Təhsil 365 - Logo Mobile

Taksi minik avtomobili sürücüləri üçün test imtahanı keçiriləcək

3222.08.2024 - 08:20
Taksi minik avtomobili sürücüləri üçün test imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi 1 iyul 2024-cü il tarixindən sonra xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün avqustun 25-də imtahan keçirəcək. İmtahanda iştirak etmək üçün 1415 nəfər qeydiyyatdan keçib.

Bu barədə “Tehsil365”ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Mərkəzdən bildirilib ki, kompüter vasitəsilə elektron qaydada təşkil olunan imtahan DİM-in Binəqədi rayonu, S.S.Axundov küç., 108 ünvanında yerləşən elektron imtahanlar korpusunda saat 10:00 və 13:00 olmaqla, 2 növbədə keçiriləcək və 1 saat davam edəcək. İmtahan iştirakçıları imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olacaqlar. Nəticələr həmçinin növbəti gün DİM-in saytına yerləşdiriləcək.

Namizədlər  “İmtahana buraxılış vərəqəsi”ni "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsi ilə çap edə bilərlər. İştirakçılar "İmtahana buraxılış vərəqəsi"ndə göstərilən vaxtda imtahan binasının qarşısında olmalıdırlar.

İmtahana gələrkən namizədlər "İmtahana buraxılış vərəqəsi" və şəxsiyyət vəsiqəsini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.

İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən 20 test tapşırığı təqdim ediləcək. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara 7 (yeddi) il müddətində etibarlı olan şəhadətnamə təqdim ediləcəkdir.

Elmina Muxtarlı

Xəbər Lenti

Beynəlxalq Mühasiblər Federasiyasının prezidenti UNEC-də olub - FOTOLAR16.09.2024 - 14:00
Mingəçevir Dövlət Universitetində “Bilik Günü” qeyd edilib - FOTO16.09.2024 - 13:40
Paytaxt məktəblərində Bilik Günü qeyd olunub - FOTOLAR16.09.2024 - 13:20
Bu il 6 minə yaxın müəllim ilk dəfə fəaliyyətə BAŞLADI16.09.2024 - 13:00
Məktəbli şagird sinif yoldaşını bıçaqlayıb16.09.2024 - 12:40
BDU-nun SABAH Mərkəzinə yeni rəhbər təyin olunub 16.09.2024 - 12:20
Cəlilabadda yeni məktəb istifadəyə verilib16.09.2024 - 12:00
Qarabağda bu qədər bağça fəaliyyətə BAŞLAYIB16.09.2024 - 11:40
Məşhurların övladları da birinci sinfə başladı16.09.2024 - 11:20
DİM 491 vakant vəzifəni müsahibəyə çıxardı16.09.2024 - 11:00
Cəbrayıl və Kəlbəcər şəhərlərində də yeni məktəblərin açılışı planlaşdırılır16.09.2024 - 10:40
Azərbaycanda ilk dünyəvi məktəb Şuşadadır - Nazir16.09.2024 - 10:20
Bu məktəbdə şagirdlər təhlükə altındadır16.09.2024 - 10:00
Emin Əmrullayev Xocalıda məktəbin açılışında olub16.09.2024 - 09:40
Sabirabadda yeni məktəb binası istifadəyə verilib16.09.2024 - 09:20
LDU-da yeni tədrs ilinə start verildi - FOTO16.09.2024 - 09:00
Heydər Əliyev Fondunun yeni tədris ilində növbəti layihəsi Xaçmazda reallaşıb16.09.2024 - 08:40
Heydər Əliyev Fondunun Şamaxıda inşa etdirdiyi məktəbin açılışı olub16.09.2024 - 08:20
Zaqatalada yeni məktəb binası istifadəyə verilib16.09.2024 - 08:00
Rusiyada orta məktəbdə insident olub, xəsarət alanlar var16.09.2024 - 07:40
“Nizami Gəncəvi Dünyası” kitabı təqdim olunub16.09.2024 - 07:20
Jurnalistlərin övladları 1-ci sinfə getdilər - FOTO16.09.2024 - 07:00
Naxçıvanda müəllimlərin işə qəbulu müsabiqəsi yekunlaşıb16.09.2024 - 06:40
Heydər Əliyev Fondunun dəstəyi ilə Ağstafada yeni məktəb inşa edilib16.09.2024 - 06:20
Yeni tədris ilində 29 yeni məktəb istifadəyə verilib16.09.2024 - 06:05
Naxçıvanda yeni tədris ilində 3797 şagird birinci sinfə başlayıb16.09.2024 - 05:50
33 il sonra Şuşada İLK ZƏNG16.09.2024 - 05:35
Uşaqlar evinin birincilərini məktəbə ahıllar aparıb16.09.2024 - 05:15
İşğaldan azad edilmiş bölgələr - ilk dərs GÜNÜ16.09.2024 - 04:50
Şuşada 100-dən çox şagird təhsilə başlayır...16.09.2024 - 04:30
Azərbaycanda ilk dərs GÜNÜDÜR16.09.2024 - 04:00
Biləsuvarda ilk dəfə “Məktəblinin dostu” layihəsinin test imtahanı keçirilib14.09.2024 - 12:40
Britaniya Məxfi Kəşfiyyat Xidmətinin rəhbəri Azərbaycanda tələbələrlə görüşdü14.09.2024 - 12:40
Alimlər: Yer kürəsi yeni peyk ələ keçirəcək14.09.2024 - 11:50
Bu günədək 2024/2025 tədris ilinin payız semestri üzrə 5 min təhsil krediti rəsmiləşdirilib14.09.2024 - 11:00
“Tələbə adın mübarək” adlı rayon toplantısı keçirilib14.09.2024 - 10:20
İşğaldan azad olunmuş bölgələrdə yerləşən məktəblərin kitabxanalarına DİM-in müxtəlif nəşrləri təqdim edilib - FOTO14.09.2024 - 09:45
Siyəzəndə Yenikənd kənd tam orta məktəbi bağlanıb14.09.2024 - 08:55
Elektron Təhlükəsizlik Xidməti daha bir məktəbdə maarifləndirmə tədbiri keçirib14.09.2024 - 08:15
ADNSU-da yeni tədris ilinə hazırlığın vəziyyəti müzakirə olunub 14.09.2024 - 07:30
Sumqayıtda böcəklər aşkarlanan məktəblə bağlı vəziyyət nəzarətə götürülüb - FOTO14.09.2024 - 07:00
ATU-da Şərabçılıq Mərkəzinin açılışı olub - FOTO13.09.2024 - 16:25
Sumqayıtda məktəbi bit-birə basıb?13.09.2024 - 16:00
Bu günədək 2024/2025 tədris ilinin payız semestri üzrə 5 min təhsil krediti rəsmiləşdirilib13.09.2024 - 15:40
Milli yaddaşda: dərc və dərk edilmək 13.09.2024 - 15:20
Fermada məktəblinin meyiti tapıldı13.09.2024 - 15:00
Əhalinin yeni sayı açıqlandı13.09.2024 - 14:40
Heydər Əliyev Fondunun dəstəyi ilə növbəti Çin dili kurslarına start verilir13.09.2024 - 14:20