Təhsil 365 - Logo Mobile

Kolleclərə ixtisas seçimi başlayıb

4328.08.2024 - 09:00
Kolleclərə ixtisas seçimi başlayıb

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi başlanıb.

DİM-dən “Tehsil365”ə bildirilib ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi avqustun 28-dən  2 sentyabr saat 23:59-dək aparılır.

Ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin boş qalan plan yerlərinə və kolleclərə qəbul üçün keçirilən müsabiqədə iştirak etmək hüquqları yoxdur.

İxtisas seçmək hü­ququ olan abituriyent ali təhsil müəssisə­ləri­nin və orta ix­tisas təhsili müəssisələ­rinin 20-dək ixtisas kodu­nu seçib, onları eservices.dim.gov.az/erizebak/ixtisas2 inter­net ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil edərək təsdiqləməlidir. Abituriyent (həmçinin subbakalavr) ali təhsil müəssisələrinin ixtisas kodlarını seçərkən dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd edir. Əgər abituriyent hər hansı bir ixtisas üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla olan yerlərin müsabiqəsində iştirak etmək istəyirsə, bu halda həmin ixtisasın kodunu ərizəyə iki dəfə daxil etməli və birinin qarşısında dövlət sifarişi əsasında, digərinin qarşısında isə ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 7-ci sayında dərc olunub. Orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları isə “Abituriyent” jurnalının 5‑ci sayında dərc olunub.

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə ixtisas qrupları üzrə müsabiqə şərtləri aşağıdakı kimidir:

I ixtisas qrupu üzrə müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.

Müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir:

“Riyaziyyat”, “Fizika” və “Kompüter elmləri” ixtisasları üzrə müsabiqəyə ümumi balı 250-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır;

Dövlət ali təhsil müəssisələrinin (İtaliya-Azərbaycan və Sumqayıt Dövlət Universiteti istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır.

II ixtisas qrupu üzrə müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.

Müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir:

-   Dövlət ali təhsil müəssisələrinin tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40 dan az olmayan abituriyentlər buraxılır.

III ixtisas qrupu müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.

Müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir:

Dövlət ali təhsil müəssisələrinin tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır;

-   Dövlət ali təhsil müəssisələrinin “Tərcümə (dillər üzrə)”, “Filologiya (xarici dil və ədəbiyyatı üzrə)”, “Xarici dil müəllimliyi (dillər üzrə)” və “Beynəlxalq münasibətlər”ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) xarici dil fənni üzrə nisbi balı 40 dan az olmayan abituriyentlər buraxılır.

IV ixtisas qrupu müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.

Müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir:

Dövlət ali təhsil müəssisələrinin (Sumqayıt Dövlət Universiteti istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır.

Qəbul elanının tam mətni ilə “Abituriyent” jurnalının 7 nömrəli buraxlışında tanış ola bilərsiniz.

Orta ixtisas təhsili müəssisə­lərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas se­çiminə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili (rus dili) və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılırlar.

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabi­qəsinə ümumi balı 40-dan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) az olmayan və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituri­yent­lər buraxılırlar.

Subbakalavrların müsabiqədə iştirakı

Subbakalavrlar da ixtisas seçimində iştirak etmək üçün 2024-cü il avqustun 28-dən 2-dək qəbul olmaq istədikləri ixtisasların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər

Subbakalavrlar yalnız orta ixtisas təhsili səviyyəsində təhsil aldıqları tədris dilinə və bitirdikləri ixtisasa uyğun olan ixtisasları “Abituriyent” jurnalının 7-ci sayından seçə bilərlər.

Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər (subbakalavrlar) müsabiqəyə buraxılmayacaqlar.

Elmina Muxtarlı

Xəbər Lenti

Azərbaycan alimi Tokio Milli İnformatika İnstitutundan əməkdaşlıq təklifi alıb01.07.2025 - 11:00
İncəsənət məktəblərində məzmun islahatı aparılacaq01.07.2025 - 10:50
Musiqi və incəsənət müəllimləri üzrə attestasiya prosesi yekunlaşıb01.07.2025 - 10:40
Dənizdən meyiti tapılan şəxsin tələbə olduğu məlum olub01.07.2025 - 10:30
“İmtahana buraxılış vərəqəsi”ni bu şəxslər çap edə bilərlər01.07.2025 - 10:20
Elm və təhsil naziri Daşkəsəndə vətəndaşlarla görüş keçirib01.07.2025 - 10:10
Azərbaycanlı professor Vaşinqton şəhərində dünyasını dəyişdi01.07.2025 - 10:00
Azərbaycanda yeni mamır növləri ilə bağlı tədqiqat aparılıb - FOTO01.07.2025 - 09:50
İƏT Qarabağ Universiteti ilə tələbə mübadiləsi həyata keçirmək istəyir - Baş katib01.07.2025 - 09:40
İnstitut rəhbəri: Sosial şəbəkələr və süni intellekt ənənəvi təhsil modellərinin dəyişməsinə çağırışdır01.07.2025 - 09:30
Quba-Xaçmaz regionundakı liseylərin VII siniflərinə qəbul üzrə müsabiqə elan olunur01.07.2025 - 09:20
Məktəblimiz İtaliyada keçirilən yarışda gümüş medal qazandı - FOTO01.07.2025 - 09:10
Sabah hava necə olacaq?01.07.2025 - 09:00
Pedaqoji Universitet 28 ixtisaslaşma üzrə magistraturaya qəbul elan edir01.07.2025 - 08:50
BDU-nun məzunu Cənubi Koreyada magistratura təhsili alacaq01.07.2025 - 08:40
Beynəlxalq simpoziumda azərbaycanlı alimlərin məruzələri dinlənilib - FOTORA01.07.2025 - 08:30
Elm və təhsil naziri Oğuzda vətəndaşları qəbul edəcək - FOTO01.07.2025 - 08:20
"ChatGPT"nin əmək bazarına təsiri01.07.2025 - 08:10
17 yaşlı gənc kanalda batdı01.07.2025 - 08:00
Oxu.Az 12 yaşını qeyd edir01.07.2025 - 07:50
"Beynəlxalq Təhsil İcmalı" adlı bülletenin iyun sayı təqdim edilib01.07.2025 - 07:40
Magistratura üçün ixtisas seçiminin vaxtı müəyyən olub 01.07.2025 - 07:30
DİM “B2 First” imtahanı keçirəcək 01.07.2025 - 07:20
Bu gün hava necə olacaq?01.07.2025 - 07:10
Mədəniyyət naziri Adil Kərimli Lerik rayon Mədəniyyət Mərkəzində vətəndaşların müraciətini dinləyəcək 01.07.2025 - 07:00
Emin Əmrullayev Daşkəsən şəhərində vətəndaşların müraciətlərini dinləyib -FOTO 01.07.2025 - 06:50
AMEA-nın Folklor İnstitutunda “Seyid Əzim Şirvani: folklorik düşüncə və klassik bədii interpretasiya” mövzusunda elmi sessiya keçirilib -FOTO 01.07.2025 - 06:40
“Üstün zəkalı insanların inkişafının məhdudiyyətsizliyi, qüsurlu insanların həyata müsbət baxışları” mövzusunda seminar keçirilib -FOTO 01.07.2025 - 06:30
AMEA-nın 80 illiyi qeyd edilib -FOTO 01.07.2025 - 06:20
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib -FOTO 01.07.2025 - 06:10
Metodist olmaq istəyən müəllimlər üçün sənəd qəbulu başladı – son müraciət tarixi 30 iyun 202530.06.2025 - 14:50
Metodist olmaq istəyən müəllimlər üçün qeydiyyat başladı — son tarix 30 iyun 202530.06.2025 - 14:40
MİQ imtahanının qiymətləndirilməsi və keçid balı açıqlanıb30.06.2025 - 14:30
AzTU-da “TəhsilPlus” kartı təqdim olunub: müəllimlərin sosial rifahına dəstək müzakirə edilib30.06.2025 - 14:10
Cavid Rəhimli Kembric Universitetindən “Pro Bono Platinum” mükafatı aldı30.06.2025 - 14:00
Türkiyəli memar və rəssam İbrahim Akıncı Ədəbiyyat Muzeyini ziyarət etdi30.06.2025 - 13:50
63 peşə təhsili müəssisəsində “Məzun günü” keçirildi: 17 mindən çox tələbə təhsili başa vurdu30.06.2025 - 13:40
“Mərkəzi Elmi Kitabxananın inciləri” kitabı çap olundu: MEK-in 100 illiyinə həsr olunan elmi nəşr təqdim edildi30.06.2025 - 13:20
ATU 2024–2025-ci tədris ilini “Təbib”də yekunlaşdırdı: təhsil və istirahətə dair yeni hədəflər müəyyənləşdi30.06.2025 - 13:10
DİA-da dövlət qurumlarının təlim mərkəzləri üçün növbəti təlim keçirilib30.06.2025 - 13:00
Elm və Təhsil Nazirliyi İTİ-də: texnologiya yönümlü əməkdaşlıq imkanları müzakirə olunub30.06.2025 - 12:40
Rəsm fənni üzrə qabiliyyət imtahanının nəticələri ilə bağlı apellyasiya 2 iyulda keçiriləcək30.06.2025 - 12:30
2025-ci il iyunun 29-da keçirilən Azərbaycan dili imtahanının test cavabları açıqlanıb30.06.2025 - 12:20
Aynur Qəzənfərqızı Türk Birlikləri Təşkilatı Federasiyasının idarə heyətinə üzv seçilib30.06.2025 - 12:10
20 yaşlı gənc 8-ci mərtəbədən yıxılaraq həyatını itirib30.06.2025 - 12:00
Bu il ATMU-nun bakalavriat və magistratura pillələrini 605 nəfər bitirib - FOTO 30.06.2025 - 11:50
İnformasiya Texnologiyaları İnstitutu və GEANT arasında birgə layihələrin həyata keçirilməsi müzakirə olunub - FOTO 30.06.2025 - 11:40
BDU-nun prorektoru Macarıstanda Türk Dövlətləri üzrə Akademik Konfransda iştirak edib - FOTO 30.06.2025 - 11:30