Təhsil 365 - Logo

Sinifdə də, səngərdə də QƏHRƏMAN MÜƏLLİMLƏR

2426.07.2024 - 19:40
Sinifdə də, səngərdə də QƏHRƏMAN MÜƏLLİMLƏR

Dinc məktəblilər də mənfur düşmənin gülləsinə tuş gəldilər.

44 günlük müharibədə Vətən uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalanlar, qazi olub sinfə qayıdan təhsil işçilərinin sayı kifayət qədərdir.

Ermənistanın ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlayıb. İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunub. Şanlı qələbənin qazanılmasına təhsil işçiləri də öz töhfələrini veriblər. Beləki, II Qarabağ müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda 700-dək təhsil işçisi böyük qəhrəmanlıqla döyüşüb. Müharibə zamanı 20 təhsil işçisi şəhid olub.

Müharibənin məktəbli qurbanları

Ermənistanın Vətən müharibəsi zamanı Azərbaycanın cəbhə xəttindən çox uzaqda, dinc əhalinin sıx məskunlaşdığı şəhərləri raket atəşinə tutması nəticəsində 12 uşaq həlak olub. Onlardan 10-u məktəblidir:

Fərid İsgəndərov - 14 yaş, Fidan Qurbanova - 14 yaş, Şəhriyar Qurbanov - 13 yaş, Artur Mayakov - 13 yaş, Məryəm Xəlilli - 6 yaş, Orxan İsmayılzadə - 16 yaş, Nigar Əsgərova - 15 yaş,  Orxan Xəlilli - 11 yaş, Aysu İsgəndərova - 7 yaş, Şahmalı Rəhimov - 13 yaş.

10 aylıq Nəzrin Əsgərova və 1 yaşlı Mədinə Şahnəzərli də müharibənin körpə qurbanları, şəhidləridir.

Müharibənin yaralarını daşıyanlar

Bu müharibənin təsirini ən ağır şəkildə hiss edən təhsil işçiləri arasında müharibənin izlərini əzalarında daşıyan qazilər, ağır itkilərinə baxmayaraq ayaqda qalmağa çalışan şəhid ailələri də var. Onlar bu yaraları qürurla daşıyırlar. Məsələn, Biləsuvar rayonundan olan qazi müəllim Cavid Güllərov “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində deyib: “Şagirdlərimə həmişə deyirdim ki, torpaqlarımızı əvvəl-axır müharibə yolu ilə də olsa, qaytaracağıq. Ona görə də şagirdlərimi hərbi hazırlıq dərslərində fəal olmağa çağırırdım. Hər zaman deyirdim, gələcək əsgərlərin özünü bu istiqamətdə yetişdirmələri çox vacibdir. Torpaqlarımızı biz geri aldıq. Birinci Qarabağ müharibəsində mən uşaq idim, 3-4 yaşım olardı. Torpaqlarımızı geri almaq, həmin döyüşlərdə iştirak eləmək arzum olub. Arzuma çatdım”.

Humanitar fənlər təmayüllü məktəb-liseyin ibtidai sinif müəllimi, şəhid anası Yeganə Şükürova, sadəcə, övlad yox, həm də şəhid şagirdləri ilə qürur duyur.

Şagirdlərinə sevgisi onu ağrı-acıları ilə mübarizə aparmağa, yeni nəslin tərbiyəsində qoşulduğu bu məsuliyyətli missiyanı davam etdirməyə ruhlandırır: “Liseydəki ilk buraxılışımdan bir şagirdim, tanınmış psixoloq Ruhid İslamlı Vətən müharibəsində şəhid oldu. Onu, öz balamı, yetişdirdiyim şagirdlərimin axırda böyüyüb kimlər olduğunu düşünəndə özümlə qürur duyuram. Görürəm ki, uşaqlarıma Vətənimizi tanıtmışam, ədaləti göstərə bilmişəm. Ona görə hər biri həyatda, karyerada uğurlu insana çevriliblər. Ən əsası, vətənpərvərlər olaraq yetişiblər. Vətən üçün şəhid olan, oğlumla da, özümlə də qürur duyuram”.

Elmina Muxtarlı

Ali təhsil müəssisələrinə ixtisas seçimi üçün qeydiyyat bölməsi

Xəbər Lenti

“Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının ispan dilində nəşrinin təqdimatı keçirilib - FOTOLAR07.09.2024 - 16:20
"Problem yoxdur" sənədli filmi Sumqayıtda təqdim edilib - FOTOLAR07.09.2024 - 15:40
Sankt-Peterburqda "İblis və..." tamaşasının premyerası keçirilib - FOTOLAR07.09.2024 - 15:10
Prezident fərman imzaladı07.09.2024 - 14:40
Üç xüsusi təyinatlı hərbi kollecdə peşəkar miçman heyəti hazırlanacaq07.09.2024 - 14:00
DİM sabah 9-cu və 11-cilər üçün buraxılış imtahanı keçirəcək07.09.2024 - 13:25
Xankəndidə 300-ə yaxın şagird məktəblərə qəbul olunub07.09.2024 - 12:35
13 yaşlı sərnişin yol qəzasında ölüb07.09.2024 - 11:50
Abşeron rayonunda “Bilik Günü” şəhid övladları ilə birgə qeyd edilib07.09.2024 - 11:25
Azərbaycanlı tələbə Sürix Universitetinə qəbul olub07.09.2024 - 10:55
Azərbaycanda müəllim vəfat edib-FOTO07.09.2024 - 10:10
Saturn sabah yerə yaxınlaşacaq və aydın görünəcək07.09.2024 - 09:35
Xərçəng peyvəndinin sınaqları uğurla başa çatıb07.09.2024 - 09:05
Sabah 34 dərəcə isti olacaq07.09.2024 - 08:45
Süni intellekt standartlarına dair saziş imzalanacaq07.09.2024 - 08:30
Sentyabrın 7-si Beynəlxalq Təmiz Hava Günüdür07.09.2024 - 08:10
Süni intellekt təhsil və səhiyyəyə yeni imkanlar YARADACAQ07.09.2024 - 07:55
2 bağça əsaslı təmirdən sonra istifadəyə verilib07.09.2024 - 07:35
Regionlarda məktəb açılışları olub07.09.2024 - 07:15
Alimlər: Bu göbələklər xərçəng riskini ARTIRIR07.09.2024 - 06:50
9 yaşlı uşağı elektrik cərəyanı vuraraq öldürüb 07.09.2024 - 06:25
Məktəbdə atışma, şagird qətlə yetirilib07.09.2024 - 06:00
ADNSU tələbələri Vorvik Universitetində təşkil edilən Yay məktəbini uğurla başa vurublar06.09.2024 - 16:20
Coğrafiya İnstitutunun yeni Atlası çapdan çıxıb06.09.2024 - 16:00