Təhsil 365 - Logo Mobile

Kollec tələbələrinin köçürülməsi QAYDALARI

5124.07.2024 - 12:20
Kollec tələbələrinin köçürülməsi QAYDALARI

Orta ixtisas təhsil müəssisələrinin tələbələrinin təhsil müəssisəsini, ixtisasını, təhsilalma formasını dəyişdirməsi təhsil müəssisələri tərəfindən https://portal.edu.az/ vasitəsilə yalnız bir dəfə həyata keçirilir. Sənəd qəbulu 25 iyul 11:00-dan 31 iyul 18:00-dək aparılacaq.

Təhsil365 kollec tələbələrin köçürülməsi ilə bağlı ən çox verilən sualları təqdim edir:

Orta ixtisas təhsil müəssisələrində təhsilalanların köçürülməsi üçün hansı tələbələr müraciət edə bilərlər?

Orta ixtisas təhsil müəssisələrində normativ təhsil müddətində (sonuncu tədris ili tələbələri istisna olmaqla) təhsil alan və təhsil aldığı müddət ərzində təhsil proqramı ilə həmin dövr üçün müəyyən olunmuş kreditlərin ən azı ikidə bir hissəsini toplamış tələbələr köçürülmə prosesində iştirak edə bilərlər.

Orta ixtisas təhsil müəssisələrində tələbələrin bir təhsil müəssisəsindən digərinə köçürülməsi hansı şərtlərlə aparıla bilər?

Orta ixtisas təhsil müəssisəsində təhsil alan tələbənin təhsil müəssisəsini, ixtisasını, təhsilalma formasını dəyişdirməsi o şərtlə aparılır ki, həmin tələbənin Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarında (tam orta təhsil səviyyəsindən qəbul olunanların tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında, ümumi orta təhsil səviyyəsindən qəbul olunanların isə ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında) topladığı bal (təhsil aldığı kolleci daimi yaşayış yeri üzrə qeydiyyatda olduğu ərazidə yerləşən kollecə öz ixtisası üzrə dəyişmək istədiyi halda topladığı balın 1,5 misli), orta ixtisas təhsil müəssisəsinə qəbul olunduğu ildə dəyişmək istədiyi orta ixtisas təhsil müəssisəsində müvafiq ixtisas və təhsilalma forması üzrə minimal keçid balından çox olsun.

Orta ixtisas təhsil pilləsində təhsil alan tələbələr tərəfindən ixtisasın dəyişdirilməsi Nazirlər Kabinetinin 2020-ci il 17 aprel tarixli 140 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsil üzrə ixtisasların Təsnifatı” ilə müəyyən olunmuş eyni ixtisas qrupu daxilində aparılır. Təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi tələbənin əvvəl təhsil aldığı tədris dilinə uyğun aparılır.

Qeyd: Tədris dilinin ingilis dilindən ümumi təhsil pilləsində təhsil aldığı tədris dilinə və ya ümumi təhsil pilləsində təhsil aldığı tədris dilinin ingilis dilinə dəyişdirilməsi halları istisnadır.

Hansı tələbələrin köçürülməsinə yol verilmir?

Orta ixtisas təhsil müəssisəsində normativ təhsil müddətindən artıq (müddətli həqiqi hərbi xidmət dövrü daxil deyil) müddətdə təhsil alan tələbələrin təhsil müəssisəsini, ixtisasını, təhsilalma formasını dəyişdirməsinə yol verilmir.

Təhsil aldığı müddət ərzində təhsil proqramı ilə həmin dövr üçün müəyyən olunmuş kreditlərin ən azı ikidə bir hissəsini toplamayan tələbələrin təhsil müəssisəsini, ixtisasını və təhsilalma formasını dəyişdirməsinə yol verilmir.

Ümumi orta təhsil bazasından orta ixtisas təhsil müəssisələrinə qəbul olunmuş və ikinci tədris ilini başa vurmamış tələbələrin təhsil müəssisəsini, ixtisasını və ya təhsilalma formasını dəyişdirməsinə yol verilmir.

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil alan tələbələrin köçürülməsi hansı şərtlərlə aparılır?

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil alan tələbənin təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi zamanı onun buraxılış imtahanının və orta ixtisas təhsil müəssisəsinə qəbulu üçün verdiyi qabiliyyət imtahanının nəticələri nəzərə alınır.

Əgər tələbə dövlət hesabına təhsil alırsa, köçürüldükdən sonra o, hansı formada təhsilini davam etdirir?

Təhsil müəssisəsini, ixtisasını dəyişən təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər. Bu zaman tələbə təhsil alacağı tədris qrupunda təhsil alanlar üçün müvafiq ixtisas üzrə müəyyən edilən məbləğdə təhsil haqqı ödəyir.

Qeyd: Dövlət sifarişi ilə təhsil alıb eyni ixtisas üzrə təhsil müəssisəsini, təhsilalma formasını dəyişən tələbələr istisnadır.

Təhsilalma formasının dəyişdirilməsi hansı şərtlər daxilində aparılır?

Təhsilalma formasının dəyişdirilməsi tələbənin orta ixtisas təhsil müəssisəsinə qəbul olduğu tədris ilində həmin ixtisas üzrə müvafiq təhsilalma formasına qəbul aparıldığı halda həyata keçirilir. Xüsusi təyinatlı təhsil müəssisəsinin tələbələri köçürülmə üçün müraciət edə bilərlər? Xüsusi təyinatlı orta ixtisas təhsil müəssisəsinin tələbəsinin təhsil müəssisəsini, ixtisasını və təhsilalma formasını dəyişdirməsi yalnız həmin müəssisənin Nizamnaməsində nəzərdə tutulduğu halda həyata keçirilir.

Tələbə daha sonra köçürülmədən imtina edə bilərmi?

Tələbənin elektron müraciətinə təhsil müəssisəsindən cavab gəldikdən sonra o, təsdiq düyməsini və ya imtina düyməsini sıxmalıdır. Təsdiq etdikdən sonra avtomatik əmr formalaşır və geri dönüş mümkün deyil.

Aydan Ələkbərova

Xəbər Lenti

"Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunan sərgi keçirilib - FOTOLAR22.10.2024 - 16:00
Elm və Təhsil Nazirliyi və Baş Prokurorluq Qarabağ Universitetində - FOTO22.10.2024 - 15:40
DİM-in hazırlıq kurslarına qeydiyyat aparılır22.10.2024 - 15:20
AzMİU tələbələri əl işlərində qlobal ekoloji mövzuları əks etdirməyə çalışıb - FOTO22.10.2024 - 15:00
Təhsil İnstitutu 200 peşə təmayüllü sinifdə monitorinq keçirəcək - FOTO22.10.2024 - 14:40
Əli Əhmədov: Özəl bağçalarda dövlət müəssisələrinin meyarları tətbiq olunmalıdır22.10.2024 - 14:20
Prorektorun qətlini sifariş verməkdə ittiham olunan şəxslərlə bağlı QƏRAR22.10.2024 - 14:00
MM hərbi qulluqçuların təhsili ilə bağlı normaların təkmilləşdirilməsini təsdiqləyib22.10.2024 - 13:40
"Mədəniyyət nazirliyi digər kütləvi kitabxanalara diqqət yetirdiyi kimi, xüsusi kitabxanalara da diqqət ayırmalıdır" - Ekspert22.10.2024 - 13:20
“Uşaq hüquqları haqqında” qanunda dəyişiklik edilib22.10.2024 - 13:00
BMU ilə İqlim Böhranına Cavab Layihə Qrupu arasında SAZİŞ - FOTO22.10.2024 - 12:40
Rəssamlıq Akademiyası yağışla bağlı yaranan vəziyyətə aydınlıq gətirib – AÇIQLAMA22.10.2024 - 12:20
UNEC-də növbəti TƏYİNAT22.10.2024 - 12:00
ARTİ daha bir vakansiya elan edir22.10.2024 - 11:40
ADPU-dan açıqlama - dəymiş ziyan tələbələrin dəvamiyyətinə təsir etməyib22.10.2024 - 11:20
Xəzər Universitetindən açıqlama - Tələbələrin gəlişində problem yaranıb22.10.2024 - 11:00
Sabahın havası açıqlanıb22.10.2024 - 10:40
Milli Qəhrəmanın anım GÜNÜDÜR22.10.2024 - 10:20
Təhsil müəssisələrinin işçiləri üçün praktiki seminar keçirilib22.10.2024 - 10:00
BRICS universitetlərinin ilk reytinq cədvəli təqdim olunub22.10.2024 - 09:40
Yağıntılı hava məktəblərdə davamiyyətə necə təsir edib? - AÇIQLAMA22.10.2024 - 09:20
İcma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili ilə bağlı qrant müsabiqəsinə sənəd qəbulu başa çatır22.10.2024 - 09:00
İlham Əliyev: COP29-a hazırlıq işləri artıq son mərhələdədir22.10.2024 - 08:40
BMU ilə Birləşmiş Ərəb Əmirlikləri Universiteti birgə tədqiqatlara başlayır22.10.2024 - 08:20
Qafqazşünaslıq İnstitutunun direktoru vəzifəsindən azad edilib22.10.2024 - 08:00
Azərbaycanlı tələbələr Rumıniya və Tacikistanda təqaüdlə təhsil alacaqlar22.10.2024 - 07:40
“Ali təhsil müəssisələrinə tələbə qəbulu: təhlil və proqnozlaşdırma” mövzusunda tədbir keçirilib22.10.2024 - 07:20
Bakalavr və magistr üzrə ixtisasların yeni təsnifat layihəsi hazırlanıb22.10.2024 - 07:00
Mingəçevir Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib - FOTO22.10.2024 - 06:40
16 yaşlı qızı evləndirmək istədilər, qurumlar hərəkətə keçdi22.10.2024 - 06:20
Bu universitetləri su basıdı - VİDEO22.10.2024 - 06:00
BMU müəlliminin fərdi yaradıcılıq sərgisi keçirilib21.10.2024 - 15:00
UNEC-də yeni təyinat21.10.2024 - 14:40
İctimai fənlər kafedrasının müdiri Kokand Universitetində mühazirələr oxuyub - FOTO21.10.2024 - 14:20
BMU-İNHA İDP tələbələri II yerə layiq görülüblər21.10.2024 - 14:00
Sürücülərin nəzərinə! - Oktyabrın 27-si imtahandır21.10.2024 - 13:40
AMEA-da külli miqdarda mənimsəmə ilə bağlı cinayət işi açılıb21.10.2024 - 13:20
AzMİU tələbələrinin təşəbbüsü ilə 5 günlük forum öz işinə başladı21.10.2024 - 13:00
Naxçıvanda diaqnostik qiymətləndirmədən yüksək bal TOPLAYANLAR21.10.2024 - 12:40
Kolleclərdə monitorinqlər keçirilib - FOTO21.10.2024 - 12:20
Bağça müəllimlərinin imtahanı yekunlaşıb21.10.2024 - 12:00
MDU-da Energetiklər Gününə həsr olunmuş konfrans21.10.2024 - 11:40
UNEC-də süni intellekt fənninin tədrisinə xarici mütəxəssislər cəlb olunur21.10.2024 - 11:20
Sabahın hava proqnozu açıqlanıb21.10.2024 - 11:00
Deputat: "Bu gün tələbələrin təşəbbüskar olduğu forumdayıq"21.10.2024 - 10:40
ARTİ vakansiya elan edir21.10.2024 - 10:20
İlham Əliyev: Azərbaycan sülh prosesinin irəli aparılması üçün qəti addımlarını davam etdirəcək21.10.2024 - 10:00
Təhsil İnstitutunda ədəbiyyat fənn kurikulumunun müzakirəsi təşkil edilib - FOTO21.10.2024 - 09:40