Təhsil 365 - Logo Mobile

Kaş bu səhər nurla açılaydı: yenidən günəş doğaydı...

8426.08.2024 - 09:40
Kaş bu səhər nurla açılaydı: yenidən günəş doğaydı...

Nəsiman Yaqublu. Bu ad bizim üçün müəllimdən daha çox azərbaycançılıq məfkurəsinin izahedicisi idi. Jurnalistika adlanan informasiya məktəbinin milli tarix köşəsində alimin adı çəkiləndə hər kəsin o ünvana sayğı və ehtiramı duyulurdu. Çünki, o səbəbə ki, Nəsiman Yaqublu yaradıcılığı oda, işığa bənzəyirdi. Xain kəsləri yandırır-yaxırdı. İşığı ötən milli ruhsuzlara da, qaranlıqda itən sapı özümüzdən olanlara da yolunu azmamaq üçün işıq idi. Onun dünyagörüşü və Vətən sevgisinə heyran qalmamaq, ötəri yanaşmaq əldə deyildi. Hər zaman deyirdi ki, "Azərbaycan Azərbaycandan böyükdür". O, Vətən torpağının o tayını da, bu tayını da sevirdi. O, Azərbaycanı, həm də Azərbaycan mətbuatını uşaqdan-böyüyə hər kəsə öyrətdi, bəli, öyrətdi.

Professorun Universitet auditoriyalarındakı ay-ulduzlu hilalımız qədər mübarək, Vətən xəritəsitək müqəddəs fikirlərinə qəlb kəsilən hər tələbə tarixin sehrinə düşürdü. Nədə idi Nəsiman Yaqublu sehri ki, insanlar onun elminin təsirindən ayrıla, qopa bilmirdi? Çünki onun səsi ən əvvəl millət auditoriyasından eşidilmişdi. O səs həmişə odlu-alovlu və şaqraq duyulurdu. Əslində isə Nəsiman müəllim təbiət etibarilə sakit və təmkinli ziyalı idi. Onun adının önünə istənilən mənəvi ağırlıqda təyinləri qoya bilərik. Ancaq düşünürəm ki, "milli ruhlu ziyalı" ifadəsi kifayət edər. O mənada ki, hələ müstəqilliyimizin ilk illərində Nəsiman Yaqublu "Xocalı qırğını” adlı kitabı ilə erməni vəhşiliyini dünyaya çatdırdı. Müəllif Ağdamda oldu, faciə şahidlərilə görüşdü, milli qəhrəman Allahverdi Bağırovla birgə ermənilərlə danışıqlarda iştirak etdi, Naxçıvanik istiqamətindən qətlə yetirilmiş insanların meyidlərinin daşınmasına köməklik göstərdi. Beləcə həmin kitab ərsəyə gəldi. Sonradan erməni quldurları müəllifi ölümlə hədələdi. Həmin kitabda dəfələrlə təkrarlanan "Erməni vəhşidir. Erməni tirandır. Erməni qan içir. Erməni Allahın adında bütün insanlığın çirkli bir ləkəsidir. Hər zaman ermənidən xəbərdar olun..." həqiqətləri yatmış dünyanı oyatmağa, türkləri isə çomağı əldən yerə qoymamağa səsləyirdi.

Ötən ay Jurnalistika fakültəsində qiyabi tələbələrin diplom müdafiəsi keçirildi. Mövzum Qarabağa aid olduğu üçün Nəsiman müəllimin haqqında danışdığım "Xocalı qırğını" adlı kitabından bir neçə cümləni təkrar etməyi özümə borc bildim. Diplom müdafiəsindən bir neçə həftə öncə də fakültədə görüş təşkil olunanda "İstiqlal" qəzetinin məramnaməsini söylədim. Çünki yaxşı bilirik ki, Nəsiman Yaqublu dünənlə — Azərbaycan Xalq Cümhuriyyətinə, bu günlə — müasir və müstəqil Azərbaycana min tellərlə bağlı ziyalı idi. O, milli ruhu ilə dünəni bu günə, bu günü sabaha daşıyırdı. Ötən il Bakı Dövlət Universitetində Nəsiman müəllimin kitablarının təqdimatında iştirakımı xatırladım. Tədbirin sonunda öz fikirlərimi söylədim. Dedim ki, Şirməmməd Hüseynovun vəfatından sonra milli mətbuatımızın üzərinə buludlar qara örtük sərdi. Çox keçmədi ki, bu qaranlıq ərşə çəkildi. Əvvəlcə buludlar arxasından günəşin şəfəqləri göründü. Sonra özü. Bax bu günəş Nəsiman Yaqublu idi.

Acı təəssüf ki, bu gün Nəsiman müəllimin vəfatı ilə yenidən milli mətbuatımızın üzərini qara buludlar aldı. İndi bu buludlar Şirməmməd müəllimin, Nəsiman müəllimin yoxluğuna ağlayır... Ancaq dahi Nizami demişkən, "günəşi örtsə də qara buludlar, Yenə günəş adlı bir qüdrəti var".


Əli Hüseynov

Əsgər İsmayılov

Elmina Muxtarlı

Xəbər Lenti

Nigeriyada dini məktəbdə YANĞIN: 17 şagird öldü05.02.2025 - 17:49
Keçmiş rektor Ali Məhkəmədə UDUZDU05.02.2025 - 17:35
BDU-nun tələbə jurnalı Kaliforniya Universitetinin Berkli kitabxanasının fonduna daxil edilib05.02.2025 - 17:18
Qulaqlarda cingiltinin səbəbləri nələrdir? - Həkimdən AÇIQLAMA05.02.2025 - 17:05
15 yaşlı məktəbli niyə ölüb?05.02.2025 - 16:38
Gömrük Akademiyasında təqüdlər ödənilmir?05.02.2025 - 16:26
Mobil tətbiqlər reklam daşıyıcısı hesab olunacaq05.02.2025 - 16:12
"ChatGPT" yaradıcısından möhtəşəm yenilik: Smartfonları əvəz edəcək qadcet hazırlanır05.02.2025 - 15:59
BDU-nun tələbə jurnalı Kaliforniya Universitetinin Berkli kitabxanasının fonduna daxil edilib05.02.2025 - 15:45
Mədəniyyət və incəsənət xadimləri dahi bəstəkar Qara Qarayevin xatirəsini anıblar - FOTO05.02.2025 - 15:34
MTV və Dünya TV-nin yayımı 3 saatlıq dayandırıldı05.02.2025 - 15:20
"Daha sərbəst" akademik müzakirə layihəsinə start verildi05.02.2025 - 15:05
Akademik Yusif Məmmədovun 75 illik yubileyi qeyd olunub - FOTO05.02.2025 - 14:54
Davos 2025: Texnologiya əsrində ali təhsilin transformasiyası 05.02.2025 - 14:39
Yeni qeyri-adi tipli kvant hissəcikləri kəşf edilib05.02.2025 - 14:26
Şəki-Zaqatalada 2 məktəbin binası yenilənəcək05.02.2025 - 14:14
Azərbaycanda professor vəfat etdi - FOTO05.02.2025 - 14:03
Məktəbdənkənar təhsilə elektron qeydiyyat başa çatıb05.02.2025 - 13:50
AzMİU-da Məzunlar Assosiasiyasının təsis yığıncağı keçiriləcək05.02.2025 - 13:36
Agentlik: Əlilliyi olan 121 gənc peşə hazırlığına cəlb olunub 05.02.2025 - 13:22
DİM imtahan rəhbərləri və nəzarətçiləri mükafatlandırıb - FOTO05.02.2025 - 13:13
Mərkəzi Elmi Kitabxananın 100 illiyinə hazırlıq məsələləri müzakirə olunub05.02.2025 - 13:00
Samux məktəbindəki davamiyyətlə bağlı AÇIQLAMA05.02.2025 - 12:48
Builki magistratura imtahanının modelində dəyişiklik varmı?05.02.2025 - 12:39
BDU-da qış imtahan sessiyası başa çatdı05.02.2025 - 12:26
Azərbaycanın turizm imkanları Türkiyədə keçirilən beynəlxalq sərgidə nümayiş olunur05.02.2025 - 12:14
Dendrologiya İnstitutu şagirdlər və tələbələr arasında “Bilik yarışı” elan edib05.02.2025 - 12:05
Dərs zamanı halı pisləşən şagird öldü05.02.2025 - 11:56
İraqda 9 yaşlı uşaqların evlənməsi ləğv edildi 05.02.2025 - 11:49
Şuşada STEAM Mərkəzi fəaliyyətə başlayıb05.02.2025 - 11:35
Dövlət qulluğu vəzifələri üzrə müsabiqənin test imtahanına qeydiyyat aparılır05.02.2025 - 11:23
UNEC ilə “AWE Consulting” şirkəti arasında memorandum imzalanıb - FOTO05.02.2025 - 11:12
Şagirdlərin 8 layihəsi “Sabahın alimləri” müsabiqəsinin finalına vəsiqə qazanıb05.02.2025 - 11:02
Televiziya verilişlərində işarət dilinin istifadəsi nəzərdə tutulur05.02.2025 - 10:47
Azərbaycan Universiteti ilə QS Agentliyi arasında müqavilə imzalandı - FOTO05.02.2025 - 10:34
Doktorantura və dissertantura səviyyəsində qəbul üçün hansı imtahanlar keçirilir?05.02.2025 - 10:23
Xarici diplomla dövlət qulluğunda iştirak etmək mümkündürmü? - CAVAB05.02.2025 - 10:11
Buraxılış imtahanında şagirdlərə xarici dil seçimində sərbəstlik verilirmi? - RƏSMİ05.02.2025 - 09:58
Magistraturaya qəbul olan oğlanların NƏZƏRİNƏ05.02.2025 - 09:45
İlon Mask ABŞ Təhsil Nazirliyini nəzarətə götürür05.02.2025 - 09:31
“Azərbaycan ədəbiyyatı tarixində Gəncə” mövzusunda respublika elmi-nəzəri konfransı keçiriləcək05.02.2025 - 09:20
Milli Kitabxanada “Xalq artisti Polad Bülbüloğlu” adlı sərgi istifadəçilərə təqdim olunub05.02.2025 - 09:09
Eksternat imtahanlarının nəticələri AÇIQLANDI05.02.2025 - 08:58
Yaqub Mahmudovun 86 yaşı tamam olur05.02.2025 - 08:48
Əlibaba Məmmədovun doğum günüdür05.02.2025 - 08:34
Şotlandiyanın Aberdin Universitetində Azərbaycan mədəniyyəti tanıdılıb05.02.2025 - 08:20
Niderlandın ən yaxşı layihəsi BANM tələbələri tərəfindən təqdim olunub05.02.2025 - 08:08
BDU-nun kafedralarında boş olan vəzifələri tutmaq üçün müsabiqə elan edilir05.02.2025 - 07:45