Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə avqustun 16-sı Portuqaliyaya yola düşür.
Tehsil365 xəbər verir ki, QMİ sədri Direktorlar Şurasının üzvü olduğu KAİSİİD Beynəlxalq Dialoq və Əməkdaşlıq Mərkəzinin Lissabon şəhərindəki mənzil-qərargahında qurumun üzvləri ilə görüşəcək.
O, avqustun 18-də isə Braziliyaya səfər edəcək. Səfərdə məqsəd Braziliyanın paytaxtı Brasilia şəhərində 19-22 avqust tarixlərində keçiriləcək G20 Dinlərarası Forumunda iştirak etməkdir.
Səfər G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti Kol Durhamın dəvəti əsasında həyata keçirilir.
“Heç kimi unutmayın: insanlar və planet üçün tərəfdaşlıq” mövzusunda keçiriləcək bu ilki forumda dini müstəvidə qlobal debatlarda A.Paşazadə çıxış edəcək.