Təhsil 365 - Logo Mobile

Abituriyentlər hansı halda ixtisas seçimləri zamanı müsabiqəyə buraxılmır - AÇIQLAMA

195325.07.2024 - 08:00
Abituriyentlər hansı halda ixtisas seçimləri zamanı müsabiqəyə buraxılmır - AÇIQLAMA

"Abituriyentlər DİM tərəfindən ikimərhələli - buraxılış və blok imtahanı, yəni imtahanın 2-ci mərhələsi deyilən blok imtahında iştirak edərək, müəyyən müsabiqə şərtlərini ödədikdən sonra ixtisas seçimi üçün müsabiqəyə buraxılırlar".

Bu sözləri “Təhsil365”ə aıqlamasında ixtisas seçimi və gələcək karyera üzrə mütəxəssis, təhsil eksperti Ramin Nurəliyev söyləyib.

O bildirib ki, I, II, III və IV ixtisas qrupu abituriyentləri buraxılış imtahanında (buraxılış imtahanında hər hansısa bir məhdudiyyət yoxdur) istənilən balı toplaya bilərlər, sadəcə imtahanın 2-ci mərhələsində ,yəni blok imtahanında 1-ci və ya 2-ci cəhd blok imtahanlarında müəyyən məhdudiyyətlər var:

"Bu məhdudiyyətlər bunlardan ibarətdir: abituriyent blok imtahanında 50-100 bal arası toplayarsa, ixtisas qrupuna uyğun olaraq məhdud ixtisaslara müraciət edə bilir. Amma 50 baldan aşağı bal toplayan abituriyentlər heç bir müsabiqəyə buraxılmır (bu, I, II, III və IV qrup abituriyentlərə aiddir). V qrup abituriyentləri sadəcə imtahanın 1-ci mərhələsi, yəni buraxılış imtahanı nəticəsinə və qabiliyyət imtahanlarına əsasən ixtisas seçiminə buraxılır".

Ekspertin sözlərinə görə, buraxılış imtahanında 60 baldan aşağı bal yığan abituriyentlər qabiliyyət imtahanına belə buraxılmır, müsabiqənin ixtisas seçiminə də buraxılmır:

"Sadəcə bəzi məhdud ixtisaslar var ki, xoreoqrafiya ixtisasına, həmin ixtisasda 30 baldan aşağı topladığı təqdirdə müsabiqə şərtlərini ödəməmiş hesab olunur və müsabiqəyə buraxılmır. I, II, III və IV ixtisas qruplarında ümumi balı 150 baldan aşağı olan abituriyentlər ixtisas seçiminə buraxılmır. Əgər ümumi balı 150 baldan aşağı olsa, buraxılış imtahanından 100 baldan yuxarı bal toplasa da ümumi balın nəticəsinə əsasən ixtisas seçiminə buraxılmır. Yəni abituriyent I, II, III və IV ixtisas qruplarında 150 baldan yuxarı bal toplamalıdır, blok imtahanında 50 baldan yuxarı bal toplamalıdır ki, ixtisas seçimində iştirak edə bilsin".

Ekspert qeyd edib ki, qabiliyyət imtahanları əsasən iki formada nəticələnir ki, bunların birincisi məqbulla qiymətləndirilən, ikincisi bal ilə qiymətləndirilən qabiliyyəti imtahanlarıdır:

"Müsabiqə xüsusilədə pedaqoji ixtisaslarda, müəllimliklərdə (məsələn:təsviri incəsənət müəllimliyi, musiqi müəllimliyi, idman ixtisaslarında məşqçilik istisna olmaqla digər bütün idman ixtisaslarında) nəticə məqbulla qiymətləndirilir. Bal ilə qiymətləndirilən qabiliyyət imtahanlarında abituriyent maksimal 10 bal üzərindən 6 bal toplamalıdır ki, müsabiqə şərtlərini ödəmiş hesab olunsun və ixtisas seçiminə buraxılsın. 6 baldan aşağı bal toplayan abituriyentlər müsabiqə şərtlərini ödəməmiş hesab olunur və ixtisas seçiminə buraxılmır".

Ekspert bildirib ki, dövlət sifarişli ixtisasların və ödənişlu ixtisasların müsabiqə şərtləri var:

"Abituriyent ümumi balı 200 baldan yuxarı, imtahanın 2-ci mərhələsi yəni blok imtahanından da 100 baldan yuxarı bal topladığı təqdirdə I, II, III və IV ixtisas qrupları üzrə bütün ixtisaslardan dövlət sifarişli, yəni pulsuz ixtisaslara müraciət edə bilər. Amma ümumi balı 150-dən 200 bal arasında olan abituriyentlər yalnız məhdud ixtisaslara və ödənişli əsaslarla müraciət edə bilər. Yəni ümumi balı 150-200 bal arasında olan abituriyentlər dövlət sifarişli ixtisaslara, məhdud ixtisaslar içərisindən yalnız kənd təsərrüfatı ixtisasları üzrə, yəni I ixtisas qrupuna aid olan ixtisaslar üzrə dövlət sifarişli ayrılmış yerlərə müraciət hüququ vardır".

"Bununla yanaşı tədriisi ingilis dilində aparılan ixtisaslarda, ingilis dili məhdudiyyəti var, yəni abituriyent 40 baldan yuxarı bal toplamalıdır ki, tədrisi ingilis dilində olan ixtisaslara müraciət eləsin. Bu keçid bəzi universitetlərdə məsələn, ADA, BANM və başqa universitetlərdə xarici dil müsabiqə şərtləri bir az daha yüksəkdir. Xarici dillərdə məhdudiyyət var. Məsələn abituriyent imtahanı xarici dil olaraq alman dilində vermişsə, bəzi ixtisaslarda xüsusilə də filologiya ingilis dilini yaza bilmir. Və yaxud da fransız dilində vermişsə filologiya fransız dili yaza bilir, filologiya ingilis dilini yaza bilmir. Amma xarici dili ingilis dilində verən abituriyentlər, ,həm ingilis dilini ,həmdə digər tədris dillərini yaza bilirlər", - deyə ekspert əlavə edib.

Aydan Ələkbərova

Xəbər Lenti

OBA XATİRƏLƏRİ - Anamın və Xalamın xatirələrindən09.06.2026 - 11:00
BSU-da Ənvər Abbasovun 75 illiyinə həsr olunan konfrans keçirilib - FOTOLAR05.06.2026 - 11:55
Xəzər Universitetində HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının açılışı keçiriləcək02.06.2026 - 09:00
Bakı Slavyan Universiteti Çin universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb - FOTOLAR01.06.2026 - 13:10
Psixi sağlamlıq problemlərinin qlobal yükü tarixdə ən yüksək səviyyəyə çatıb31.05.2026 - 05:40
Yaqub Mahmudovun 35 il əvvəlki yazısı - Avropamərkəzçilik kəskin tənqid edilir30.05.2026 - 15:00
Müstəqilliyin qorunması: siyasi iradə və milli həmrəylik28.05.2026 - 08:01
Gənclər Fondu gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi elan edir22.05.2026 - 14:00
Rafael Hacıbəyli: "Azad edilmiş ərazilərdə icmalar üçün ağıllı və dayanıqlı şəhərlər qurulur" 21.05.2026 - 16:50
Musiqi dünyasına səyahət - FOTO19.05.2026 - 14:20
BSU Lənkəranda Xarici Dil Müəllimlərinin III Regional Forumunu keçirib - FOTOLAR18.05.2026 - 10:30
Naxçıvan Dövlət Kukla Teatrı Türkiyə teatrları ilə əməkdaşlığa başlayıb14.05.2026 - 19:54
Qərbi Azərbaycan İcmasında kitab təqdimatı14.05.2026 - 19:45
ADAU-da Bitkilərin Adaptasiya Otağı fəaliyyətə başlayıb14.05.2026 - 19:36
Azərbaycanın əməyin mühafizəsi sahəsindəki təcrübəsi beynəlxalq konfransda təqdim olunub14.05.2026 - 19:28
“İmkanlar hər kəs üçün” layihəsi başa çatıb14.05.2026 - 19:24
Şuşada “Xarıbülbül” IX Beynəlxalq Musiqi Festivalı keçirilir14.05.2026 - 19:16
Gülüstan müqaviləsi haqqında film hazırlanıb14.05.2026 - 19:08
Azərbaycanda tələbə vəfat edib14.05.2026 - 19:04
Müasir uşaqlar əvvəlki nəsildən hansı cəhətlərinə görə fərqlənir? – Məktəbəqədər ekspert açıqladı14.05.2026 - 19:02
Dördüncü Bakı Müasir Musiqi Günləri Festivalında yerli və xarici ifaçılar bir araya gələcək14.05.2026 - 18:54
“Xalçalarda memarlıq” sərgisi WUF13-ə həsr olunacaq14.05.2026 - 18:44
“Redaktor” adlı televiziya layihəsinə başlanılır14.05.2026 - 18:36
Azərbaycanın incəsənət nümunələri İstanbulda beynəlxalq sərgidə nümayiş olunur14.05.2026 - 18:27
Azərbaycan BMT-Turizmin Avropa üzrə Regional Komissiyasının 72-ci iclasında təmsil olunub14.05.2026 - 18:16
İstanbulda Azərbaycan xalça sənətinə həsr edilən sərgi açılıb14.05.2026 - 18:08
Hansı meyvənin şirəsi mədə xərçənginin qarşısını alır?14.05.2026 - 17:55
“Aldanmış Canavar” Kukla Teatrının səhnəsində14.05.2026 - 17:54
Çexiyada kilsədən Müqəddəs Zdislavanın 800 illik kəllə sümüyü oğurlanıb14.05.2026 - 17:45
Azərbaycanda peşə təhsili sisteminin potensialının gücləndirilməsinə dair Tədbirlər Planı təsdiq edilib14.05.2026 - 17:44
UNEC-in dosenti “Sigma Xi” cəmiyyətinin tamhüquqlu üzvü seçilib14.05.2026 - 17:36
SOCAR nümayəndələrinin iştirakı ilə Lənkəranda Dövlət Universitetində seminar keçirilib14.05.2026 - 17:35
Elm və Təhsil Nazirliyinin tabeliyində iki yeni institut yaradılıb14.05.2026 - 17:28
BDU-da “Professor Nəsir İmanquliyev dərsləri”: Əməkdar jurnalist Flora Xəlilzadə ilə görüş14.05.2026 - 17:25
Birinci Türkoloji Qurultayın 100 illiyi: Dil məsələləri - beynəlxalq elmi konfrans14.05.2026 - 17:16
Fizika və Kimya institutları arasında hərtərəfli əməkdaşlığı nəzərdə tutan memorandum imzalanıb14.05.2026 - 17:15
Cənubi Xəzər hövzəsində neft yataqları ilə bağlı araşdırma aparılıb14.05.2026 - 17:06
Musiqi məktəblərində işləyən müəllimlərin diqqətinə!14.05.2026 - 17:05
SOCAR və “Uzbekneftegaz” rəhbərləri BANM tələbələri ilə görüşüblər14.05.2026 - 17:00
Ağdaş şəhəri üzrə təhsil sektoruna yeni müdir təyin edilib14.05.2026 - 16:55
Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin final mərhələsi keçiriləcək14.05.2026 - 16:45
Tibb eksperti Adil Qeybulla: “Hantavirusla bağlı narahatlıq əsassız deyil”14.05.2026 - 16:45
Bu ildən rezidenturaya qəbul imtahanının II mərhələsi elektron olacaq14.05.2026 - 16:35
Psixoloq Nabat Mirzəyeva: “Yeni virus xəbərləri insanlarda qorxu və təşvişi artırır”14.05.2026 - 16:35
İmposter sindromu və uğur paradoksu-Məqalə14.05.2026 - 16:30
AZCON Mühəndislik və Texnologiya Məktəbi təsis edilib 14.05.2026 - 16:25
Azərbaycanda iki yeni institut yaradılıb14.05.2026 - 16:15
Qarabağ Universiteti elmi jurnal hazırlayıb14.05.2026 - 16:05