İyulun 19-da keçirilən brifinqdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov, həmçinin 2020-2023-cü illərdə peşə təhsili ilə bağlı hazırlanmış dərsliklərdən danışıb.
Təhsil365 xəbər verir ki, Ceyhun Kərəmov 2020-ci ildə 26 adda 99 min 622 ədəd ümumtəhsil dərsliklərinin, 96 adda 18 min 406 ədəd ixtisas dərsliyinin hazırlandığını xatırladıb. O, həmçinin qeyd edib ki, 2021-ci ildə 33 adda 116 min ümumtəhsil dərslikləri, 191 adda 209 min 50 ədəd ixtisas dərsliyi, 2022-ci ildə 23 adda 12 min 300 ümumtəhsil dərslikləri, 84 adda 40 min 700 ədəd ixtisas dərsliyi hazırlanıb. 2023-cü ildə isə 12 adda 5511 ədəd ümumtəhsil dərslikləri , 63 adda 33500 ixtisas dərsliyi istifadəyə verilib.