Təhsil 365 - Logo Mobile

Millətin milliliyini ən birinci təsdiq edən onun dilidir

101.08.2023 - 16:30
Millətin milliliyini ən birinci təsdiq edən onun dilidir

Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır. Bunlarsız isə vətənpərvərlik formulu yoxdur.

Ümummilli Lider Heydər Əliyev

Azərbaycan xalqı qədim və zəngin mədəniyyətə malikdir və dünya sivilizasiyasına xeyli dəyərli töhfələr verib. Bunun ilk nümunələri bəşər tarixinin bö­yük kəşfi olan yazı vasitəsi ilə Qobustan və Gəmiqaya təsvirləri, həmçinin epiqrafik abidələr şəklində daşların yaddaşına həkk olunaraq bu günə­dək yaşayır. Zaman-zaman Azərbaycan xalqı müxtəlif əlifbalardan istifadə edib. Böyük Azərbaycan ədibləri, alimləri, mütəfəkkirləri, İslam mədəniyyətinin təşəkkül tapıb inkişaf etməsində mühüm rol oynayaraq bəşər sivilizasiyası­nı zənginləşdiriblər. Amma əsrlərlə müxtəlif xalqların mədəni əlaqəsinə xidmət edən ərəb qrafikasının dilimizin səs sistemini bütün dolğunluğu ilə əks etdirə bilməməsi, onun quru­luşu və xarakteri haqqında tam aydın təsəv­vür yaratmaması XIX əsrin ikinci yarısından etibarən Mirzə Fətəli Axundov başda olmaqla, dövrün mütərəqqi maarifçi ziyalılarını əlifba islahatı problemi üzərində düşünməyə vadar edib. Bu, Azərbaycan xalqının həmin dövrdə yaşadığı tarixi şəraitdən doğan zərurət idi. XX əsrin əvvəllərində cərəyan edən icti­mai-siyasi və mədəni proseslərin gedişatı, mövcud əlifbanı daha münasibi ilə əvəz et­mək ideyasını ortaya atmışdı.

Azərbaycan hökumətinin qərarı əsasında 1922-ci ildə yeni Əlifba Komitəsinin yaradılma­sı, həmin komitəyə Azərbaycan dili üçün la­tın qrafikalı əlifba tərtibinin tapşırılması yeni qrafikaya keçilməsi yolunda atılmış ilk cid­di addım oldu. Tarixə nəzər salsaq görərik ki, 1923-cü ildən etibarən latın əsaslı əlifbaya keçmə prosesi sürətləndirildi və 1926-cı ildə keçirilmiş Birinci Ümumittifaq Türkoloji Qurultayın tövsiyələrinə cavab olaraq 1929-cu il yanvarın 1-dən etiba­rən Azərbaycanda kütləvi şəkildə latın qrafikalı əlifba tətbiq edildi. 1940-cı il yanvarın 1-dən həmin əlifba ki­ril yazısı əsasında tərtib edilmiş yeni qrafikalı əlifba ilə əvəz olundu.

Azərbaycanda müstəqillik qazanılmasından sonra yaranmış tarixi şərait xalqımızın dünya xalq­larının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açdı və latın qrafikalı Azər­baycan əlifbasının bərpasını zəruri etdi. Azərbaycan Respubli­kasında hə­min vaxtdan müstəqil tədricən latın qrafikalı milli əlifbamı­za keçid mərhələsi başlandı. Bu tarixi proses Ümummili Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır və onun 18 iyun 2001-ci il tarixli Fərmanına əsasən gerçəkləşdi. Ulu Öndər Heydər Əliyev latın qra­fikalı əlifbanın tətbiqinin Azərbaycanın siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nə­zərə alaraq 2001-ci il avqustun 9-da imzaladığı Fərmana əsasən 1 avqust – Azərbaycan əlifbası və Azərbay­can dili günü elan edildi. Həmin vaxtdan hər il avqust ayının 1-i Azərbay­can Respublikasında Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Azərbaycan dili Azərbay­can Respublikasının dövlət dili və Azərbaycanda yaşayan müxtəlif xalqların əsas ün­siyyət vasitəsidir.

Ulu Öndər Heydər Əliyev ideyalarının layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğma dilimizə həs­saslıqla yanaşmasının nəticəsidir ki, Azərbaycan ədəbiyyatının, azərbaycanlı düşüncəsini əks etdirən sanballı əsərlərin la­tın qrafikasında yenidən nəşr edilməsi məhz İlham Əliyevin təşəbbüsü ilə baş tutdu. 2004-cü il yanvarın 12-də dövlət başçısı İlham Əliyevin imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" Sə­rəncam həm də əlifba ilə bağlı problemləri həll etdi. 2012-ci il mayın 23-də Prezidentin imzaladığı "Azərbaycan dilinin qlo­ballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin in­kişafına dair Dövlət Proqramı haqqında" Sərəncam da onun ana dilimizə verdiyi bö­yük önəmdən xəbər verir.

Ana dilimizin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tədbirlərində eşidilməsi qürurvericidir. Ona görə ki, dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi, ədəbiyyatı, mədəniyyətidir. Hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini, dinini, milli adət və ənənələrini unutmamalı, onları təbliğ etməlidir.

Fərid MUSTAFAYEV
YAP Yasamal rayon ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Aydan Ələkbərova

Xəbər Lenti

Lokal xarakterli antiterror tədbirlərindən bir il ötür18.09.2024 - 20:00
Vətən Müharibəsi ilə bağlı film çəkilir - FOTOLAR18.09.2024 - 18:25
“Azərbaycan poeziyasından incilər” adlı qiraət müsabiqəsinin yekun tədbiri - FOTO18.09.2024 - 18:00
Özbəkistan alimləri Əlyazmalar İnstitutunda tədqiqat aparacaqlar18.09.2024 - 17:40
Qarabağ və Şərqi Zəngəzurun florasında problemlərin həlli yolları - beynəlxalq konfrans - FOTO18.09.2024 - 17:20
ADU-da “Payızın ortası” adlanan Çin bayramı qeyd olunub18.09.2024 - 17:00
BDU-105: Prezident təqaüdçülərinin sayına görə ölkədə birinci yerdə olan Hüquq fakültəsi - FOTOLAR18.09.2024 - 16:40
BDU vakant vəzifələrin tutulması üçün müsabiqə elan edir18.09.2024 - 16:20
Qərbi Azərbaycanda törədilmiş soyqırımlarından bəhs edən kitabın təqdimatı olub - FOTOLAR18.09.2024 - 16:00
Dilçilik İnstitutunda Qazaxıstan alimləri ilə görüş olub - FOTO18.09.2024 - 15:40
Mərkəzi Elmi Kitabxana Milli Musiqi Gününə həsr olunmuş virtual sərgi hazırlayıb - FOTO18.09.2024 - 15:20
Konqolu gənclər Bakı Ali Neft Məktəbində təhsil alacaqlar - FOTO18.09.2024 - 15:00
Şeyx Rusiyaya gedir18.09.2024 - 14:40
Təhsil İnstitutu “Baş hüquqşünas” vəzifəsinə vakansiya elan edir!18.09.2024 - 14:20
Mübahisə zamanı bıçaqlanan tələbənin vəziyyəti açıqlanıb18.09.2024 - 14:00
ADU ilə Təhsilin İnkişafı Fondu arasında “TələbəPlus” kartı ilə bağlı müqavilə imzalanıb - FOTO18.09.2024 - 13:40
Bu imtahanlarda uğur qazananlara sertifikat veriləcək18.09.2024 - 13:20
PMS imtahanına qeydiyyat elan edilib18.09.2024 - 13:00
İmişlinin deputatı işdən çıxarılan müəllimi TƏNQİD ETDİ18.09.2024 - 12:40
“Astarada gənc turizmçilərin inkişaf proqramı” layihəsinin ikinci günü uğurla yekunlaşıb - FOTO18.09.2024 - 12:20
Şahin Bayramov tələbələrlə bir yerdə... - FOTO18.09.2024 - 12:00
Leyla Əliyeva uşaq bağçasının açılışında olub - FOTOLAR18.09.2024 - 11:40
Yüksək ballı BMU tələbəsi: “Mühəndis kimi Vətənimə fayda vermək istəyirəm”18.09.2024 - 11:20
Xüsusi siniflər üzrə şagird sıxlığı normaları müəyyənləşib18.09.2024 - 11:00
Xüsusi məktəblərdə şagirdlərin maksimum sayı müəyyən olunub18.09.2024 - 10:40
I sinfə və məktəbəhazırlıq qruplarına elektron qəbul yenidən BAŞLADI18.09.2024 - 10:20
İş və istirahət günlərinin yerləri dəyişdirilib18.09.2024 - 10:00
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü TƏSİS EDİLDİ18.09.2024 - 09:40
İmişlidə şagirdləri təhsildən yayındıran müəllim işdən ÇIXARILDI18.09.2024 - 09:20
"McDonald"s Azərbaycan" və DSMF şəhid övladlarını məktəb ləvazimatları ilə təmin edib18.09.2024 - 09:00
MDU-da seminar: “COP29 – Azərbaycan” - FOTO18.09.2024 - 08:40
Azərbaycana payız GƏLİR18.09.2024 - 08:20
Qarabağ Universitetinə yeni təyinat - FOTO18.09.2024 - 08:00
ADU-da kadr dəyişikliyi - Prorektor işdən çıxdı18.09.2024 - 07:40
Bakıda qalmaqallı məktəbə direktor təyin edildi18.09.2024 - 07:20
Bakıda tələbələr arasında kütləvi dava: Bir nəfərə beş xəncər zərbəsi vuruldu18.09.2024 - 07:00
UNEC-də ACCA İmtahan Mərkəzi yaradılıb - FOTO18.09.2024 - 06:40
Portuqaliyada 12 yaşlı oğlan məktəbdə altı nəfəri bıçaqladı18.09.2024 - 06:20
İlin ikinci Ay tutulması başlayıb 18.09.2024 - 06:00
Bu gün Milli Musiqi Günüdür17.09.2024 - 20:00
“BİRLİK” Regional Festivalları uğurla yekunlaşıb - FOTOLAR17.09.2024 - 18:10
Saatlıda yeni məktəb inşa olunub - Fotolar17.09.2024 - 17:25
İlk dərs günü itkin düşən 16 yaşlı məktəbli tapılıb17.09.2024 - 17:00
İlk dərs günü məktəb direktoru məhkəməyə verildi17.09.2024 - 16:40
Oqtay Əsədovun bağça müdiri işləyən xanımı işdən çıxarıldı17.09.2024 - 16:20
Polşalı alimlər yeni ekzoplanet kəşf ediblər17.09.2024 - 16:00
İdarəetmə Sistemləri İnstitutu: Wi-Fi-dan 100 dəfə sürətli Li-Fi texnologiyası gəlir17.09.2024 - 15:40
Dövlət İmtahan Mərkəzi daxili müsahibə elan edir17.09.2024 - 15:20