Təhsil 365 - Logo Mobile

Polis Akademiyasına qəbul: Şərtlər, imkanlar, xidmət müddəti... - RƏSMİ

5612.08.2024 - 08:00
Polis Akademiyasına qəbul: Şərtlər, imkanlar, xidmət müddəti... - RƏSMİ

III ixtisas qrupu üzrə bir çox gəncin, xüsusən də oğlanların hədəfi ən çox Polis Akademiyasına qəbul olmaqdır. Ancaq bir çoxları qəbul şərtlərindən xəbərsizdirlər.

Bəs, görəsən, qəbul üçün imtahandan əlavə hansı şərtlər qoyulur? Abituriyentlər hansı meyarlara cavab verməlidirlər?

Mövzu ilə bağlı “Tehsil365”ə Təhsil Portalı Polis Akademiyasından məlumat verilib.

Bildirilib ki, qəbul prosesində 16 yaşdan 18 yaşadək olan (2024-cü ilin avqust ayının 1-dək 16 yaşı tamam olacaq) boyu ən az 165 sm olan, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycan dilini sərbəst bilən, həmçinin, yaxın qohumlarında: (ana, ata, bacı və qardaş) məhkumluğu olmayan, hərbi xidmətə yararlı, eləcə də normativ qaydalara uyğun gələn oğlanlar qəbul prosesində iştirak edə bilərlər.

Abituriyentlər fiziki hazırlıq imtahanı (fiziki hazırlıq üzrə minimal normativlər: turnikdə dartınma – çəkisi 80 kiloqramadək olanlar üçün – 10 dəfə, 80 kiloqramdan yuxarı olanlar üçün – 8 dəfə; qaçış 100 metr məsafəyə – 15 saniyə və 1000 metr məsafəyə – 4 dəqiqə; qollar üzərində bədənin döşəmədən qaldırılması – 20 dəfə; arxası üstə uzanmış halda bədənin döşəmədən qaldırılması – 20 dəfə) verməli, Nazirliyin seçmə komissiyasından uğurla keçdikdən sonra Tibb İdarəsinin Xüsusi həkim komissiyasında müayinə olunub “Polis Akademiyasında təhsilə yararlı” olması barədə rəyi sənədləri toplanan polis orqanına dərhal təqdim etməlidirlər.

Daha sonra mandat (müsabiqə) zamanı Daxili İşlər orqanlarının rəhbər şəxsləri namizdələrə dünyagörüşü, Azərbaycan tarixi, Azərbaycan ədəbiyyatı, eləcə də dünyada baş verən müəyyən hadisələrlə bağlı suallar verirlər.

Bu prosesləri uğurla keçən namizəd Dövlət İmtahan Mərkəzinin ( DİM) təyin etdiyi III ixtisas qrupu üzrə hüquqşünaslıq ixtisasından imtahan verir (qeyd edək ki, keçən  il keçid balı 439.3 olub). İlkin mərhələdə müsabiqədən keçən şəxslərin siyahısı DİM-ə təqdim olunaraq onlar arasından müvafiq plan yerinə uyğun namizəd seçilir. (Qeyd edək ki, bu il 500 nəfərin seçimi nəzərdə tutulub).

Təhsil müddəti digər mülki ixtisaslarda olduğu kimi 4 ili əhatə edir. Eyni zamanda Polis Akademiyası digər ali təhsil müəssisləri arasında ən yüksək təqaüd verən ali təhsil müəssisəsidir. Kursantın təhsil aldığı müddətdə bütün ehtiyacları o cümlədən; yataqxana, geyim, tibbi xidmətlər və s. dövlət tərəfindən təmin olunur. Akademiyanı bitirdikdən sonra kursantlar 100% işlə təmin olunur. Əla qiymətlərlə məzun olanlar polis baş leytenantı, adi qiymətlərlə bitirənlər isə polis leytenantı rütbəsinə layiq görülürlər. Bundan əlavə 4 ilin sonunda həmin namizədlərə hərbi leytenant rütbəsi qazandıqları üçün hərbi xidmətə getməklərinə ehtiyac qalmır. Vətəndaş qeydiyyatda olduğu ərazi üzrə əzam olunaraq, orada işlə təmin olunur.

Xidmət müddətinə gəlincə bu 20 ili əhatə edir. Kursantın oxuduğu 4 il xidmət müddətinin daxilində hesablanır. 20 ildən sonra polisə əmək pensiyası hesablanır.  

Polis Akademiyasına qəbul qəbul zamanı “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamə ilə müəyyən olunmuş digər şərtlərə uyğun gəlməyən vətəndaşlar müsabiqəyə buraxılmır.

Əsasnamədə nəzərdə tutulub ki, ikili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, 2024-cü ilin yanvar, aprel və iyul tarixlərində həqiqi hərbi xidmətə getməli olan çağırışçılar, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, yaxın qohumları qəsdən törədilmiş ağır cinayətlərə görə məhkum edilmiş (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla) vətəndaşlar müsabiqəyə buraxılmır.

Elmina Muxtarlı

Xəbər Lenti

ADPU-da fərqlənən tələbələrlə görüş keçirilib - FOTO13.03.2025 - 19:40
BDU-da “Günəbaxan” uşaq jurnalının və “Məbəd” esselər toplusunun təqdimatı keçirilib - FOTO13.03.2025 - 19:20
Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş təqdimat müsabiqəsinin rayon (şəhər) mərhələsi davam edir13.03.2025 - 19:01
Beynəlxalq Muğam Mərkəzində “Muğamat axşamı” adlı konsert təşkil olunub13.03.2025 - 18:17
Emin Əmrullayev Turin Politexnik Universitetinin rektoru ilə görüşüb13.03.2025 - 17:52
“Azərbaycan ərazisi (1918-2025)” adlı kitabın təqdimat mərasimi keçirilib13.03.2025 - 17:30
Əjdər İsmayılovun vəfatından 3 il ötür13.03.2025 - 17:30
BDU-da “Günəbaxan” uşaq jurnalının və “Məbəd” esselər toplusunun təqdimatı keçirilib13.03.2025 - 17:01
ADPU-də fərqlənən tələbələrlə görüş keçirilib13.03.2025 - 16:44
ADPU-də fərqlənən tələbələrlə görüş keçirilib13.03.2025 - 16:43
Universitetlərarası Azərbaycan Çempionatının qalibləri müəyyənləşdi13.03.2025 - 16:21
Yevlaxda 17 yaşlı oğlan qətlə yetirilib, bir nəfər bıçaqlanıb13.03.2025 - 15:59
“Ən Yaxşı Təqdimat” Müsabiqəsinin Şəhər (Rayon) Mərhələsinə Start Verildi - FOTO13.03.2025 - 15:48
Məktəb Psixoloqları Üçün Görüşlər Davam Edir - FOTO13.03.2025 - 15:35
"Rəqəmsal Məktəb"lə Bağlı Suallarınızı Buradan Öyrənin13.03.2025 - 15:26
Elmi dərəcələrin verilməsində elmi əsərlərə qoyulmuş tələblər – seminar13.03.2025 - 15:13
Beynəlxalq Muğam Mərkəzində “Muğamat axşamı” adlı konsert təşkil olunub - FOTO13.03.2025 - 15:00
Baharın “Ulduz”u işıq üzü görüb13.03.2025 - 14:49
“İstiqlal marşı”nın 104-cü ildönümünə həsr edilmiş tədbirin iştirakçıları MEK-lə tanış olublar - FOTO13.03.2025 - 14:37
BDU nümayəndə heyəti Pakistanın Lahor Universitetində olub - FOTO13.03.2025 - 14:25
BMU-da mühəndislik problemlərinin həllində idarəetməyə dair beynəlxalq konfrans keçirilir - FOTO13.03.2025 - 14:12
“Qərbi Azərbaycan tarixinə dair kitabların nəşri” – BDU-da elmi seminar - FOTO13.03.2025 - 13:59
“Mexanika mühəndisliyində rəqəmsal simulyasiya texnikaları” mövzusunda təlim keçirilib - FOTO13.03.2025 - 13:48
Ölkə üzrə 530-a yaxın məcburi köçkünün peşə bacarıqları artırılır13.03.2025 - 13:36
MDU-da Təhsil ixtisasları üzrə işçi qrupun iclası keçirilib - FOTO13.03.2025 - 13:23
Rumıniyanın ali təhsil müəssisələrinə təqaüd proqramı elan edilir13.03.2025 - 13:11
“Gənclərin Peşə Bələdçisi” proqramına qeydiyyat davam edir13.03.2025 - 12:56
Gəncədə 100 məcburi köçkün peşə təliminə cəlb edilib - FOTO13.03.2025 - 12:45
“Sabahın alimləri” XIV Respublika Müsabiqəsinin II günü – FOTOLAR13.03.2025 - 12:34
Musiqidə müasir texnologiyalar: Uğurlu layihənin yekunu - FOTO13.03.2025 - 12:22
Azərbaycan İlahiyyat İnstitutu Qars Qafqaz Universiteti arasında imzalanmış memorandumun müddəti uzadılıb13.03.2025 - 12:10
Tələbələr dağ-mədən sənayesində inşaat mühəndisliyinin rolu barədə məlumatlandırılıb - FOTO13.03.2025 - 11:56
Ağdam məktəblilərindən infeksiyalara qarşı ağıllı MÜBARİZƏ13.03.2025 - 11:44
Xankəndi şəhərində solo konsert keçirilib - FOTO13.03.2025 - 11:32
BDU-da elmi seminar: “Planetimizin buzlaşma mərhələləri”13.03.2025 - 11:20
ADNSU-da “MacroFrontiers 2025” III Beynəlxalq Konfransı keçiriləcək13.03.2025 - 11:09
Mədəniyyət naziri Neftçala rayonunda vətəndaşların müraciətlərini dinləyib - FOTO13.03.2025 - 10:59
Milli Kitabxanada “Mikayıl Rzaquluzadə - 120” adlı geniş kitab sərgisi açılıb13.03.2025 - 10:49
“Nə? Harada? Nə zaman?” – Qalib komanda bu gün seçilir13.03.2025 - 10:36
DİM-də GRE General test imtahanı keçirilib13.03.2025 - 10:23
"İcma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” üzrə qrant layihə davam edir - FOTO13.03.2025 - 10:11
Bu gün əfsanəvi “Mixaylo”nun doğum günüdür - FOTO13.03.2025 - 09:58
Əlilliyi olan uşaqlara həsr edilən himnə çəkilən klipin təqdimatı keçirilib13.03.2025 - 09:48
Bakıda “Qədim insan məskənlərinin mühafizəsi: təhdidlər və müasir yanaşmalar” mövzusunda beynəlxalq konfrans keçiriləcək13.03.2025 - 09:37
Xankəndi şəhərində suverenlik mövzusunda ilk tədbir keçirilib13.03.2025 - 09:25
Universitetlər yalnız əmək bazarının tələblərinə uyğun mütəxəssis hazırlamamalıdır13.03.2025 - 09:12
İşğaldan azad edilmiş ərazilərdə nə qədər müəllim çalışır? - SAY13.03.2025 - 08:59
ADNSU-da təlim: “Effektiv kommunikasiya”13.03.2025 - 08:47