Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən 22 iyul-Millli Mətbuat Günü münasibətilə media nümayəndələri ilə görüş keçirilib.
Təhsil365 xəbər verir ki, tədbirdə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev, MÜTDA və BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri və KİV nümyəndələri iştirak ediblər.
N.Hüseynova junalistləri peşə bayramı münasibətilə təbrik edib, paytaxtın təhsil həyatında baş verən yeniliklərin işıqlandırılmasında verdikləri dəstəyə görə təşəkkürlərini bildiriblər. Qeyd olunub ki, hər bir inkişaf etmiş cəmiyyətdə mətbuatın proseslərə obyektiv münasibət bildirməsi mühüm amillərdəndir və medianın peşəkarlıq meyarlarından biridir. N.Hüseynova təhsildən yazan, maarifçilik, məktəb təəssübkeşi olan qələm adamları ilə görüşdən məmnunluğunu ifadə edib, səmərəli əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyinə əmin olduğunu bildirib.
Sonda media nümayəndələri ilə xatirə şəkli çəkdirilib.