Təhsildə Qiymətləndirmə Xidmətinin (Educational Testing Service) kompüter əsaslı növbəti “GRE: General Test” imtahanı avqustun 16-da Dövlət İmtahan Mərkəzinin Binəqədi rayonu Süleyman Sani Axundov və Əhməd Rəcəbli küçələrinin kəsişməsində yerləşən elektron imtahanlar korpusunda təşkil olunacaq.
Bu barədə “Tehsil365”ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
İmtahan verəcək şəxslər saat 08:15-dən gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasında olmalıdırlar.
İmtahan saat 09:00-da başlanacaq.
“GRE General Test” imtahanı haqqında daha ətraflı məlumatla DİM-in səhifəsindən tanış olmaq mümkündür.