Dövlət Məşğulluq Agentliyi daha 600 şəxs üçün peşə kursları təşkil edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Tehsil365”ə verilən xəbərə görə, Dövlət Məşğulluq Agentliyi tərəfindən daha 600 şəxs peşə hazırlıq kurslarına cəlb edib.
Onlardan 300-dək şəxs üçün Agentliyin Bakı, Gəncə, Göyçay və Qarabağ Peşə Hazırlığı Mərkəzlərində, qalanları üçün özəl tədris müəssisələrində peşə kursları təşkil edilib.
İşəgötürənlərlə əməkdaşlıq çərçivəsində təşkil olunan kurslarda ərzaq və qeyri-ərzaq mallarının satıcısı, mühasib, sosial media mütəxəssisi, tikiş avadanlıqlarının operatoru, tikişçi, aşpaz, dərzi, elektrik qaz qaynaqçısı və s. peşələr üzrə nəzəri biliklər tədris edilməklə yanaşı, müəssisələrdə təcrübə keçmək imkanı da yaradılıb.
Kursların sonunda məzunlara sertifikatlar təqdim ediləcək və onların işlə təmin olunmalarına dəstək göstəriləcək.