Təhsil 365 - Logo Mobile

Peşə məktəblərinə ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu müsabiqəsinə başlanılır

7119.07.2024 - 06:00
Peşə məktəblərinə ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu müsabiqəsinə başlanılır

İyulun 22-dən 2024-2025-ci tədris ili üzrə Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində olan peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu müsabiqəsinə başlanılır.

Təhsil365 xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov iyulun 19-da keçirilən brifinqdə deyib. O bildirib ki, peşə təhsili müəssisələrində ixtisas fənn müəllimi və istehsalat təlimi ustası kimi çalışmaq istəyən şəxslər ixtisaslaşdıqları istiqamət üzrə iyulun 22-29-da portal.edu.az elektron müraciət portalı vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Ceyhun Kərəmov qeyd edib ki, peşə təhsili müəssisələrinə müəllim qəbulu üçün 1275 vakant yer ayrılıb: “Müsabiqə çərçivəsində Bakı və regionlarda yerləşən peşə təhsili müəssisələri üzrə 551 ixtisas fənn müəllimi, 574 istehsalat təlimi ustası, 82 yüksək texniki peşə təhsili səviyyəsi üzrə vakansiya elan olunması proqnozlaşdırılır. Cari ildən etibarən ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasında yerləşən peşə təhsili müəssisələrinə də işə qəbul prosesi mərkəzləşdirilmiş müsabiqə vasitəsilə aparılır və 68 vakant yer nəzərdə tutulub.

İxtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu müsabiqəsi elektron ərizələrin qəbulu, təqdim edilən məlumatların müsabiqənin şərtlərinə uyğunluğunun müsabiqə komissiyası tərəfindən yoxlanılması, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə mərhələlərindən ibarətdir. Ərizələr təsdiq edildikdən sonra, avqustun 2-də müsahibələr aparılacaq. İxtisas fənn müəllimi vakansiyası üzrə müraciət edən namizədlər ixtisas modulları üzrə təhsil proqramlarına aid 40 sual və tədris metodikasına və təlim strategiyalarına aid 20 sual, istehsalat təlimi ustası vakansiyası üzrə müraciət edən namizədlər tədris edəcəyi təlim modullarına aid 40 sual, təlim metodikasına və təlim strategiyalarına aid 15 sual, həmçinin əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarına aid 5 sualdan ibarət test imtahanında iştirak edəcəklər. İxtisas fənn müəllimi və istehsalat təlimi ustası üzrə test imtahanında ümumi 40 bal və daha yüksək nəticə göstərən müraciətçilər vakant yerlərin seçiminə buraxılır. Namizədlərə maksimum 8 vakant yer seçmək imkanı verilir”.

Ceyhun Kərəmov bildirib ki, müsahibə mərhələsində namizədlərin ümumi dünyagörüşü, peşə keyfiyyətləri, ünsiyyət, təlimi planlaşdırma, təlimin təşkilində istifadə olunan forma və üsulları tətbiq etmək bacarığı komissiya tərəfindən yoxlanılır: “Müsahibənin nəticəsinə əsasən namizədin vəzifəyə uyğun olub-olmaması barədə qərar verilir. Müraciətçilərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq”.

Peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimlərin və istehsalat təlimi ustalarının işə qəbulu müsabiqəsinə qanunvericiliklə müəyyənləşdirilmiş və aşağıda qeyd edilən tələblərə uyğun namizədlər müraciət edə bilər:

İxtisas fənn müəllimləri – orta ixtisas və ya ali təhsilli və ixtisası üzrə istehsalat və xidmət sahələrində ən azı 1 il əmək stajı olan şəxslər;

İstehsalat təlimi ustaları - peşə, orta ixtisas və ya ali təhsilli və ixtisası üzrə istehsalat və xidmət sahələrində ən azı 5 il əmək stajı olan şəxslər.

Elmina Muxtarlı

Xəbər Lenti

Azərbaycanda İLK: “Pedaqoji Həmrəylik: Təcrübədən Gələcəyə” konfransı keçirilib - FOTO21.12.2024 - 20:00
Məktəb direktoru işdən ÇIXARILDI21.12.2024 - 19:40
Polis Akademiyası hüquq olimpiadasında qalib oldu - FOTO21.12.2024 - 19:25
Leyla Əliyeva Nayrobi tam orta məktəbində və tibb mərkəzində olub - FOTOLAR21.12.2024 - 19:00
BMU-da valideynlərlə görüş təşkil olunub21.12.2024 - 18:35
Məktəbin direktor əvəzinin diplomu saxta imiş - 98 minlik dələduzluq21.12.2024 - 17:50
“Məktəbdə istilik yoxdur, uşaqlarımı ancaq həkimlərə aparıram” - VİDEO21.12.2024 - 17:10
Gömrük orqanlarına qəbul üzrə test imtahanı olub21.12.2024 - 16:35
Azərbaycana qış gəldi21.12.2024 - 16:00
PMS imtahanının ikinci mərhələsi keçirilib21.12.2024 - 15:20
Müəllim dərsdə şagirdlərin ağızlarını “skoç”layıb? - Açıqlama 21.12.2024 - 14:40
Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi - FOTO21.12.2024 - 13:55
AzMİU-da Məzun Assosiasiyası yaradıldı: 50 illik yubiley ərəfəsində tarixi görüş - FOTO21.12.2024 - 13:25
Sabah 14 dərəcə isti olacaq21.12.2024 - 12:40
UNEC-in əməkdaşları Litvanın universitetlərinə səfər ediblər21.12.2024 - 12:00
Bağça: imtahana 480 namizəd dəvət edilib21.12.2024 - 11:35
Məktəblərdə vakant direktor vəzifəsinə işə qəbul üzrə test imtahanı keçirilir21.12.2024 - 10:55
Mikroplastiklər insanlarda ağciyər xərçəngi riskini artıra bilər - ARAŞDIRMA21.12.2024 - 10:25
Universitetlər bu tələbələri Trampın andiçməsinə qədər ölkəyə qayıtmağa çağırıb21.12.2024 - 09:50
Gənc tərbiyəçi-müəllimlər üçün Təhsil Forumu keçirilib21.12.2024 - 09:15
31 məktəbdə keçirilmiş keyfiyyət monitorinqinin nəticələri təhlil edilib21.12.2024 - 08:40
Xaricdə təhsil üzrə Dövlət Proqramının məzunları ilə görüş keçirilib - FOTO21.12.2024 - 08:10
Türkiyənin Niğde Ömer Halisdemir Universitetinin rektoru ADNSU-da - FOTO21.12.2024 - 07:45
Azərbaycanda aktyor vəfat edib21.12.2024 - 07:20
150-yə yaxın alimin əməkhaqqısına ƏLAVƏ21.12.2024 - 06:55
Şagirdin ağzını bağladığı deyilən müəllim DANIŞDI21.12.2024 - 06:35
Tovuzda zəhərlənənlərin vəziyyəti yenidən pisləşdi21.12.2024 - 06:00
Bu gün gömrük orqanlarına qəbul üzrə test imtahanı keçiriləcək21.12.2024 - 05:35
"Təhsil365" komandası və gözdənəlil dostlarımız uşaq evində20.12.2024 - 20:40
Azərbaycana qış fəsli daxil olub20.12.2024 - 20:20
AMEA Rəyasət Heyətinin iclası keçirilib20.12.2024 - 20:00
"Strateji kommunikasiya" mövzusunda təlim keçirilib20.12.2024 - 19:40
Uşaq bağçasının müdiri işdən azad EDİLDİ20.12.2024 - 19:20
AzMİU və Qarabağ Universitetinin tələbələri arasında "Eko-Debat" keçirilib - FOTO20.12.2024 - 19:00
Hesablama Palatası TTKF-nın fəaliyyətində nöqsanlar aşkar edib20.12.2024 - 18:40
Sabahdan Azərbaycanda qış fəsli BAŞLAYACAQ20.12.2024 - 18:20
Elm və təhsil naziri Tərtərdə vətəndaşları qəbul edib20.12.2024 - 18:00
DİM-də üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti görüş keçirilib20.12.2024 - 17:40
RFO-da 85 qızıl medal qazanılıb - FOTO20.12.2024 - 17:20
Professora Prezidentin fərdi təqaüdü verilib20.12.2024 - 17:00
Yeniyetmə şagird və müəllimlərə bıçaqla hücum edib20.12.2024 - 16:40
MDU və Təcrübə və karyera inkişafı mərkəzinin təşkilatçılığı seminar keçirilib - FOTO20.12.2024 - 16:20
Gömrük orqanlarına xidmətə qəbul üzrə test imtahanı keçiriləcək20.12.2024 - 16:00
380 mindən çox şagird üçün monitorinq keçirilib20.12.2024 - 15:40
Ağalı kənd məktəbinə yeni direktor təyin olunub20.12.2024 - 15:20
“Elmin populyarlaşdırılması” layihəsinin ilk tədbiri keçirilib - FOTO20.12.2024 - 15:00
14 paytaxt məktəblisi buraxılış imtahanlarında maksimum nəticə GÖSTƏRİB20.12.2024 - 14:40
MDU ilə Düzce Universiteti arasında onlayn iclas keçirilib20.12.2024 - 14:20