SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov mübadilə proqramı çərçivəsində ali məktəbin xaricdə təhsil alacaq 17 tələbəsi ilə onlayn formatda görüş keçirib.
BANM-dən “Tehsil365”ə bildirilib ki, 2024/2025-ci tədris ilində ali məktəbin neft-qaz mühəndisliyi ixtisası üzrə 6 tələbəsi Çexiyanın Ostrava Texniki Universitetində, 1 tələbəsi Polşanın AGH Elm və Texnologiya Universitetində, 2 tələbəsi Portuqaliyanın Braqança Politexnik İnstitutunda, eləcə də 2 tələbəsi Çin Neft Universitetində təhsil almaq imkanı əldə edib. Bundan başqa, proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasından 2 tələbə Almaniyanın Şmalkalden Tətbiqi Elmlər Universitetində, habelə kimya mühəndisliyi ixtisası üzrə 4 tələbə Türkiyənin İstanbul Texniki Universitetində təhsilini davam etdirəcək.
Rektor tələbələrə uğurlar arzulayıb, bu təcrübənin peşəkar kadr kimi yetişmələrinə böyük töhfə verəcəyini deyib.
Payız semestrində 11 tələbə 41455 avro qrantla Çexiya, Portuqaliya, Polşa və Almaniyada təhsilini davam etdirəcək.