Xəbər verdiyimiz kimi, 2023-2024-cü tədris ilində Azərbaycanda ali təhsil müəssisələrindən xaric edilən tələbələrin sayı məlum olub.
Belə ki, bu il dövlət ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində xaric olunan tələbələrin sayı 582-dir.
Bəs, görəsən, magistratura səviyyəsi üzrə neçə tələbə ali təhsil müəssisəsindən xaric edilib?
Mövzu ilə bağlı Tehsil365 Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə istinadən xəbər verir ki,
2023-2024-cü tədris ilində dövlət təhsil müəssisələrindən 1953 olmaqla ümumilikdə isə 2266 tələbə xaric olunub.