Bakı Slavyan Universitetinin (BSU) Qərbi Avropa dilləri fakültəsinin Tərcümə (ingilis dili) ixtisası üzrə məzunu Cavid Novruzov “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” üzrə magistratura təhsilini Birləşmiş Krallığın nüfuzlu Sheffield Universitetində davam etdirəcək.
Bu barədə "Tehsil365"ə universitetdən məlumat verilib.
Bildirilib ki, Cavid Novruzov 2020-2024-cü illər ərzində Bakı Slavyan Universitetində Qərbi Avropa dilləri fakültəsinin Tərcümə (ingilis dili) ixtisası üzrə müvəffəqiyyətlə məzunu olub.