Təhsil 365 - Logo Mobile

Ümumi orta təhsil bazasında kolleclərə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi başlanıb

3326.07.2024 - 07:00
Ümumi orta təhsil bazasında kolleclərə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi başlanıb

Ümumi ( 9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq üçün ixtisas seçimi iyulun 26-dan avqustun 5-i saat 23:59-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.

Dövlət İmtahan Mərkəzindən “Təhsil365”ə bildirilib ki, ixtisas seçiminə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 50-dən az olmayan (fənlər üzrə bal məhdudiyyəti qoyulmur) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər buraxılırlar. Xoreoqrafiya sənəti (sahələr üzrə) və rəqs müəllimliyi ixtisaslarının müsabiqəsində isə ümumi balı 30-dan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) az olmayan abituriyentlər iştirak edə bilərlər.

Hər bir abituriyent müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli əsaslarla 12-dək ixtisas kodunu seçə bilər. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı abituriyentin yerləşdirilməsi onun seçdiyi ixtisasların ardıcıllığı nəzərə alınmaqla qəbul planı çərçivəsində həyata keçirilir və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.

2024/2025-ci tədris ili üçün ümumi təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar, plan yerləri və ixtisas seçimi ilə bağlı digər zəruri məlumatlar “Abituriyent” jurnalının 3-cü sayında dərc olunub.

Qeyd edək ki, 2024-cü ildə orta ixtisas təhsili müəssisələrinə tələbələrin qəbul olması üçün 10930 plan yeri ayrılıb. Ötən il müvafiq göstərici 10752 yer idi. Bu il qeydiyyatdan keçən və müsabiqə şərtini ödəyən 26516 abituriyent ixtisas seçiminə buraxılıb. Ötən il isə 29445 nəfərin müsabiqədə iştirak hüququ var idi. Abituriyentlərin nəzərinə çatdırırıq ki, ötən il olduğu kimi, bu il də müsabiqə şərtini ödəmiş, lakin ərizə qəbulu zamanı qeydiyyatdan keçməyən abituriyentlərə iyulun 26-dan avqustun 5-dək qeydiyyatdan keçib ixtisas seçimində iştirak etməyə icazə verilir. Ona görə də ixtisas seçimində iştirak edən abituriyentlərin sayının daha da artacağı gözlənilir.

Abituriyentlər ixtisas seçimi ilə bağlı DİM-in “Abituriyent Məsləhət Mərkəzləri”nə də müraciət edə bilərlər. Müsabiqə iştirakçılarına Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Avrasiya, Memarlıq və İnşaat, Texniki Universitet, Bakı Mühəndislik Universitetlərində, Azərbaycan Dövlət Aqrar Universitetində, Sumqayıt Dövlət Universitetində və DİM-in regional bölmələrində yerləşən “Abituriyent Məsləhət Mərkəz”lərində ödənişsiz kömək göstərilir. Mərkəzlərin ünvanları DİM-in saytında yerləşdirilib.

Elmina Muxtarlı

Xəbər Lenti

Türkiyə-Azərbaycan Universiteti Kastamonu Universiteti ilə əməkdaşlıq edəcək - FOTO04.01.2025 - 16:15
Goranboyda "Mercedes" aşdı - xəsarət alanlar var04.01.2025 - 15:40
Azərbaycanın veteran gimnastı VƏFAT ETDİ04.01.2025 - 15:05
Ombudsmanın təşəbbüsü əsasında Brayl əlifbası ilə maarifləndirici vəsait hazırlanıb - FOTO04.01.2025 - 14:35
2025-ci ilin rəngi – “Mocha Mousse”04.01.2025 - 14:10
Ötən il 71 nəfər elmlər doktoru olub04.01.2025 - 13:40
Günəşdə 6 partlayış olub04.01.2025 - 13:15
Bakıda ana üç övladı ilə birlikdə YOXA ÇIXDI04.01.2025 - 12:50
İtkin düşən uşaq 5 gün sonra sağ tapıldı04.01.2025 - 12:20
Yaponiyada dünyanın ən yaşlı insanı vəfat edib04.01.2025 - 11:55
Universitetlərə qəbulda keçid balları artacaq?04.01.2025 - 11:25
Küləkli hava ilə bağlı XƏBƏRDARLIQ04.01.2025 - 10:55
Səhər yeməyindən imtina etməyin təhlükələri nələrdir? – Alimlərdən tövsiyə04.01.2025 - 10:20
Yer kürəsində maqnit qasırğası başlayıb04.01.2025 - 10:00
Sabah yağış yağacaq04.01.2025 - 09:40
Lui Braylın doğum günüdür04.01.2025 - 09:20
Plastik cərrahların diplomlarının yoxlanılması üçün Xüsusi Təftiş Komissiyası yaradılıb04.01.2025 - 09:00
Şagirdlərin düzgün oturuşuna nəzarət edən stul yaradıldı04.01.2025 - 08:40
Bu gün ilin ən böyük Günəş diskini görəcəyik04.01.2025 - 08:20
Magistratura imtahanına qeydiyyat: Diplom problemi yarandıqda nə etməli?04.01.2025 - 08:00
Azərbaycanda 9 dərəcəyədək şaxta olub04.01.2025 - 07:40
“Qara qutu”ların dekodlanmasına başlanıldı04.01.2025 - 07:20
Alimlər insanlarda yeni qan qrupu kəşf etdilər04.01.2025 - 06:50
ALİMLƏR: Təzyiq dərmanı beyin şişinə çarə ola bilər 04.01.2025 - 06:25
Yol qəzasında yaralanan gənc xəstəxanada öldü 04.01.2025 - 06:00
Osmanlı əleyhinə ifadələr Suriya dərsliklərindən çıxarıldı - FOTO03.01.2025 - 14:20
Ferdi Tayfurun mahnıları ilə bağlı - Vəsiyyəti03.01.2025 - 14:00
Sabunçu Gənclər Evi təcrübə programını elan edir03.01.2025 - 13:40
İlin ən maraqlı yeddi astronomik hadisəsi: İlki bu gecə bizi gözləyir03.01.2025 - 13:20
Şəmkirdə şagirdlər üçün veloklub yaradılıb03.01.2025 - 13:00
Türkiyədə zəlzələ oldu03.01.2025 - 12:40
Azər Baxşəliyevin son durumu03.01.2025 - 12:20
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ03.01.2025 - 12:00
Bir Türk Klassikası: Düşmən kəlləsindən qədəh düzəltmək. 03.01.2025 - 11:40
“Global Research” layihəsinin Sinqapur konfransı baş tutdu03.01.2025 - 11:20
Lənkəranda 20 yaşlı gənc dəm qazından zəhərləndi - YENİLƏNİB03.01.2025 - 11:00
Sabah 15 dərəcə isti olacaq 03.01.2025 - 10:40
Ürəyin ən zəif və xəstə olduğu qan qrupu açıqlanıb03.01.2025 - 10:20
Alimlər xərçəng xəstəliyinin əlamətlərini açıqlayıb03.01.2025 - 09:40
Azər Baxşəliyevin son durumu AÇIQLANDI03.01.2025 - 09:20
Qaxda azyaşlını yük maşını vurub03.01.2025 - 09:00
Alimlər bu günlə bağlı XƏBƏRDARLIQ edib03.01.2025 - 08:40
Qarabağ Universitetinin açılışı ötən ilin ən əlamətdar hadisələrindən oldu03.01.2025 - 08:20
Azərbaycanda fəlsəfə doktoru dərəcəsi ən çox bu sahələrə verilib - SİYAHI03.01.2025 - 08:00
Bu ölkədə təqaüdlə təhsil almaq istəyənlər üçün sənəd qəbulu YEKUNLAŞIR03.01.2025 - 07:40
16 yaşında yoxa çıxan qız 52 il sonra tapılıb03.01.2025 - 07:20
21 yaşlı oğlan özünü asdı03.01.2025 - 07:00
Müəllimlər valideynlərin təhdidləri ilə üzləşirlər03.01.2025 - 06:40