Təhsil 365 - Logo Mobile

İlkin ulduzlardan ibarət Qalaktik disk tapılıb

2202.08.2024 - 13:00
İlkin ulduzlardan ibarət Qalaktik disk tapılıb

Postdam Astrofizika İnstitutunun alimləri “Gaia”nın müşahidə materiallarına əsasən Günəşdən 3200 işıq ili məsafədə ilkin ulduzların formalaşdırdığı nazik qalaktik disk aşkar ediblər.

Bu barədə “Tehsil365”ə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Bu ulduzların bəzilərinin yaşı 13 milyard ildən çoxdur. Bu isə o deməkdir ki, formalaşdırdıqları nazik qalaktik disk Böyük Partlayışdan sonra ilk bir milyard il ərzində formalaşıb. İndiyədək isə alimlər qalaktikaların kainat yarandıqdan bir neçə milyard il sonra formalaşdıqlarını düşünürdülər.

İlkin ulduzlar adətən kimyəvi tərkibinin daha yüngül elementlər – hidrogen və heliumdan ibarət olması ilə fərqlənirlər. Hesab olunur ki, ilkin kainat hidrogen və heliumdan ibarət idi. Metalla zəngin ulduzlar isə artıq ikinci nəsil ulduzlardır. Çünki karbon, azot və dəmirədək nisbətən ağır elementlər massiv ulduzların nüvəsində sintez olunur və onlar ifrat yeni ulduz kimi partladıqda kosmosa yayılaraq metallığı yüksək yeni nəsil ulduzları formalaşdırırlar.

Aşkar olunmuş ulduzların əksəriyyəti nazik diskdə yerləşir və qalaktikanın mərkəzi ətrafında vahid sistem kimi dolanırlar. Nazik diskin qalın diskə keçidində yerləşən ən cavan ulduzların yaşı belə 8-10 milyard il ətrafındadır.

Qalaktikanın xromo-xemo-kinematik xəritəsinin qurulması üçün hər bir ulduzun dəqiq yaşının, kimyəvi tərkibinin və hərəkətinin müəyyən edilməsi çox vacibdir. Bu xəritələşmə Qalaktikanın necə formalaşması xronologiyasını və təkamül yolunu araşdırmaq üçün istifadə olunur. Metallığı az ilkin ulduzların öyrənilməsi isə bizə Qalaktikanın yarandığı vaxta qapı açır. Lakin araşdırma nəticəsində müəyyən edilib ki, bəzi ilkin ulduzların metal tərkibi Günəşdə olandan 2 dəfə çoxdur. Bu nəticə onu deməyə əsas verir ki, qalaktikalar 4-5 milyard il əvvəl yox, elə kainat təzə yarandığı milyard il ərzində formalaşmağa başlayıb. Tədqiqat qrupu düşünür ki, qalaktikanın mərkəzində ulduzəmələgəlmə prosesi biz düşündüyümüzdən bir neçə dəfə sürətlə gedib, metallığı yüksək olan ulduzların yaranmasına səbəb olub. Ən əsası isə Qalaktik diskin daha erkən əmələ gəlməsi müşahidə olunan ən uzaq qalaktikalarla bizim Qalaktika arasındakı zaman uyğunsuzluğunu aradan götürür.

Tədqiqat işi üçün ~800 000 ulduz seçilib və maşın-dili üsulu ilə seçmə aparılıb. Əsas parametrlər olaraq qravitasiya, kimyəvi tərkib, temperatur, məsafə, ulduzun kinematikası və yaşı götürülüb. Əlavə olaraq metallığın müqayisəsi üçün LAMOST-LRS kataloqundan istifadə olunub.

Tədqiqat işi “Astronomy & Astrophysics” jurnalında çapa təsdiq olunub və ilkin versiya “arxiv.org” serverində yerləşdirilib.

Elmina Muxtarlı

Xəbər Lenti

Lokal xarakterli antiterror tədbirlərindən bir il ötür18.09.2024 - 20:00
Vətən Müharibəsi ilə bağlı film çəkilir - FOTOLAR18.09.2024 - 18:25
“Azərbaycan poeziyasından incilər” adlı qiraət müsabiqəsinin yekun tədbiri - FOTO18.09.2024 - 18:00
Özbəkistan alimləri Əlyazmalar İnstitutunda tədqiqat aparacaqlar18.09.2024 - 17:40
Qarabağ və Şərqi Zəngəzurun florasında problemlərin həlli yolları - beynəlxalq konfrans - FOTO18.09.2024 - 17:20
ADU-da “Payızın ortası” adlanan Çin bayramı qeyd olunub18.09.2024 - 17:00
BDU-105: Prezident təqaüdçülərinin sayına görə ölkədə birinci yerdə olan Hüquq fakültəsi - FOTOLAR18.09.2024 - 16:40
BDU vakant vəzifələrin tutulması üçün müsabiqə elan edir18.09.2024 - 16:20
Qərbi Azərbaycanda törədilmiş soyqırımlarından bəhs edən kitabın təqdimatı olub - FOTOLAR18.09.2024 - 16:00
Dilçilik İnstitutunda Qazaxıstan alimləri ilə görüş olub - FOTO18.09.2024 - 15:40
Mərkəzi Elmi Kitabxana Milli Musiqi Gününə həsr olunmuş virtual sərgi hazırlayıb - FOTO18.09.2024 - 15:20
Konqolu gənclər Bakı Ali Neft Məktəbində təhsil alacaqlar - FOTO18.09.2024 - 15:00
Şeyx Rusiyaya gedir18.09.2024 - 14:40
Təhsil İnstitutu “Baş hüquqşünas” vəzifəsinə vakansiya elan edir!18.09.2024 - 14:20
Mübahisə zamanı bıçaqlanan tələbənin vəziyyəti açıqlanıb18.09.2024 - 14:00
ADU ilə Təhsilin İnkişafı Fondu arasında “TələbəPlus” kartı ilə bağlı müqavilə imzalanıb - FOTO18.09.2024 - 13:40
Bu imtahanlarda uğur qazananlara sertifikat veriləcək18.09.2024 - 13:20
PMS imtahanına qeydiyyat elan edilib18.09.2024 - 13:00
İmişlinin deputatı işdən çıxarılan müəllimi TƏNQİD ETDİ18.09.2024 - 12:40
“Astarada gənc turizmçilərin inkişaf proqramı” layihəsinin ikinci günü uğurla yekunlaşıb - FOTO18.09.2024 - 12:20
Şahin Bayramov tələbələrlə bir yerdə... - FOTO18.09.2024 - 12:00
Leyla Əliyeva uşaq bağçasının açılışında olub - FOTOLAR18.09.2024 - 11:40
Yüksək ballı BMU tələbəsi: “Mühəndis kimi Vətənimə fayda vermək istəyirəm”18.09.2024 - 11:20
Xüsusi siniflər üzrə şagird sıxlığı normaları müəyyənləşib18.09.2024 - 11:00
Xüsusi məktəblərdə şagirdlərin maksimum sayı müəyyən olunub18.09.2024 - 10:40
I sinfə və məktəbəhazırlıq qruplarına elektron qəbul yenidən BAŞLADI18.09.2024 - 10:20
İş və istirahət günlərinin yerləri dəyişdirilib18.09.2024 - 10:00
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü TƏSİS EDİLDİ18.09.2024 - 09:40
İmişlidə şagirdləri təhsildən yayındıran müəllim işdən ÇIXARILDI18.09.2024 - 09:20
"McDonald"s Azərbaycan" və DSMF şəhid övladlarını məktəb ləvazimatları ilə təmin edib18.09.2024 - 09:00
MDU-da seminar: “COP29 – Azərbaycan” - FOTO18.09.2024 - 08:40
Azərbaycana payız GƏLİR18.09.2024 - 08:20
Qarabağ Universitetinə yeni təyinat - FOTO18.09.2024 - 08:00
ADU-da kadr dəyişikliyi - Prorektor işdən çıxdı18.09.2024 - 07:40
Bakıda qalmaqallı məktəbə direktor təyin edildi18.09.2024 - 07:20
Bakıda tələbələr arasında kütləvi dava: Bir nəfərə beş xəncər zərbəsi vuruldu18.09.2024 - 07:00
UNEC-də ACCA İmtahan Mərkəzi yaradılıb - FOTO18.09.2024 - 06:40
Portuqaliyada 12 yaşlı oğlan məktəbdə altı nəfəri bıçaqladı18.09.2024 - 06:20
İlin ikinci Ay tutulması başlayıb 18.09.2024 - 06:00
Bu gün Milli Musiqi Günüdür17.09.2024 - 20:00
“BİRLİK” Regional Festivalları uğurla yekunlaşıb - FOTOLAR17.09.2024 - 18:10
Saatlıda yeni məktəb inşa olunub - Fotolar17.09.2024 - 17:25
İlk dərs günü itkin düşən 16 yaşlı məktəbli tapılıb17.09.2024 - 17:00
İlk dərs günü məktəb direktoru məhkəməyə verildi17.09.2024 - 16:40
Oqtay Əsədovun bağça müdiri işləyən xanımı işdən çıxarıldı17.09.2024 - 16:20
Polşalı alimlər yeni ekzoplanet kəşf ediblər17.09.2024 - 16:00
İdarəetmə Sistemləri İnstitutu: Wi-Fi-dan 100 dəfə sürətli Li-Fi texnologiyası gəlir17.09.2024 - 15:40
Dövlət İmtahan Mərkəzi daxili müsahibə elan edir17.09.2024 - 15:20