib22.05.2025 - 17:21
Ərəbdilli mənbələrdə Arranın hüdudları – elmi-praktik seminar22.05.2025 - 17:10
BANM nümayəndələri İndoneziya səfirliyində - FOTO22.05.2025 - 16:59
Ulu Öndərin anadan olmasının 102-ci ildönümü və AMEA-nın 80 illiyinə həsr edilmiş minifutbol turniri başa çatıb - FOTO22.05.2025 - 16:35
Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin növbəti iclası keçirilib - FOTO22.05.2025 - 16:23
İkili diplom proqramları çərçivəsində Rəhbər Komitə üzvləri ABŞ-da səfərdə olublar - FOTO22.05.2025 - 16:12
BDU-nun nümayəndə heyəti Türkiyənin Ankara Sosial Elmlər Universitetində olub - FOTO22.05.2025 - 15:57
Toponimçi alimin kitabları Almaniya Universitetinin kitabxanasında yer alıb - FOTO22.05.2025 - 15:45
ADPU Tələbə Gənclər Təşkilatının 20 illiyi: Gənclikdən gələcəyə - FOTO22.05.2025 - 15:33
Tarix Muzeyində 28 May - Müstəqillik Gününə həsr olunmuş intellektual tədbir keçirilib - FOTO22.05.2025 - 15:21
Coğrafiya İnstitutunun əməkdaşları regional tədbirlərdə iştirak ediblər - FOTO22.05.2025 - 15:11
Folklor İnstitutunda yeni elmi istiqamətlər və kadr hazırlığı məsələləri müzakirə olunub - FOTO22.05.2025 - 15:00
Şərqşünas-alim Şuşanın yazılı abidələri haqqında məruzə edib - FOTO22.05.2025 - 14:50
Dövlət orqanlarının nəzərinə22.05.2025 - 14:40
Bu namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilər22.05.2025 - 14:30
DİM bu vəzifə üzrə vakansiya elan edir22.05.2025 - 14:20
“Kreativ düşüncə tərzini necə formalaşdırmalı?” mövzusunda infosessiya keçirilib - FOTO22.05.2025 - 14:10
ADMİU H-indeks göstəricilərində üç pillə irəliləyib - FOTO22.05.2025 - 13:56
Məcburi köçkünlər peşə təhsili təlimlərinə təşviq edilirlər22.05.2025 - 13:44
AzMİU və “Prosol” şirkəti kibertəhlükəsizlik sahəsində əməkdaşlığa başlayacaq 22.05.2025 - 13:32
Lənkəranda əmək yarmarkası keçiriləcək22.05.2025 - 13:21
BMU-da “CareerFest BEU 2025” karyera festivalı keçirilib - FOTO22.05.2025 - 13:11
“100 böyük türk”ün içində Nizami, Şah İsmayıl, Rəsulzadə yoxdur...22.05.2025 - 13:00
Naxçıvanda müəllimlərin işə qəbulu üzrə dəstək mərkəzləri yaradılıb22.05.2025 - 12:50
Özbəkistanın Kokand Dövlət Universitetində Azərbaycan dili tədris olunacaq - FOTO22.05.2025 - 12:40
Erkən nikah hallarının qarşısının alınması ilə bağlı tədbir keçirilib - FOTO22.05.2025 - 12:30
Deputat: Gələcək nəsillərə sağlam dəyərlərin ötürülməsi üçün səylərimizi artırmalıyıq22.05.2025 - 12:20
Bu il işğaldan azad edilmiş bölgələrdə 51 abituriyent qəbul imtahanı verəcək22.05.2025 - 12:10
Mayın 25-də 54 mindən çox abituriyent qəbul imtahanı verəcək22.05.2025 - 12:00
Məktəblərə işə qəbul imtahanının vaxtı açıqlanıb 22.05.2025 - 11:50
Qurban bayramı ilə bağlı 4 gün ardıcıl qeyri-iş günü olacaq22.05.2025 - 11:40
Böyük Qayıdışa həsr olunmuş “Zəfər” şahmat turniri keçirilib - FOTO22.05.2025 - 11:30
“Quacquarelli Symonds” qlobal reytinq agentliyinin rəhbərliyi ilə görüş keçirilib22.05.2025 - 11:20
Bu şəxslərə MİQ-də əlavə bal veriləcək22.05.2025 - 11:10
Sabahın hava proqnozu açıqlanıb22.05.2025 - 11:00
Şagird tənəffüs vaxtı sinif yoldaşına xəsarət yetirib – AÇIQLAMA22.05.2025 - 10:50
AzTU əməkdaşları “II Türk Dünyası Uluslararası Mühəndislik Zirvəsi”ndə iştirak ediblər - FOTO22.05.2025 - 10:40
LDU-da hüquqi mövzuda maarifləndirici tədbir keçirilib - FOTO22.05.2025 - 10:30
ADPU-da innovativ təhsil yanaşmaları barədə infosessiya keçirilib - FOTO22.05.2025 - 10:20
Taksi sürücüləri üçün iyunun 19-da keçiriləcək imtahana qeydiyyat başlanıb22.05.2025 - 10:10
Siyəzəndə ustad dərsləri keçiriləcək22.05.2025 - 09:52