Prezident İlham Əliyev Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Tehsil365 xəbər verir ki, Sərəncamla xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin aşağıdakı hərbi qulluqçuları “Hərbi xidmətlərə görə” medalı ilə təltif ediliblər:
Babayev Əli Aydın oğlu – polkovnik-leytenant
Fərzəliyev Teymur Qaçay oğlu – polkovnik-leytenant
Hüseynov Tofiq Qabil oğlu – polkovnik-leytenant
Abdullayev Ülvi Saleh oğlu – mayor
Məmmədyarov Kənan Ramiz oğlu – mayor
Əliyev Aleksey Ələmət oğlu – kapitan
Qurbanov Anar Eldar oğlu – kapitan
Mehrəliyev Zahir Şakir oğlu – kapitan
Abdullayev Rövşən Vəliş oğlu – baş çavuş
Əlizadə İlqar Qoşqar oğlu – baş çavuş
Əmirov Pərviz Vaqif oğlu – baş çavuş
Zeynalov Timur Bulud oğlu – baş çavuş.