Prezident İlham Əliyev sərəncamına əsasən, bu il sentyabrın 1-də Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcək. Növbədənkənar seçkilərdə iştirak üçün 1052 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. Onlar 125 seçki dairəsində mübarizə aparacaqlar.
Tehsil365 Modern.az-a istinadən xəbər verir ki, artıq deputatlığa namizədlər arasında ən gənci müəyyənləşib.
Belə ki, namizədlər arasında ən gənci 2006-cı il təvəllüdlü Zəbulla Hüseynovdur. O tələbədir və 18 yaşı var.
Zəbulla Hüseynov 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsində namizəd olub.