Peşə təhsili müəssisələrinə tələbə qəbulu 50 faiz artıb.
Təhsil365 xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov iyulun 19-da keçirilən brifinqdə deyib.
Agentlik direktoru 2026-cı ildə tələbə qəbulunun 27 min 335 nəfərə çatdırılmasının planlaşdırıldığını söyləyib. Ceyhun Kərəmov Bakıda ilk dəfə peşə təhsilində ikili növbə sisteminə keçid ediləcəyini bildirib.