Növbəti illərdə peşə təhsili sistemində olan müəllimlərin attestasiyası və ya sertifikatlaşdırılması həyata keçirilə bilər.
Tehsil365 xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov iyulun 29-da keçirilən brifinqdə deyib. O bildirib ki, cari ildə peşə təhsilində çalışan müəllimlərin sertifikasiyası nəzərdə tutulmur.