Təhsil 365 - Logo Mobile

DİM avqustun 25-də taksi minik avtomobili sürücüləri üçün imtahan keçirəcək

2106.08.2024 - 10:00
DİM avqustun 25-də taksi minik avtomobili sürücüləri üçün imtahan keçirəcək

“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ölkəmizdə fəaliyyət göstərən taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair xüsusi hazırlıq keçirlər. Taksi minik avtomobillərinin sürücüləri üçün xüsusi hazırlığın keçirilmə qaydası, proqramı və müddəti Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilib. Xüsusi hazırlığın təşkili və keçirilməsi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi, habelə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq təhsil müəssisələri tərəfindən müqavilə bağlanılmaqla təmin edilir.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidentinin müvafiq Fərmanı ilə xüsusi hazırlığın nəticələrinə dair qiymətləndirmənin aparılması və aparılmış qiymətləndirməyə əsasən, sürücülərə müvafiq sənədin verilməsi Dövlət İmtahan Mərkəzinə (DİM) həvalə edilib.

Bu barədə “Tehsil365”ə DİM-dən məlumat verilib.

Dövlət İmtahan Mərkəzi iyulun 1-dən sonra xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün ilk imtahanı avqustun 25-də keçirəcək. İmtahanda iştirak etmək üçün DİM-ə müvafiq qurumlar tərəfindən 1800 nəfərə yaxın şəxsin məlumatları təqdim olunub.

İmtahan vermək istəyən həmin sürücülər ilk növbədə DİM-in internet saytında (https://ekabinet.dim.gov.az/) “Şəxsi kabinet” yaratmalı və 6 avqust saat 15:00 dan 20 avqust saat 23:59-dək “Taksi minik avtomobillərinin sürücülərinin etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair xüsusi hazırlığının qiymətləndirilməsi üzrə test imtahanında iştirakı üçün qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçməlidirlər. “Şəxsi kabinet”in yaradılması və hesaba lazımi vəsaitin əlavə olunması qaydaları ilə bağlı təlimatlar DİM-in saytında yerləşdirilib.

İmtahanda iştirak ödənişlidir. Namizədlər “Şəxsi kabinet” yaratdıqdan sonra həmin kabinetin pul hesabına imtahanda iştirak etmək üçün tələb olunan 35 AZN məbləğində vəsaiti əlavə etməlidirlər. Qeydiyyatdan keçmiş imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

Test imtahanı Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 108) kompüterlər vasitəsilə keçiriləcək. Namizədlər imtahana buraxılış vərəqəsini qeydiyyat prosesi başa çatdıqdan sonra, imtahana 3-4 gün qalmış DİM-in saytından "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsilə çap edə biləcəklər.

İmtahanın davametmə müddəti 1 saatdır. İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən 20 test tapşırığı təqdim ediləcək. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara 7 (yeddi) il müddətində etibarlı olan şəhadətnamə təqdim ediləcəkdir.

Xüsusi hazırlığın proqramı ilə DİM-in saytında tanış olmaq mümkündür.

Elmina Muxtarlı

Xəbər Lenti

Beynəlxalq Mühasiblər Federasiyasının prezidenti UNEC-də olub - FOTOLAR16.09.2024 - 14:00
Mingəçevir Dövlət Universitetində “Bilik Günü” qeyd edilib - FOTO16.09.2024 - 13:40
Paytaxt məktəblərində Bilik Günü qeyd olunub - FOTOLAR16.09.2024 - 13:20
Bu il 6 minə yaxın müəllim ilk dəfə fəaliyyətə BAŞLADI16.09.2024 - 13:00
Məktəbli şagird sinif yoldaşını bıçaqlayıb16.09.2024 - 12:40
BDU-nun SABAH Mərkəzinə yeni rəhbər təyin olunub 16.09.2024 - 12:20
Cəlilabadda yeni məktəb istifadəyə verilib16.09.2024 - 12:00
Qarabağda bu qədər bağça fəaliyyətə BAŞLAYIB16.09.2024 - 11:40
Məşhurların övladları da birinci sinfə başladı16.09.2024 - 11:20
DİM 491 vakant vəzifəni müsahibəyə çıxardı16.09.2024 - 11:00
Cəbrayıl və Kəlbəcər şəhərlərində də yeni məktəblərin açılışı planlaşdırılır16.09.2024 - 10:40
Azərbaycanda ilk dünyəvi məktəb Şuşadadır - Nazir16.09.2024 - 10:20
Bu məktəbdə şagirdlər təhlükə altındadır16.09.2024 - 10:00
Emin Əmrullayev Xocalıda məktəbin açılışında olub16.09.2024 - 09:40
Sabirabadda yeni məktəb binası istifadəyə verilib16.09.2024 - 09:20
LDU-da yeni tədrs ilinə start verildi - FOTO16.09.2024 - 09:00
Heydər Əliyev Fondunun yeni tədris ilində növbəti layihəsi Xaçmazda reallaşıb16.09.2024 - 08:40
Heydər Əliyev Fondunun Şamaxıda inşa etdirdiyi məktəbin açılışı olub16.09.2024 - 08:20
Zaqatalada yeni məktəb binası istifadəyə verilib16.09.2024 - 08:00
Rusiyada orta məktəbdə insident olub, xəsarət alanlar var16.09.2024 - 07:40
“Nizami Gəncəvi Dünyası” kitabı təqdim olunub16.09.2024 - 07:20
Jurnalistlərin övladları 1-ci sinfə getdilər - FOTO16.09.2024 - 07:00
Naxçıvanda müəllimlərin işə qəbulu müsabiqəsi yekunlaşıb16.09.2024 - 06:40
Heydər Əliyev Fondunun dəstəyi ilə Ağstafada yeni məktəb inşa edilib16.09.2024 - 06:20
Yeni tədris ilində 29 yeni məktəb istifadəyə verilib16.09.2024 - 06:05
Naxçıvanda yeni tədris ilində 3797 şagird birinci sinfə başlayıb16.09.2024 - 05:50
33 il sonra Şuşada İLK ZƏNG16.09.2024 - 05:35
Uşaqlar evinin birincilərini məktəbə ahıllar aparıb16.09.2024 - 05:15
İşğaldan azad edilmiş bölgələr - ilk dərs GÜNÜ16.09.2024 - 04:50
Şuşada 100-dən çox şagird təhsilə başlayır...16.09.2024 - 04:30
Azərbaycanda ilk dərs GÜNÜDÜR16.09.2024 - 04:00
Biləsuvarda ilk dəfə “Məktəblinin dostu” layihəsinin test imtahanı keçirilib14.09.2024 - 12:40
Britaniya Məxfi Kəşfiyyat Xidmətinin rəhbəri Azərbaycanda tələbələrlə görüşdü14.09.2024 - 12:40
Alimlər: Yer kürəsi yeni peyk ələ keçirəcək14.09.2024 - 11:50
Bu günədək 2024/2025 tədris ilinin payız semestri üzrə 5 min təhsil krediti rəsmiləşdirilib14.09.2024 - 11:00
“Tələbə adın mübarək” adlı rayon toplantısı keçirilib14.09.2024 - 10:20
İşğaldan azad olunmuş bölgələrdə yerləşən məktəblərin kitabxanalarına DİM-in müxtəlif nəşrləri təqdim edilib - FOTO14.09.2024 - 09:45
Siyəzəndə Yenikənd kənd tam orta məktəbi bağlanıb14.09.2024 - 08:55
Elektron Təhlükəsizlik Xidməti daha bir məktəbdə maarifləndirmə tədbiri keçirib14.09.2024 - 08:15
ADNSU-da yeni tədris ilinə hazırlığın vəziyyəti müzakirə olunub 14.09.2024 - 07:30
Sumqayıtda böcəklər aşkarlanan məktəblə bağlı vəziyyət nəzarətə götürülüb - FOTO14.09.2024 - 07:00
ATU-da Şərabçılıq Mərkəzinin açılışı olub - FOTO13.09.2024 - 16:25
Sumqayıtda məktəbi bit-birə basıb?13.09.2024 - 16:00
Bu günədək 2024/2025 tədris ilinin payız semestri üzrə 5 min təhsil krediti rəsmiləşdirilib13.09.2024 - 15:40
Milli yaddaşda: dərc və dərk edilmək 13.09.2024 - 15:20
Fermada məktəblinin meyiti tapıldı13.09.2024 - 15:00
Əhalinin yeni sayı açıqlandı13.09.2024 - 14:40
Heydər Əliyev Fondunun dəstəyi ilə növbəti Çin dili kurslarına start verilir13.09.2024 - 14:20