Təhsil 365 - Logo

Maqnit qasırğalarının qütblərdəki əsrarəngiz təzahürü

3026.07.2024 - 14:00
Maqnit qasırğalarının qütblərdəki əsrarəngiz təzahürü

Günəşdəki aktivliyin dəyişməsi Yerə təsirsiz ötüşmədiyindən, bu ulduz daim diqqət mərkəzində saxlanılır. Xüsusilə də Günəşdə baş verən partlayışlar zamanı plazma atılmalarının Yerə doğru yönəlməsinin planetimizdəki təzahürləri həm astronomları, həm də dünya ictimaiyyətini maraqlandıran əsas məsələlərdən biridir. Hazırda Günəş 11 illik tsiklik aktivlik dövründə olduğundan partlayışlar intensivləşib ki, bu da plazma atılmalarının artmasına səbəb olub. Yerə doğru yönəlmiş plazma seli isə müxtəlif səviyyəli maqnit qasırğalarına səbəb olur.

Bu barədə “Tehsil365”ə Elm və Təhsil Nazirliyinin Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Bildirilib ki, Günəşdə periodik müşahidə olunan alışmalar zamanı tac dəlikləri Günəş küləyi vasitəsilə kosmosa plazma seli yayır. Onların sürəti Yer orbitində bəzən saniyədə 1000 kilometri belə ötür. Bu zərrəciklər əsasən proton və elektronlardan ibarətdir. Küləklə yayılan bu zərrəciklərin bir hissəsi Yerin maqnit qütblərindən atmosferə nüfuz edir. Yer atmosferi əsasən azot və oksigendən təşkil olunub ki, bu zərrəciklər də onların atom və ya molekulları ilə toqquşaraq daha yüksək enerji səviyyəsinə keçmələrinə səbəb olur. Atom və ya molekullar əvvəlki vəziyyətinə qayıtmaq üçün həmin enerjini işıq fotonları şəklində şüalandıraraq qütb parıltılarını yaradır. Qütb parıltılarına Avrora da deyilir. Avrora Roma mifologiyasında Şəfəq Tanrısı kimi təsvir olunur.

Qütb parıltıları maqnit sahəsinə və atmosferə malik göy cisimlərində müşahidə olunur. Müxtəlif vaxtlarda Mars, Yupiter, Saturn, Uran və Neptunda, planetlərin bəzi peykləri, hətta kometada belə avroralar müşahidə olunub.

Adətən səmada sakit halda avroral ovalın diametri 3000 kilometri əhatə edir. Qütb parıltıları 60-720 şimal və cənub paralelləri arasında gecələr görünür və atmosferin 60-1000 kilometr aralığında meydana gəlir. Güclü geomaqnit qasırğaları zamanı isə orta enliklərədək müşahidə olunur. Yerin maqnit qütbü fırlanma oxu ilə 11 dərəcəlik bucaq təşkil edir və meyillilik Şimali Amerika istiqamətində olduğu üçün Avrasiyaya nisbətən daha aşağı enliklərədək qütb parıltılarını görmək mümkündür. Bakı Nyu-Yorkla eyni coğrafi enlikdə olmasına baxmayaraq, biz çox güclü maqnit qasırğaları zamanı belə qütb parıltılarını görə bilmirik, amma orada müşahidə olunur.

Qütblərə doğru getdikcə yaz və yayda qaranlıq saatların sayı azaldığından əsasən payızdan yazadək olan dövr avroraları müşahidə etmək üçün daha əlverişli sayılır. Avroraların yaranması Günəş fəallığına bağlı olduğundan Günəşin aktivliyi 11 illik periodla dəyişdiyi üçün, tsiklin aktiv fazasında qütb parıltılarının da görülmə tezliyi artmış olur.

Avroraların rəngi geomaqnit sahəsinin intensivliyindən və yarandığı hündürlükdən asılı olaraq dəyişir. Yaşıl rəngli avroralar ən çox rast gəlinəndir və oksigen atomlarının şüalanması nəticəsində yaranır. Qırmızı rəng daha yüksəkdə yarandığından və oksigen atomlarının sıxlığı hündürlük artdıqca azaldığından, əsasən güclü geomaqnit qasırğaları zamanı müşahidə olunur. Həmçinin azot molekullarına məxsus göy və bənövşəyi çalarlar qırmızı rəng kimi geomaqnit sahəsinin intensivliyindən asılıdır və güclü geomaqnit qasırğaları zamanı ortaya çıxır.

Elmina Muxtarlı

Ali təhsil müəssisələrinə ixtisas seçimi üçün qeydiyyat bölməsi

Xəbər Lenti

“Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının ispan dilində nəşrinin təqdimatı keçirilib - FOTOLAR07.09.2024 - 16:20
"Problem yoxdur" sənədli filmi Sumqayıtda təqdim edilib - FOTOLAR07.09.2024 - 15:40
Sankt-Peterburqda "İblis və..." tamaşasının premyerası keçirilib - FOTOLAR07.09.2024 - 15:10
Prezident fərman imzaladı07.09.2024 - 14:40
Üç xüsusi təyinatlı hərbi kollecdə peşəkar miçman heyəti hazırlanacaq07.09.2024 - 14:00
DİM sabah 9-cu və 11-cilər üçün buraxılış imtahanı keçirəcək07.09.2024 - 13:25
Xankəndidə 300-ə yaxın şagird məktəblərə qəbul olunub07.09.2024 - 12:35
13 yaşlı sərnişin yol qəzasında ölüb07.09.2024 - 11:50
Abşeron rayonunda “Bilik Günü” şəhid övladları ilə birgə qeyd edilib07.09.2024 - 11:25
Azərbaycanlı tələbə Sürix Universitetinə qəbul olub07.09.2024 - 10:55
Azərbaycanda müəllim vəfat edib-FOTO07.09.2024 - 10:10
Saturn sabah yerə yaxınlaşacaq və aydın görünəcək07.09.2024 - 09:35
Xərçəng peyvəndinin sınaqları uğurla başa çatıb07.09.2024 - 09:05
Sabah 34 dərəcə isti olacaq07.09.2024 - 08:45
Süni intellekt standartlarına dair saziş imzalanacaq07.09.2024 - 08:30
Sentyabrın 7-si Beynəlxalq Təmiz Hava Günüdür07.09.2024 - 08:10
Süni intellekt təhsil və səhiyyəyə yeni imkanlar YARADACAQ07.09.2024 - 07:55
2 bağça əsaslı təmirdən sonra istifadəyə verilib07.09.2024 - 07:35
Regionlarda məktəb açılışları olub07.09.2024 - 07:15
Alimlər: Bu göbələklər xərçəng riskini ARTIRIR07.09.2024 - 06:50
9 yaşlı uşağı elektrik cərəyanı vuraraq öldürüb 07.09.2024 - 06:25
Məktəbdə atışma, şagird qətlə yetirilib07.09.2024 - 06:00
ADNSU tələbələri Vorvik Universitetində təşkil edilən Yay məktəbini uğurla başa vurublar06.09.2024 - 16:20
Coğrafiya İnstitutunun yeni Atlası çapdan çıxıb06.09.2024 - 16:00