Təhsil 365 - Logo Mobile

Sovetləri dəstəklədi, repressiya qurbanı oldu - Məşhur "Anaşkin" küçəsi keçmişi və indisi

2929.08.2024 - 14:40
Sovetləri dəstəklədi, repressiya qurbanı oldu - Məşhur "Anaşkin" küçəsi keçmişi və indisi

Hər gün keçdiyiniz küçələrin niyə bu adları daşıdığını bilirsiniz? 

Doğma küçələrimizin yad adları çox vaxt diqqətimiz çəkir. Niyə qoyulub bu adlar?

Təbii ki, çoxumuz adların niyə, nə səbəbə, kim üçün qoyulduğundan bixəbərik.

Bəs biz, hər gün keçdiyimiz küçələrin tarixini niyə bilmirik? 

Lent.az elə burdan yola çıxaraq “Bizim küçələr” adlı rubrikasının növbəti yazısını təqdim edir.

Bu dəfə hər kəsin “Anaşkin” kimi tanıdığı, amma rəsmi olaraq Əliyar Əliyevin adını daşıyan küçənin tarixindən danışacağıq.

Metronun “Koroğlu” stansiyasına yaxın ərazidə, Bakıxanov qəsəbəsinin iç-içə massivlərində “Anaşkin” adlanan məhəllə var. İndi küçənin rəsmi adı Əliyar Əliyev olsa da, el arasında oranı hamı “Anaşkin” kimi tanıyır.

Həmin küçə Bakının Sabunçu rayonunda yerləşir.

Bu məhəllə Yasamaldakı Alatava yaşayış massivini xatırladır: darısqal küçələr, yarıasfalt, yarıbərbad yollar, axşamlar zülmətə bürünən, işıqsız mənzərə...

Bəs, Anaşkin kimdir? Hansı xidmətinə görə küçəyə onun adı verilib?

Öncə başlayaq İvan Anaşkindən. İvan İvanoviç Anaşkin 1880-ci ildə Tambov quberniyasında anadan olub. O, Azərbaycanda sovet hakimiyyətinin qurulması uğrunda mübarizə aparıb. 1901-ci ildə Bakıya gəlib, 1905-ci ildən Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının (RSDFP) və Bakı fəhlə deputatları sovetinin üzvü olub.

1917-ci il Fevral inqilabından sonra bir sıra vəzifələrdə çalışıb:

RSDFP-nin bolşevik Bakı komitəsinin üzvü, Qırmızı hərbi drujinanın üzvü, Bakının Qaraşəhər rayonu fəhlə deputatları sovetinin sədri, Bakı Fəhlə Konfransı rəyasət heyətinin üzvü olub.

1919-cu ilin aprelində Zaqafqaziya həmkarlar ittifaqları ölkə şurasının sədri, həmin ilin mayında isə RKP Qafqaz ölkə komitəsinin üzvü seçilib.

Anaşkin Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra dövlət əleyhinə geniş pozuculuq fəaliyyəti göstərib. Belə ki, Azərbaycan Hökumətinin yasaqlarına baxmayaraq, tətil komitəsinin əsas rəhbərlərindən biri olan Anaşkin ardıcıl tətillər təşkil edib, fəhlələri hökumətə qarşı itaətsizliyə çağırıb. Bununla əlaqədar, dəfələrlə həbs olunub.

Daha sonra, İvan Anaşkin 1920-ci ilin yazında Moskvaya, III Ümumrusiya Həmkarlar İttifaqları Qurultayına nümayəndə göndərilib. Azərbaycanda sovet hakimiyyəti elan edildikdən sonra Bakıya qayıtmış, partiya və təsərrüfat işlərində çalışıb, 1928-ci ildən AKP MK-nın Mərkəzi Nəzarət Komissiyasında işləyib. Bir müddət Saratovda fəaliyyət göstərdikdən sonra, yenidən Azərbaycana qayıtmış, neft sənayesində texniki təhlükəsizlik üzrə institutun direktoru işləyib.

Düz, 10 il sonra İvan repressiyanın qurbanı olub. 1938-ci ildə həyatını itirib.

Hazırda küçənin rəsmi adına gəldikdə isə Sabunçu rayon İcra Hakimiyyətindən Lent.az-a verilən məlumata görə, “Anaşkin” adı 2017-ci ildə dəyişdirilib:

“SSRİ dövründən sonra, 2017-ci ildə həmin küçənin adı dəyişdirilib. Hazırda Anaşkin yox, Milli Qəhrəman Əliyar Əliyev adını danışıyır”.

Yəqin ki, çoxunuz Əliyar Əliyev haqqında eşitmisiniz. Əliyar Əliyev 1957-ci il dekabrın 14-də Qubadlı rayonunun Qazyan kəndində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu fərqlənmə diplomu ilə bitirərək, bir müddət Qubadlı rayonunun Dondarlı kənd orta məktəbində idman müəllimi işləyib.

Əliyar Əliyevin son döyüşü 1992-ci il oktyabrın 3-də Laçının iki kilometrliyində olub. "Tikanlı zəmi" yüksəkliyi uğrunda döyüşdə tabor komandiri Əliyar Əliyev və onun sürücüsü Əlisadət Ağayev qəhrəmancasına həlak olublar. O, Qubadlı rayonunun Qəzyan kəndində dəfn olunub. Həmin döyüşlərdə iştirak etmiş, I taborun tank əleyhinə taqım komandiri, baş leytenant, II qrup Qarabağ müharibəsi veteranı Füzuli Həsənovun qeyd edir:

“Əliyarın ölümü ilə bütün Qubadlı kədərə büründü, camaat ona 40 gün yas saxladı. Təbii ki, bu camaatın ona məhəbbətindən irəli gəlirdi. Çünki o, qubadlıların dirəyi, dayağı idi… Hamı onunla fəxr edirdi. Həmişə deyirdilər ki, Əliyar kimi oğlu olan oba basılmaz. Ölümünün qırxıncı günü rayon mərkəzində onun abidəsinin açılışı oldu”.

Bu da belə... Küçələrimizi tarixini bilək, yaxından tanıyaq.

Elmina Muxtarlı

Xəbər Lenti

Lokal xarakterli antiterror tədbirlərindən bir il ötür18.09.2024 - 20:00
Vətən Müharibəsi ilə bağlı film çəkilir - FOTOLAR18.09.2024 - 18:25
“Azərbaycan poeziyasından incilər” adlı qiraət müsabiqəsinin yekun tədbiri - FOTO18.09.2024 - 18:00
Özbəkistan alimləri Əlyazmalar İnstitutunda tədqiqat aparacaqlar18.09.2024 - 17:40
Qarabağ və Şərqi Zəngəzurun florasında problemlərin həlli yolları - beynəlxalq konfrans - FOTO18.09.2024 - 17:20
ADU-da “Payızın ortası” adlanan Çin bayramı qeyd olunub18.09.2024 - 17:00
BDU-105: Prezident təqaüdçülərinin sayına görə ölkədə birinci yerdə olan Hüquq fakültəsi - FOTOLAR18.09.2024 - 16:40
BDU vakant vəzifələrin tutulması üçün müsabiqə elan edir18.09.2024 - 16:20
Qərbi Azərbaycanda törədilmiş soyqırımlarından bəhs edən kitabın təqdimatı olub - FOTOLAR18.09.2024 - 16:00
Dilçilik İnstitutunda Qazaxıstan alimləri ilə görüş olub - FOTO18.09.2024 - 15:40
Mərkəzi Elmi Kitabxana Milli Musiqi Gününə həsr olunmuş virtual sərgi hazırlayıb - FOTO18.09.2024 - 15:20
Konqolu gənclər Bakı Ali Neft Məktəbində təhsil alacaqlar - FOTO18.09.2024 - 15:00
Şeyx Rusiyaya gedir18.09.2024 - 14:40
Təhsil İnstitutu “Baş hüquqşünas” vəzifəsinə vakansiya elan edir!18.09.2024 - 14:20
Mübahisə zamanı bıçaqlanan tələbənin vəziyyəti açıqlanıb18.09.2024 - 14:00
ADU ilə Təhsilin İnkişafı Fondu arasında “TələbəPlus” kartı ilə bağlı müqavilə imzalanıb - FOTO18.09.2024 - 13:40
Bu imtahanlarda uğur qazananlara sertifikat veriləcək18.09.2024 - 13:20
PMS imtahanına qeydiyyat elan edilib18.09.2024 - 13:00
İmişlinin deputatı işdən çıxarılan müəllimi TƏNQİD ETDİ18.09.2024 - 12:40
“Astarada gənc turizmçilərin inkişaf proqramı” layihəsinin ikinci günü uğurla yekunlaşıb - FOTO18.09.2024 - 12:20
Şahin Bayramov tələbələrlə bir yerdə... - FOTO18.09.2024 - 12:00
Leyla Əliyeva uşaq bağçasının açılışında olub - FOTOLAR18.09.2024 - 11:40
Yüksək ballı BMU tələbəsi: “Mühəndis kimi Vətənimə fayda vermək istəyirəm”18.09.2024 - 11:20
Xüsusi siniflər üzrə şagird sıxlığı normaları müəyyənləşib18.09.2024 - 11:00
Xüsusi məktəblərdə şagirdlərin maksimum sayı müəyyən olunub18.09.2024 - 10:40
I sinfə və məktəbəhazırlıq qruplarına elektron qəbul yenidən BAŞLADI18.09.2024 - 10:20
İş və istirahət günlərinin yerləri dəyişdirilib18.09.2024 - 10:00
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü TƏSİS EDİLDİ18.09.2024 - 09:40
İmişlidə şagirdləri təhsildən yayındıran müəllim işdən ÇIXARILDI18.09.2024 - 09:20
"McDonald"s Azərbaycan" və DSMF şəhid övladlarını məktəb ləvazimatları ilə təmin edib18.09.2024 - 09:00
MDU-da seminar: “COP29 – Azərbaycan” - FOTO18.09.2024 - 08:40
Azərbaycana payız GƏLİR18.09.2024 - 08:20
Qarabağ Universitetinə yeni təyinat - FOTO18.09.2024 - 08:00
ADU-da kadr dəyişikliyi - Prorektor işdən çıxdı18.09.2024 - 07:40
Bakıda qalmaqallı məktəbə direktor təyin edildi18.09.2024 - 07:20
Bakıda tələbələr arasında kütləvi dava: Bir nəfərə beş xəncər zərbəsi vuruldu18.09.2024 - 07:00
UNEC-də ACCA İmtahan Mərkəzi yaradılıb - FOTO18.09.2024 - 06:40
Portuqaliyada 12 yaşlı oğlan məktəbdə altı nəfəri bıçaqladı18.09.2024 - 06:20
İlin ikinci Ay tutulması başlayıb 18.09.2024 - 06:00
Bu gün Milli Musiqi Günüdür17.09.2024 - 20:00
“BİRLİK” Regional Festivalları uğurla yekunlaşıb - FOTOLAR17.09.2024 - 18:10
Saatlıda yeni məktəb inşa olunub - Fotolar17.09.2024 - 17:25
İlk dərs günü itkin düşən 16 yaşlı məktəbli tapılıb17.09.2024 - 17:00
İlk dərs günü məktəb direktoru məhkəməyə verildi17.09.2024 - 16:40
Oqtay Əsədovun bağça müdiri işləyən xanımı işdən çıxarıldı17.09.2024 - 16:20
Polşalı alimlər yeni ekzoplanet kəşf ediblər17.09.2024 - 16:00
İdarəetmə Sistemləri İnstitutu: Wi-Fi-dan 100 dəfə sürətli Li-Fi texnologiyası gəlir17.09.2024 - 15:40
Dövlət İmtahan Mərkəzi daxili müsahibə elan edir17.09.2024 - 15:20