Medianın İnkişafı Agentliyi (MEDİA) Əməkdar jurnalist Nair Əliyevin vəfatı ilə əlaqədar başsağlığı verib.
Tehsil365 xəbər verir ki, bu barədə Agentlik sosial şəbəkə hesabında paylaşım edib.
"Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin rəhbərliyi və kollektivi əməkdar jurnalist Nair Əliyevin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!", - paylaşımda bildirilib.
Xatırladaq ki, Əməkdar jurnalisti Nair Əliyev uzun sürən xəstəlikdən sonra avqustun 21-də vəfat edib.